Icma.az
close
up
RU
Məmurlar və məşhur müğənnilər: Status, eqo, yoxsa daxili ehtiyac?

Məmurlar və məşhur müğənnilər: Status, eqo, yoxsa daxili ehtiyac?

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə Azərbaycanda məmur həbsləri ilə bağlı xəbərlərdə eyni bir tendensiya müşahidə olunur. Demək olar ki, cinayət məsuliyyətinə cəlb edilən məmurun adı hər dəfə tanınmış müğənnilərlə hallanır. Bəzən söhbət səhnə arxası münasibətlərdən gedir, bəzən isə sosial tədbirlərdəki görüntülər, daha şəxsi hallarda isə fərdi əlaqələr gündəmə gəlir.

Cəmiyyətin bu hadisələrə reaksiyası da müxtəlifdir: bir tərəf bunu “sosial təbəqələrin toqquşması” kimi dəyərləndirir, digərləri isə “ego, hakimiyyət və özünü təsdiq ehtiyacının təzahürü” hesab edir.

Bəs görəsən, məmur təbəqəsinin məşhur müğənnilərə olan bu “xüsusi marağı” nə ilə bağlıdır? Bu, sadəcə status nümayişidirmi, yoxsa daha dərin psixoloji səbəbləri var? Bəlkə də bu, özünəvurğunluq, nəzarət ehtiyacı, narsizm və ya illərlə basdırılmış azadlıq arzusunun simvolik ifadəsidir.

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, məmurlar da insandır. Onların musiqi duyumu, yaradıcılıq hissləri, şeiriyyatı, bəzilərinin isə gözəl qiraət bacarığı, rəsm çəkmək və şeir-əsər yazmaq kimi xüsusiyyətləri var. Bütün bunlar insanın ruhuna sakitlik verən amillərdir. A. Ələkbərova qeyd edir ki, gərgin işdən sonra məmurlar şəxsi bağ evlərində və ya müəyyən məkanlarda müğənniləri görüb, onların musiqilərindən zövq alaraq dincələ bilirlər.

Psixoloq həmçinin “ən yaxşısı mənim yanımdadır” düşüncəsində olan məmur tiplərini analiz edərək deyib:

“Bəzən müəyyən insanlar şairləri də gətirib çıxarır. Antireklamın özü də bir reklam olduğu üçün sonradan insanlar susub, bəziləri isə oturub müzakirə edir. Heç bir məna daşımasa belə, bundan danışılır. Burada məmurların özlərini şəxsiyyət kimi dəyərləndirməsi və ‘mən ən yaxşısıyam, ən yaxşısı mənim yanımdadır’ düşüncəsi fərdlərə görə dəyişir. Ona görə də kimisə qınaq obyektinə çevirərək, onun bunu ego, sevgi və ya musiqiyə vurğunluq səbəbilə etdiyini tam açıqlamaq mümkün deyil. Bəzən dezinformasiyanın motivi yalnış ola bilər və bu, insanların yaşam tərzinə, böyüyən övladlarına təsir edə bilər. Lakin açıq şəkildə ailə həyatı quran insanlar öz seçimlərini edirlər. Məsələn, bir çox müğənnimiz güc strukturlarında çalışan insanların həyat yoldaşıdır və onlar daha xoşbəxt ailə həyatı yaşayırlar.”

Qeyri-rəsmi həyat tərzi yaşayan məmurlar barədə də danışan psixoloq vurğulayıb:

“Qeyri-rəsmi həyat tərzi istər məmurların, istər digər insanların iradə gücündən asılıdır. İnsan bunu qəbul edə bilər və ya edə bilməz. Təəssüf ki, bəzi həbslərdə bu barədə səs-küylər yaranır. Cinayət işinə görə isə, əgər insanın həqiqətən zərrə qədər də suçu varsa, o cəzasını çəkir və nəticəni qəbul edir.”

Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see310

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see281

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see265

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see264

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see257

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see256

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see238

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see223

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see220

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see209

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see199

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see184

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri