Icma.az
close
up
RU
MƏMMƏDLİNİN PAZ I, TEYMUROVUN AMBİSİYASI, AXUNDOVUN YENİ LAYİHƏSİ... AFFA nın yeni sözçüsü nəyi dəyişəcək?

MƏMMƏDLİNİN PAZ I, TEYMUROVUN AMBİSİYASI, AXUNDOVUN YENİ LAYİHƏSİ... AFFA nın yeni sözçüsü nəyi dəyişəcək?

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

AFFA-nın mətbuat xidmətində küləklərin əsdiyini yazmışdıq. 

Mia.az xəbər verir ki, qurumda kadr dəyişikliyi baş tutub.

Ağ şəhər bulvarından əsən külək gəlib məlum xidmətin rəhbəri Elnur Məmmədlini "götürüb aparıb". Yəni, artıq o, yola salınıb.

Mən keçən dəfə yazdım, indi də əminəm ki, AFFA prezidenti Rövşən Nəcəf  bu bir ildə oturduğu kabinetdən bir-iki mərtəbə aşağı düşüb onun sözçülərinin olduğu otağa baş çəksəydi, pəncərəni açıb bir az havalandırsaydı, bəlkə oralarda nəfəs almaq bu qədər çətin olmazdı.

ELNUR MƏMMƏDLİ

Mövzuya dönəcəyimizi demişdik. Düzdü, E.Məmmədlini əvəzləyəcək şəxsin Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri olan Seymur Teymurov olacağı proqnoz edilmişdi. Amma bildiyimizə görə, son anda rəhbərlər fikrini dəyişib. Bəzi iddiaçılar S.Teymurovun özünün təklifdən imtina etdiyini ortaya qoyur. Bəzi mənbələrsə deyir ki, S.Teymurovla illərdi yaxın dost olan və hazırda AFFA idarəçiliyinə gətirilmiş Cahangir Fərəcullayev birinciyə daha sanballı vəzifə hazırlayır. Belə baxanda həqiqətən AFFA mətbuat xidməti nədir ki?! Adı, sanı var bu vəzifənin, gəliri də var. Amma daha böyük ambisiyalara köklənən adam üçün AFFA mətbuat xidməti kreslodan başqa bir şey deyil.

SEYMUR TEYMUROV

Zamanında eks mətbuat xidməti rəhbəri E.Məmmədli də deyəsən, bu müəzzəm həqiqəti anlamaqda zorluq çəkib.

Mia.az-ın əməkdaşının idman mediasındakı görüntüsünə “Bu da idman mediasına paz oldu” kimi depressiv notlara köklənən reaksiyasından anlamışdım mən E.Məmmədlinin içindəki həvəssizliyi.

Boz və yeknəsək eks mətbuat xidməti rəhbərinin ardından onun yerinə təyin olunduğu bildirilən yeni kadr da əslində küləyin qənşərində oturub. E.Məmmədlidən nisgilli qalan media dostları indidən onun təyinatı ilə bağlı xəbərlərə dodaq büzüb. Hələ məlum binada Məmmədli ilə çörək kəsmiş nə qədər adam var. Məmmədlinin dostları bilmir, təzə kadr onlar üçün hansı layihələr təşkil edəcək, məsələn, səfərlərə aparacaqmı?

Köhnəyə üz-göz öyrəşdiyiçün təzə kadr onlara qəribə gəlir. Nəymiş? Cavanmış, təcrübəsi yoxmuş, bundan əvvəl sanballı işi yoxmuş. O da Elnur kimi bizim həmkarımız deyilmi? Siz yenilik olsun, AFFA dəyişsin, istəmirdinizmi?

Dəyişir də. Yuxarıda olmasa da, aşağıda bir hərəkət var. Biz hələ aşağıda rahat nəfəs ala bilək, qalanını boş verin. Həm də aşağıda olanlar çatdırır sözümüzü yuxarılara. AFFA-da bir müddət əvvəl də kadr yeniliyi olub, hamı sevinirdi, yadınıza salım.

Avqustun 1-dən vəzifəsinə başlayacaq təzə kadra bir nəzər saldım. Murad Axundov bu il mayın 1-də AFFA-ya məlum xidmətə mütəxəssis gətirilib. Bundan əvvəl “Keşlə” FK-da (indiki “Şamaxı”) mətbuat xidməti, CBC kanalında işləyib. Hazırda media layihələri üzrə məsul adamdı. Bundan əvvəl mediaya açıqlamasında demişdi ki, AFFA-nın KİV-lə əlaqələrinin təkmilləşdirilməsinə töhvə vermək istəyir.

Allah şahiddir ki, biz də bunu istəyirik. 

Zülfiyyə Mustafayeva

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 İyul 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see206

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see155

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see139

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see138

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri