Icma.az
close
up
RU
Menu

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Mənəvi xəzinələrin körpüsalanı

Mənəvi xəzinələrin körpüsalanı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Tərcüməçi xalqımızın peşəkar dilmancıdır

Çağdaş tərcümə sənətinin istedadlı və məhsuldar nümayəndəsi, şair-jurnalist Firidun Ağazadənin anadan olmasının 75 illik yubileyini media və ədəbi ictimaiyyət sevgi-sayğı ilə qeyd edir. Ömrünün yarım əsrdən çoxunu ingilis dilindən bədii və sənədli tərcümə işinə həsr etmiş soydaşımız ölkənin nüfuzlu mətbuat və nəşriyyat qurumlarında peşəkar və səmərəli fəaliyyəti ilə layiqli hörmət və rəğbət qazanıb.

1950-ci ilin fevralında Lerikin Zuvand mahalının Pirasora kəndində anadan olmuş Firidun Ağazadə 1966-cı ildə Azərbaycan Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub. Tələbəlik illərində İsmixan Rəhimov, Oruc Musayev, Ənvər Rza, Zeydulla Ağayev kimi filoloq və xarici dil mütəxəssislərindən dərs almış, ana dilimizə tərcümənin sirlərinə dərindən yiyələnmiş soydaşımız media orqanlarında və ali təhsil məktəblərində çoxillik fəaliyyəti dövründə bilik və bacarıqlı davamçılarını da yetişdirib.

15 il “Azərnəşr”də tərcümə redaktoru, 26 il AZƏRTAC-ın xarici dillər redaksiyasında tərcüməçi, buraxılış redaktoru işləyən Firudim müəllim, eyni zamanda, Azərbaycan Mətbuat Şurasının tərcüməçisi, Dövlət İmtahan Mərkəzinin jurnalistika üzrə eksperti kimi də ictimai fəaliyyət göstərib. Təqaüdə çıxandan sonra yaradıcılıq fəaliyyətini “Qanun” jurnalında tərcümə redaktoru kimi davam etdirir.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Firidun Ağazadə ingilis dilindən 40-a yaxın bədii-sənədli kitabın tərcüməçisi, 5 şeir və publisistika toplusunun müəllifidir. O, Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Əlamətdar yubileyə zəngin bioqrafiya və samballı yaradıcılıq uğurları ilə gələn tərcüməçi-redaktorla söhbətə həyatında aparıcı yönə çevrilmiş poeziya və media aləminə gəlişinin tarixçəsindən başladıq:

– Tələbəlikdən şeirlər yazırdım, institut qəzetində çap olunurdum. Mərkəzi nəşrlərdə çap olunmaq çətin idi – həm tələbkarlıq var idi, həm də şeirə axın güclü idi. “Azərbaycan gəncləri” qəzetində bir şeir çap etdirmək şairliyini təsdiq etdirməyə bərabər idi. Belə bir şəraitdə poeziya nümunələrinin tərcüməsinə üz tutdum.

Mənə maraqlı və cazibədar gəlirdi bu iş. Azərbaycan dilindən ingilis dilinə tərcümə etmək fikrinə düşdüm. Müəllimlərim də məni həvəsləndirirdilər. Vaqifdən bir-iki, Sabirdən 1 şeir tərcümə etdim və dayandım. İndi bilirəm ki, zəif tərcümələr imiş. Bunun üçün ingilis poeziyasını və poetexnikasını bilmək lazım imiş.

2–3 il orta məktəbdə müəllim işlədim. Yaradıcı mühitə yaxın olmaq üçün Bakıya köçdüm. Media qurumlarında tərcümə redaktoru işləməklə yanaşı, Sosial İdarəetmə və Politologiya İnstitutunun və Dövlət İdarəçilik Akademiyasının xarici dillər kafedrasının müəllimi kimi ingilis dilini tədris etdim. Tərcümə ilə daha ciddi, ardıcıl məşğul oldum. İngilis dilini dərindən öyrənməklə, şeir yazmaqla bərabər, xarici şairlərin şeirlərini də tərcümə etməyə başladım. Elə o illərdə Bayrondan, Şellidən, Hyuzdan şeirlər tərcümə etdim. Beləcə böyük tərcümə yoluna çıxdım.

– Hansısa qurumda tərcüməçi işləməklə yanaşı, sərbəst yaradıcılıqla da məşğul olmaq ikiqat ağırdır. Siz bunu bacarmısınız.

– Xarici dil mütəxəssisi ya praktik fəaliyyətlə məşğul olmalı, ya da dil öyrətməlidir. Üstəlik, bədii yaradıcıqlıq – bəli, çox çətindir. Tərcümə və bədii yaradıcılıqda uğur qazabmaq üçün mediada çalışmaq üstün imkanlar açır. Böyük şairimiz Məmməd Arazın baş redaktoru olduğu “Azərbaycan təbiəti” jurnalında çalışmaq məni bu sahəyə möhkəm bağladı. Jurnal üçün yazılar hazırladım. Məmməd Arazın dəstəyi ilə “Azərbaycan gəncləri” qəzetinin də tilsimini qırdım, orada şeirlərim çap olundu.

Sonra taleyim “Azərnəşr”lə bağlandı. Burada bədii ədəbiyyat şöbəsində tərcümə redaktoru işlədim. İlk böyük tərcüməm Somerset Moemin “Ay və qara şahı” romanı da burada nəşr olundu. O vaxt mənə inandıqları və qayğı göstərdikləri üçün nəşriyyatın direktoru Azər Mustafazadənin, baş redaktor Əlövsət Ağalarovun xeyirxahlığını indi də unutmuram.

Elə bu vaxt kitabın, qəzet-jurnalın, şeirin, bədii sözün taleyinə balta çalan bazar iqtisadiyyatı qılıncını siyirdi. Nəşriyyatlar müflis oldu, işsiz-gücsüz, pulsuz-qonorarsız qaldıq. “Bakı” qəzeti ilə əməkdaşlıqdan tanıdığım Şamil Şahməmmədov o zaman AZƏRTAC-ın baş direktoru idi. Onun yanına gedib dedim ki, mən həm də tərcüməçiyəm, şeir, roman tərcümə etmişəm, amma işsizəm. Bacarıqlı insanları dəyərləndirən Şamil müəllim məni işə götürdü. Dedi, hələlik sənədləri tərcümə edərsən, ingilis dili redaksiyası yaratmaq istəyirik, sən də axtar, başqa tərcüməçilər də tap. Axır ki, redaksiyamız formalaşdı.

Beləliklə, ömrümün 21 ili burada keçdi. Fəxr edirəm ki, bu illərdə ölkəmizə qarşı informasiya blokadasının yarılmasında mənim də xidmətim var. Müstəqillik əldə etmiş ölkəmizin, dövlətimizin xarici siyasətinin təbliğində mühüm rolu olan beynəlxalq sənədlərin, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin mühüm çıxışlarını, bəyanatlarını, müraciətlərini, digər rəsmi sənədləri, siyasi və beynəlxalq aləmdə respublikaməızın haqlı mövqeyini müdafiə edən saysız-hesabsız informasiyanı, bir çox vacib sənədi tərcümə edib dünyaya yaymışıq.

AZƏRTAC-da bəzən 20–24 saat davam edən işdən yorulmurdum, çünki öz yerimdə idim, sevdiyim işi görürdüm. Ömürlük tərcümənin sehrinə düşmüşəm. 3–4 dili müqayisə etmək imkanım var. Tərcümə bir dünyadır. Sözlə, ifadə ilə, məna ilə işləmək zövq verir mənə. Böyük Şəhriyar haqlı olaraq yazırdı: “Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar”.

Tərcümədə rəsmi üslubun öz çətinliyi var, amma mən AZƏRTAC-da işlədiyim illərdə bu sahədə xeyli təcrübə qazandım. Buradakı işimlə yanaşı, 38 bədii kitab tərcümə etdim. Bəzən dövlət başçısının bəyanatını təcili tərcümə etmək lazım gəlirdi, özü də bu mətn birbaşa onun stolunun üstünə gedirdi. Çox diqqətli və dürüst olmaq lazım idi. İnformasiya müharibəsi gedirdi.

– Rusiya işğalı və onun davamı olan sovet dövründə bizdə rus dilindən tərcümə aparıcı olmuşdu. Müstəqillik isə dünyaya çıxışa qapı açan ingilis dilini gündəmə gətirdi. Bu sahədə durum necədir?

– Ötən illərdə ingilis dilindən tərcümə sahəsində xeyli təcrübə qazanılıb. Həm rəsmi, həm də bədii tərcümənin üslubi normaları qərarlaşıb. Lakin tərcümə sahəsində bir qarışıqlıq da var. İndi kənarda oxuyub gələnlər xarici dilləri bilirlər. Amma peşəkar tərcümə üçün ana dilini də yaxşı bilməlisən. Yüksək səviyyədə, üslubi və qrammatik qaydalara əməl etməklə tərcümə etmək hər adama müyəssər olmur. Dili bilərsən, amma həm də yazar olmalısan – sözlə, mətnlə işləməlisən, abzaslar arasında əlaqə yaratmalısan, rabitəli mətn qurmalısan.

Xarici Dillər Universitetini bitirən hər gənc tərcüməçi deyil və ola da bilməz. Xaricdə oxuyub gələnlər Azərbaycan dilindən xarici dilə və ya əksinə tərcümə etməkdə çox çətinlik çəkirlər. Çünki ana dilimizi dərindən bilmirlər.

– Buna görədir ki, deyirlər: tərcüməçi birinci öz dilini yaxşı bilməlidir. Axı onun yaratdığı mətn ana dilində düzgün və səlis səslənməlidir.

– Öz dilini sevmək, onu danışmaq, qorumaq lazımdır. Unutmayaq, böyük və zəngin dillər var, istənilən mənanı dilimizə tərcümə etmək də mümkündür. Bəli, ingilis dilində bir sözün 50 mənası var, amma mütəxəssislər deyilər: “Ən yaxşı tərcümə fikrin tərcüməsidir”. Əgər cümlə “bitmiş bir fikir ifadə edirsə”, o fikri tərcümə etmək lazımdır, sözbəsöz tərcümə elə söz yığını olacaq. Fikrin tərcüməsi – bu ən düzgün meyardır.

Həmişə deyirəm ki, tərcümə mənim üçün, hər şeydən əvvəl, dil hadisəsidir. Orijinal moltanı dilində də olsa, əsər mənim dilimdə danışmalıdır. Tərcümənin qarşısına qoyulan elmi tələblər, nəzəri müddəalar məlumdur. Amma mən tərcümə etdiyim əsərin dili üzərində çox işləyirəm, onu öz dilimdə – azərbaycanca və yenidən yazıram, çünki o kitabı mənim dilimdə danışanlar oxuyacaq.

Pis necə tərcümə edim – bilmirəm. Və ümumiyyətlə, pis necə tərcümə etmək olar? Ya get özünə başqa iş tap, ya da düzgün tərcümə elə. Bir əsəri tərcümə edərkən mən onun daxili aləminə girirəm. Bütün hadisələrdə iştirak edirəm, xarakterlərə qarışıram.

Təəssüflə qeyd edim ki, mən 30 il qabaq daha yaxşı tərcüməçi idim, o zaman mənim tərcüməçiliyim heç kimə lazım olmadı. Ən tanınmış isimlər də laqeyd qaldı. Sonra da deyirlər ki, Azərbaycan ədəbiyyatını xarici dillərə kim tərcümə etsin? Naşir deyir ki, sizin kimi tərcüməçi 40 ildə yetişir, amma yüksək qonorar verə bilmirəm.

– Buna baxmayaraq, ötən illərdə az tərcümə etməmisiniz...

– İndiyədək 38 kitab tərcümə etmişəm, 32 kitab ingilis dilindən Azərbaycan dilinə, 6 kitab da Azərbaycan dilindən ingilis dilinə. Bunun üstünə gəlin AZƏRTAC-ın ingilis dilindəki saytını. Biz bu saytı, bu səhifəni böyük əziyyətlə başa gətirdik. Bu sayt ən samballı kollektiv işimizdir. Operativ, dəqiq, qərəzsiz, gecə-gündüz informasiya müharibəsi aparırdıq. Bizim işimiz haqq işi idi və qalib gəldik. Amma bu 30 il çəkdi. Bu illər ərzində özüm də 5 kitab nəşr etdirdim – 3 şeir, 2 publisistik-esse toplusu.

– Təcrübə göstərir ki, yaxşı tərcüməçilər həm də ana dili normalarının pozulmasını daha tez görür və bununla barışmırlar.

– Çünki tərcüməçinin xammalı xarici dildə, məhsulu öz dilindədir. Qəzetlərdə, ümumən, mediada dil qaydalarının pozulması halları kifayət qədərdir. Mütəxəssislər arasında bu və ya digər dil qaydaları ilə bağlı da yekdil fikir yoxdur, hərə bir tərəfə çəkir və bu qarışıqlıq davam edir. Bu gün, sanki, hər kəs dilçi olub, sosial şəbəkədə hər kəs dil haqqında fikir yürüdür. Min illərdir ki, dilimizdə oturuşmuş sözlərə qarşı müharibə elan edirlər. “Bu söz farscadır, bu söz ərəbcədir, bu söz ruscadır, gərək təzə söz tapaq, türk dilindən gətirək”.

Axı niyə? Min illik ədəbiyyatımızı neyləyək? Nə qədər ki, hər kəs öz işi ilə məşğul deyil, bu kütləvi əllaməlik davam edəcək. Bu halların qarşısı ən yüksək səviyyədə və inzibati yolla alınmalıdır. Ulu öndər necə demişdi: “Bəlkə də, biz özümüz dilimizin gözəlliyini bir o qədər dərk edə bilmirik. Azərbaycan dili çox gözəl dildir!”.

Bu gün dilimizə dodaq büzüb, ona arxa çevirib yabançı sözlər işlədən insanlar çoxdur. Bu meyl kütləvi hal alsa, dilimiz küncə sıxışdırılar. Məsələn, “görməzdən gəlmək” ifadəsini kim və niyə gətirib dilimizə? Sadəcə, “göz yummaq”, “görməmək”, görməzliyə vurmaq”, “barmaqarası baxmaq” demək olmazmı?!

Bir şeyi də qeyd edim. Tərcümə ilə bağlı bəzən məmurlarla üz-üzə gəlməli olursan. Rəsmi qurumların adlarını ingilis dilində işlətməyi normal hal hesab edirlər. Mövzu böyükdür və ağrılıdır. Sonda ümummilli lider Heydər Əliyevin bir mülahizəsini də xatırlamaq yerinə düşər: “Biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Dilimiz Azərbaycan dilidir”. Ulu öndər bu sözləri qətiyyətlə, bəzi yanlış tendensiyalara cavab kimi deyərək məsələyə nöqtə qoyub.

– Firidun müəllim, sizi ömrünüzün yetkinlik çağına belə gənclik duyğuları, müdriklik düşüncəsi ilə çatmağınız münasibətilə XQ-nin çoxsaylı oxucuları adından təbrik edirik. Bundan sonra da yorulmayasınız, qocalmayasınız! Sizə mənəvi xəzinələrə yeni qapılar açmağı arzu edirik!

Söhbəti apardı:
Tahir AYDINOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see338

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see306

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see293

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see290

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see281

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see281

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see248

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see209

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see208

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see204

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see202

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see200

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see197

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see194

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see192

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see189

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see186

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see166

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri