Icma.az
close
up
RU
“Mən Olimpiadaya köklənmişəm, bu səviyyəyə hazır olmaq üçün hər şeyi edirəm” Yekaterina Sariyevanın ə MÜSAHİBƏSİ

“Mən Olimpiadaya köklənmişəm, bu səviyyəyə hazır olmaq üçün hər şeyi edirəm” Yekaterina Sariyevanın ə MÜSAHİBƏSİ

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Cari il Azərbaycan atletikasının nümayəndəsi Yekaterina Sariyeva üçün olduqca gərgin və məhsuldar keçir. Üçtəkanla tullanma üzrə ölkə rekordçusu Avropa komanda çempionatının üçüncü divizionunda qələbə qazanıb, İstanbulda keçirilən turnirdə ikinci olub, yenidən ölkə çempionatının qalibi adını qazanıb. İndi isə o, artıq İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Atlet artıq bir dəfə təmsil olunduğu növ üzrə İslam Həmrəyliyi Oyunlarının bütün medallarını əldə edə bilib.

İdman.biz-in əməkdaşı onunla həm bu, həm də digər mövzular ətrafında söhbətləşib.

- Mövsümünüz kifayət uğurlu keçib. Ümumdünya Atletikasının statistikasına görə, siz bu il 18 dəfə start xəttinə çıxmısınız. İdman formanızdan və nəticələrinizdən razısınızmı?

- Bu mövsüm mənim üçün xüsusi idi. Çox şey yaşadım, amma məhz bu, mənə idmançı kimi özümü daha yaxşı tanımağa kömək etdi. Bəzi yarışlarda bütün potensialımı göstərə bilmədim, amma əvəzində inam və sabitlik qazandım. Tamamilə razı olduğumu deyə bilmərəm, çünki insan həmişə daha artığını istəyir. Amma inkişafı görürəm, bu da ən vacibidir.

- Noyabrda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Siz bu yarışlarda bir dəfə qalib gəlmisiniz. Ər-Riyaddan gözləntiləriniz necədir?

- Bu Oyunlar mənim üçün həmişə özəldir - orada xüsusi atmosfer və güclü rəqabət var. Artıq bu yarışlarda uğurlu çıxış təcrübəm olub və indi daha yüksək səviyyə göstərmək istəyirəm. Məqsədim sabit, keyfiyyətli tullanmalar və medallar uğrunda mübarizə aparmaqdır. Hazırda bütün diqqət hazırlıq prosesinə və nəticəni müəyyən edən xırda detalların üzərində cəmlənib.

- Hazırda üçtəkanla tullanma üzrə beynəlxalq standartlar necədir? Böyük turnirlərdə finala çıxmaq üçün orta hesabla hansı nəticə göstərilməlidir?

- Hazırda böyük beynəlxalq yarışlarda üçtəkanla tullanma üzrə standartlar çox yüksəkdir. Finala düşmək üçün sadəcə “sabit tullanmalar” kifayət etmir - nəticələr normativə çox yaxın olmalıdır. Yaxud ən azı 12 ən yaxşı arasında olacağına əmin olmalısan. Qadınlarda avtomatik final normativi 14,35 metrdir. Yaxşı şans qazanmaq üçün 14,50-14,70 metr aralığında nəticəyə can atmaq lazımdır. Mən hiss edirəm ki, bu səviyyəyə çata bilərəm - bundan sonra hər şey hazırlıq, start və yarış şəraitindən asılı olacaq.

- Mayda Tokioda keçirilən Qızıl Qran-Pridə çıxış etdiniz və yeddinci oldunuz. Lakin sentyabrda həmin şəhərdə keçirilən dünya çempionatında iştirak etmədiniz. Səbəb nə idi?

- Dünya çempionatında çıxış etməyi çox istəyirdim, amma qərara gəldik ki, bu mövsüm prioritet sağlamlıq və İslam Həmrəyliyi Oyunlarına keyfiyyətli hazırlıq olmalıdır. Dünya çempionatında iştirak etməməyimi itki kimi yox, strateji qərar kimi qəbul edirəm. Əminəm ki, növbəti beynəlxalq çıxışım daha güclü olacaq.

- Yekaterina Sariyevanın bir gününü təsvir edin. Gününüz hansı saatda başlayır, hansı məşqləri yerinə yetirirsiniz?

- Günüm tamamilə məşq ritminə uyğun qurulub. Adətən səhər 7:30–8:00 arası oyanıram. Yüngül isinmə və səhər yeməyindən sonra birinci məşqə gedirəm. Bu məşqlər adətən tullanmaların texnikası, sürətlənmələr və xüsusi qaçış tapşırıqlarını əhatə edir. Daha sonra bərpa prosesi, qidalanma və bəzən qısa istirahət olur.

Günün ikinci hissəsində növbəti məşq başlayır - bu, ya zalda güc və koordinasiya üzərində iş olur, ya da texniki hazırlıq. Ardınca mütləq bərpa prosesi gəlir: sauna, dartınma, masaj və ya buz vannası.

Axşamlar isə vaxtımı özümə ayırmağa çalışıram - kitab oxumaq, təhsil, sakit gəzinti və ya meditasiya. Günüm tamamilə idman ritmində keçir, amma həmişə yüklənmə və bərpa arasında balansı qorumağa çalışıram.

- Siz əsasən üçtəkanla tullanma üzrə çıxış edirsiniz, amma bəzən uzunluğa tullanma yarışlarında da iştirak edirsiniz. Bu iki növü birləşdirmək çətin deyilmi?

- Bəli, bəzən uzunluğa tullanma yarışlarında da çıxış edirəm. Əlbəttə, əsas növüm üçtəkanla tullanmadır, amma uzunluğa tullanma yaxşı əlavə hazırlıq sayılır. Bu, sürət, dinamika və xətti hiss etmək duyğusunu inkişaf etdirməyə kömək edir. Əlbəttə, hər ikisini birləşdirmək asan deyil, çünki texnika və qaçış ritmi bir qədər fərqlidir. Amma mən bu çətinliyi sevirəm. Bəzən belə yarışlar üçtəkanla tullanma üzrə performansımı da yaxşılaşdırır - fərqli hisslər yaşayırsan və bu, əsas növdə nəticələrə müsbət təsir edir.

- Ümumilikdə, son illərdə Azərbaycanda atletikanın inkişafını necə qiymətləndirirsiniz?

- Son illərdə irəliləyiş var. Yeni idmançılar yetişir, infrastruktur inkişaf edir - trenajor zalı təchiz olunub, yeməkxana tikilib, idman klublarının və uşaq qruplarının sayı artıb, məşqlərə və bərpaya diqqət artır. Əlbəttə, hələ görüləsi çox iş var - beynəlxalq arenada daha çox yarış, rəqabətin gücləndirilməsi, gənclərlə və məşqçi məktəbi ilə iş vacibdir. Amma ümumi inkişaf istiqaməti var və buna söykənmək mümkündür. Xüsusilə federasiya prezidenti Cavid Qurbanovun dəstəyini qeyd etmək istəyirəm - bu, həqiqətən irəliləyişə təkan verir.

- Gələcək planlarınız nələrdir? Sizi Olimpiadada görə biləcəyikmi və bunun üçün nə lazımdır?

- Ən yaxın planım mühüm beynəlxalq yarışlara hazırlaşmaq və nəticələrimi addım-addım yaxşılaşdırmaqdır. Olimpiada, təbii ki, hər bir idmançının arzusudur və mən də o məqsədə fokuslanmışam. Bunun üçün daim sabit və yüksək nəticələr göstərmək, texnika, güc və sürət üzərində işləmək lazımdır. Hazırda bütün diqqətimi bu prosesə yönəltmişəm və bu səviyyəyə hazır olmaq üçün hər şeyi edirəm.

Zəki Feyzullayev

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri