Mənəvi Dəyərlərin Təbliği Fondunun builki xərclər smetasının layihəsi təsdiq edilib
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun 2026-cı il üzrə nəzərdə tutulan xərclər smetasının layihəsi qəbul edilib.
525.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclasında xərclər smetası layihəsinin məqsədyönlülük və səmərəlilik prinsipləri əsasında formalaşdırıldığı diqqətə çatdırılıb. Bu xərclər mənəvi dəyərlərin təbliği, dini maarifləndirmə işlərinin gücləndirilməsi, eləcə də din xadimlərinin sosial rifahının yaxşılaşdırılmasını nəzərdə tutur.
Eyni zamanda, iclasda cari il din xadimlərinə göstərilən aylıq maddi dəstəyin davam etdirilməsi də qərara alınıb. Bu addımın ölkədə sağlam dini mühitin qorunması və möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub, bu istiqamətdə görülən işlərin müsbət nəticələr verdiyi bildirilib.
Yekunda Mənəvi Dəyərlərin Təbliği Fondunun 2026-cı il üzrə xərclər smetası layihəsinin təsdiqlənməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilməsi qərara alınıb.
Xatırladaq ki, iclasda Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə və "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 14 Yanvar 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















