Icma.az
close
up
RU
“Mənə muğam oxutdurub 50 dollar verdi, elə bilirdilər ki, qohumuq, öldüyü gün “Segah” oxudum” FOTO+ÖZƏL

“Mənə muğam oxutdurub 50 dollar verdi, elə bilirdilər ki, qohumuq, öldüyü gün “Segah” oxudum” FOTO+ÖZƏL

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Görkəmli sənətkar Süleyman Abdullayev bir çox xanəndələrin yetişməsində, onların püxtələşməsində böyük rol oynayıb. Onun sənətindən təkcə tələbələri deyil, həmçinin digər sənətkarlar da faydalanıb.

Xalq artisti Nəzakət Teymurova Moderator.az-a açıqlamasında bildirib ki, Süleyman Abdullayev sənəti bu gün dərsliklərdə təbliğ olunmalıdır:

“Dədə Süleyman dünyasını dəyişəndə öncə ruhuna fatihə verdim, sonra “Segah” oxudum. Biz xanəndələr muğamla dünyaya göz açır, muğamla bu dünyadan köçürük. Özümdə güc toplayıb onu xəstə yatağında ziyarət edə bilmədim. Çünki biz onu hər zaman qamətli görmüşdük. İnana bilmirdim ki, bir gün amansız xəstəlik Süleyman müəllimi də yatağa salacaq. Süleyman Abdullayev Azərbaycan muğamının yaşadılmasında, qorunmasında böyük işlər görüb. Elə mahnılarımız var ki, onu ifasında sevmişik, öyrənmişik. Dövrünün xanəndələri arasında onun öz xüsusi dəsti-xətti var idi. Siz bir biləsiniz ki, o vətənini, doğma Füzulini, Qoçəhmədli kəndini nə qədər çox sevirdi. Əlbəttə ki, belə sənətkarların adı əbədiləşdirilməli, yaşadılmalıdır. Bilirəm ki, ailəsinin ən böyük istəyi Süleyman Abdullayev adına musiqi məktəbinin yaradılmasıdır. İnanıram ki, doğma Füzulidə, Qoçəhmədli kəndində həm adına küçə, həm də musiqi məktəbi olacaq. Gənclər, tələbələr bu cür sənətkarlar haqda dərsliklərdən oxuyub öyrənməlidirlər”.

Əməkdar artist Cabir Abdullayev saytımıza açıqlamasında bildirib ki, Süleyman Abdullayevin səsini təkrarlamaq mümkün deyil:

“Süleyman Abdullayev deyəndə yada gözəl bir səs, gözəl səsin xırdalığı və şirin avaz düşür. Çünki o səsi Allah məhz onun üçün yaradıb. Təkrarolunmaz bir xanəndə idi. Biz uşaqlıqdan Süleyman Abdullayevin səsi ilə böyümüşük. Ailəmizə çox yaxın idi. Qardaşım Vahid Abdullayevlə çox yaxın dost olublar. Ondan çox bəhrələnmişik. Təbii oxumaq deyəndə dərhal yada Dədə Süleyman düşür. Allah onun ruhunu şad etsin. O həm də sadə və çox yaxşı bir insan idi. Mən onun sadəliyi ilə həmişə fəxr edirdim. Uşaqla uşaq, böyüklə böyük idi. Süleyman Abdullayev sənət möhürünü vurub getdi. 100 il keçsə də xalqımızın ürəyində yaşayacaq. O avaz heç vaxt unudulmaz, yaddan çıxa bilməz. Həyat davam edir. O öz ömrünü yaşayıb getdi. Nə vaxt efirdə oxuyurdumsa, dərhal veriliş bitən kimi məni yığırdı. Deyirdi ki, “Cabir, hamı mənə zəng edir ki, bu oğlan kimdir? Qohumundur, nəyindir?”. Həm soyadımız eyni idi, həm də səsimizdə oxşarlıq var idi. Bizi çox yaxın bilirdilər. Münasibətimiz də çox yaxşı idi. Mən həmişə Süleyman müəllimlə fəxr etmişəm”.

Əməkdar artist Sevinc Sarıyeva isə bildirib ki, Süleyman Abdullayev bütün gənclərə dəstək olub:

“O heç vaxt heç kimin sözünü danışmazdı, qeybət etməzdi. Saf, təmiz, billur qəlbli bir insan idi. Onun oxuduğu “Segah”-ı, “Çahargah”-ı heç kim oxuya bilməz. Səsində tamam başqa bir yanğı, haray var idi. Qarabağ, Füzuli işğal olunanda nisgil səsinə hopmuşdu. Amma dövrünün ən gözəl oxuyanlarından idi. Filarmoniyadakı konsertləri hər zaman anşlaqla keçib. Vahid Abdullayevlə çox yaxın dost idi. Hər dəfə onun sinfinə gəlirdi, çay içirdi və deyirdi ki, “Sevinci oxut”. Bir dəfə “Orta Mahur” oxudum. Pulun pul vaxtı çıxarıb mənə 50 dollar verdi. Dedi ki, “apar bunu xərclə, o oxumağına ancaq pul düşür”. Elə əliaçıq, ürəyi təmiz adam idi. Mənə “Xaric segah”, “Mirzəhüseyn segah”-ı oxudurdu. Onunla bağlı xatirələrim çoxdur. Son nəfəsində gedib onu elə bir vəziyyətdə gördüm ki.. Kaş mən getməzdim, onu elə görməzdim. Heç vaxt taleyindən gileylənməzdi. Allah ona qəni-qəni rəhmət etsin”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Oktyabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri