Mənəvi Dəyərlərin Təbliği Fondu “Hər məsciddə kitabxana” layihəsinə başlayır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 iyun, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu məscidlərdə “Hər məsciddə kitabxana” layihəsinə başlayır.
Komitədən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi məscidlərin maarifləndirici rolunu gücləndirmək, milli-mənəvi və dini dəyərləri, icma üzvləri, xüsusilə gənclər arasında mütaliə mədəniyyətinin formalaşmasını təşviq etməkdir. Kitabxanaların yaradılması məscidlərin sosial və mədəni funksiyalarını zənginləşdirməklə, onların yalnız dini ibadət yeri kimi deyil, eyni zamanda, elm və maarifləndirmə məkanı kimi fəaliyyətini təbliğ edəcək.
Layihə 250 şəhər, qəsəbə və kənd məscidini əhatə edəcək. Fond tərəfindən il ərzində dini ibadətgahlara kitab rəflərinin və 100 adda olmaqla ümumilikdə 25 min kitabın təqdim edilməsi nəzərdə tutulur. Məscidlərə veriləcək kitablar elmin müxtəlif istiqamətləri, o cümlədən fəlsəfə, tarix, ədəbiyyat, eləcə də Azərbaycan və dünya klassiklərinin əsərləri və dini təyinatlı nəşrlərdən ibarət olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 İyun 2025 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















