Icma.az
close
up
RU
“Mən kral nəslindənəm”

“Mən kral nəslindənəm”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məşhur amerikalı aktrisa Şeron Stoun ailəsinin tarixini paylaşaraq, həm keçmiş həyatının çətinliklərini, həm də köklərinin məhz kral ailəsindən gəldiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, aktrisa həmkarı Dryu Barrimorun tok-şousunda verdiyi müsahibədə ailə hekayəsini danışıb.

“Mən kral nəslindənəm… Amma atam mirasdan pay almadı, ona görə də biz pulsuz böyüdük”, – deyə Stoun bildirib.

Stoun deyib ki, atası Cozef Stoun kral ailəsi ilə əlaqəli varlı bir nəsildən gəlməsinə baxmayaraq, köhnə ailə qaydalarına görə mirasdan faydalanmayıb və buna görə ailəsi yoxsulluq içində böyüyüb. Atası Pensilvaniyanın kənd yerlərində azmaaşlı işlərdə çalışmalı olub.

“Atam inanılmaz zənginlikdən gəlirdi. Şəcərə ağacına baxanda görünür ki, “Oil City”də ilk neft qazma işlərini də onların ailəsi görüb,” – deyə Stoun qeyd edib.

Stounun dediyinə görə, ailəyə faciələr də əlavə olunub: babası neft quyusu qazarkən baş verən partlayışda vəfat edib, nənəsi isə üç uşağı ilə tək qalıb. “Atamın anası pulu almadı, çünki o dövrdə qadınların hüquqları yox idi. Pul böyük əmisinin 18 yaşlı oğlu tərəfindən alındı”, – deyə aktrisa bildirib.

Stounun anası Doroti kasıb ailədən olub və zorakılığa məruz qaldığı üçün müxtəlif evlərdə qulluqçu, aşpaz və paltaryuyan kimi işlər görməli olub. Atası isə 17 yaşında evlənib və ailəsini qorumaq üçün əmlakı yenidən bərpa etməyə çalışıb.

Şeron Stoun karyerasına 30 yaşından sonra “Əsas instinkt” filmi ilə başlayaraq sürətlə yüksəlib və hazırda 67 yaşında Hollivudun aktyorluq əfsanələrindən biri hesab olunur.

Stounun açıqlamalarına görə, onun ata tərəfindən ailəsi Avropada Şarlman və Yuq kapet soyundan gəlir. Bu araşdırma “Finding Roots” proqramı tərəfindən təsdiqlənib. Aktrisa bu soyla bağlı məlumat aldıqda heyrətini gizlədə bilməyib.

Şeron Stoun həmçinin 2021-ci ildə çıxardığı “The Beauty of Living Twice” kitabında uşaqlıq travmalarını açıqlayıb.

Stounun sözlərinə görə, bütün bu çətinliklər onun güclü bir şəxsiyyət olaraq formalaşmasına səbəb olub və nə qədər çətin keçmiş olsa da, o, karyerasından heç vaxt əl çəkməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 May 2026 07:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri