Icma.az
close
up
RU
Mənə şər böhtan atıb, uşaqlarımı əlimdən almaq istəyirlər Binəqədi sakininindən ölkə başçısına MÜRACİƏT

Mənə şər böhtan atıb, uşaqlarımı əlimdən almaq istəyirlər Binəqədi sakininindən ölkə başçısına MÜRACİƏT

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Binəqədi Rayon, Şimal küçəsi, ev 57 ünvanında qeydiyyatda olan, hazırda kirayədə yaşayan İsmayılova Şahnaz Fərhad qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

"Cənab Prezident!

Mən həqiqətən də çətin bir vəziyyətdəyəm. Şər-böhtanlardan yorulmuşam. Həyatımın ən çətin dövrünü keçirirəm.

İşsizəm, evsizəm və iki azyaşlı övladımı təkbaşına böyüdürəm. Ailəli olmuşam, hazırda ayrılmışam.

Qeydiyyatda olduğumuz ev bizə aid deyil, bu səbəbdən də heç vaxt orada yaşamamışıq. İlk övladımın sağlamlıq problemləri olduğuna görə artıq məktəbə gedə bilmir. Buna görə, kənar şəxsin evinə qeydiyyata düşdük ki, uşağı ev təhsilinə yönəldək. Lakin 13 il uşağını görməyən "ata" – İsmayılov Eşqin İlham oğlu, hətta ASAN Xidmətdə tanışı vasitəsilə, Elşad Şahmurov adlı əməkdaşın köməyi ilə oğlumun şəxsiyyət vəsiqəsini qanunsuz olaraq əldə edərək, 3 ay özündə saxladı. Nə polis, nə də məhkəmə bu məsələyə baxmadı.

Şəxsiyyət vəsiqəsini isə İcra Hakimiyyətinin Humanitar Məsələlər Şöbəsinin müdiri Pənah Əbülfəz oğlu İmanova vermişdilər. Bunun hansı məqsədlə edildiyini bilmirəm. Məsələ ortaya çıxanda guya komissiya yaradaraq, ondan şəxsiyyət vəsiqəsini aldığını bildirən bir akt qəbul ediblər.

İcra Hakimiyyəti tərəfindən uşağın fikri öyrənilmədən akt qəbul edilib. 13 il uşağını görməyən, psixoloji yardım alan ataya məcburi ünsiyyət qurulması haqda qərar verilib. Həmin akta əsasən, Binəqədi Rayon Məhkəməsi tərəfindən 13 il sonra icra məmuru Şaiq Heydərlı oğlumu zorla icra şöbəsinə aparıb. Orada ciddi hadisələr baş verib. 13 yaşlı oğlum bildirib ki, İsmayılov Eşqin onun cinsiyyət orqanına toxunub, qolunu sıxaraq, "Sən mənimlə yaşayacaqsan! Səni polisə vermişdim, ayağımın altına salmışdım!" deyə hədələyib. Oğlumu bu şəkildə məcbur ediblər.

İcra məmuru və İcra Hakimiyyətinin nümayəndələri İsmayılov Eşqini müdafiə edir. Uşaq bu gün açıq şəkildə bildirib ki, "mən onu istəmirəm, görmək istəmirəm". Lakin məcburi şəkildə uşağa "yox, səni anan öyrədir", deyə bildiriblər.

Evə yoxlama gələn zaman uşaq oynayıb yorulduğu üçün yatmışdı. Onlar gəldikdə isə uzanmış vəziyyətdə idi. Bunun üzərinə dərhal məsələni başqa cür təqdim edərək, "guya uşaq baxımsız, natəmiz şəraitdə saxlanılır və ağır vəziyyətdədir" deyə akt tərtib ediblər. Halbuki, bizim ev baxımsız və natəmiz deyil, sadəcə kasıb yaşayırıq.

İcra Hakimiyyətinin komissiya üzvlərinə dəfələrlə deyib ki, "Eşqindən – "ata"dan içki iyi gəlirdi və o, mənə qarşı qanunsuz hərəkətlər edib. Lakin uşağın bu sözlərinin heç birinə məhəl qoymayırlar.

Binəqədi Rayon Məhkəməsi tərəfindən mənə 3 000 min manat cərimə yazıldı. Guya, uşağa və evə baxa bilmirəmmiş. Bunların hamısı yalandır. Apellyasiya Məhkəməsinin hakimi Xəyal Sariyev tərəfindən Ali Məhkəməyə kassasiya şikayəti vermək hüququm məhdudlaşdırılıb.

Cənab Prezident!

Məni natəmizlikdə və uşaqlarıma baxmamaqda ittiham edirlər. Mən kirayədə yaşayıram, bəli, imkanım olduqca yaxşı deyil. Amma heç kəs məni natəmizlikdə, uşaqlarıma baxmamaqda ittiham edə bilməz. Onlar mənim uşaqlarımdı, mən də onlara baxmalıyam.

Qarşılaşdığım bu haqsızlıq və ədalətsizlik mənim və övladlarımın həyatı üçün böyük bir təhdiddir. Rüşvət və tapşırıqların təsiri ilə məni şərləyərək, məhkəmə qərarları ilə təzyiq altında qoyublar. Mənim hüquqlarımın müdafiə edilməsi üçün Sizdən dəstək gözləyirəm".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Mart 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri