Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Messi qardaşlarının Ermənistanla qaranlıq əlaqələri üzə çıxdı Bakı səfərindən öncə...

Messi qardaşlarının Ermənistanla qaranlıq əlaqələri üzə çıxdı Bakı səfərindən öncə...

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

2025-ci il aprelin 11-də Ermənistan mediasının kütləvi şəkildə tirajladığı xəbərlərdə əfsanəvi futbolçu, milyonlarla futbol azarkeşinin sevimlisi olan Lionel Messinin 505 milyon izləyicisi olan “Instagram” səhifəsində Ermənistanın “TUMO” yaradıcı texnologiyalar mərkəzi ilə bağlı paylaşım etdiyi məlumatı yayıldı.

Globalinfo.az bildirir ki, əvvəlcə xəbərə inanmaq çətin olsa da, sonradan profilinin hekayələr hissəsində “TUMO”-nun həqiqətən də reklam olunduğu öz təsdiqini tapdı.

“TUMO” mərkəzi haqqında deyə bilərik ki, 20 mindən çox erməni yeniyetməyə texnologiyalar sahəsində pulsuz təlim verən bu mərkəzin ötən dövrlərdə Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində də ofisləri fəaliyyət göstərib. Bu gün də Mərkəzin rəsmi-veb səhifəsinə nəzər saldıqda, Azərbaycan torpaqlarının Ermənistan ərazisi kimi verildiyinin şahidi oluruq.

Bəs Messi ailəsini Ermənistanla və ya ermənilərlə nə və ya kim birləşdirir?

Lionel Messi ilə Ermənistan arasında hansısa əlaqələnin olub-olmadığı ilə bağlı xırda araşdırma etdikdən sonra məlum oldu ki, onun böyük qardaşı, eyni zamanda, Messinin biznesini (Leo Messi Management) idarə edən Rodriqo Messi 2024-cü il oktyabrın 7-də Ermənistanda keçirilən İnnovasiya və Texnologiya üzrə Dünya Konqresində iştirak etmək məqsədilə İrəvana səfər edib.

Onun səfərini isə Lionel Messinin şəriki, erməni əsilli ABŞ vətəndaşı Razmik Ovakimyan təşkil edib. Misirdə erməni ailəsinə doğulan Razmik 1991-ci ildə 16 yaşı olarkən ABŞ-yə emiqrasiya edib, sonradan vətəndaşlıq alaraq orada təhsil alıb və bir sıra şirkətlər qurmağa müvəffəq olub.

Lionel Messi ilə tanışlığına gəlincə isə, Razmikin bildirdiyinə görə, bu tanışlıq onun “Rakuten” korporasiyasında yüksək vəzifə tutduğu zaman olmuşdur. Belə ki, “Rakuten” Barselona futbol klubunun 2017‒2022-ci illərdə rəsmi sponsoru olduğu üçün Razmik L.Messi ilə ailəlikcə dostluq etmiş və bu münasibətlər onları biznes şərikinə çevirmişdir.

Bu dostluğun nəticəsində onlar 2022-ci ilin oktyabrında baş ofisi Kaliforniyanın San Fransisko şəhərində olan “Play Time” adlı holdinq quraraq, idman, texnologiya və media sahələrinə investisiya etmək qərarına gəlirlər. 1.5 milyard ABŞ dolları həcmində fonda sahib Holdinqə bütün rəhbərlik isə Razmik Ovakimyana tapşırılır.

Müxtəlif ölkələrə investisiya yatırmağı hədəfləyən “Play Time”-ın rəhbərləri nə qədər qəribə görünsə də, sərmayə mühitinin o qədər də cəlbedici olmadığı Ermənistana təşrif buyururlar. Dünya erməniliyinin maraqlarını hər yerdə təbliğ edən Razmik Ovakimyan, artıq qeyd edildiyi kimi, Rodriqo Messi ilə İrəvana səfər edir və orada investisiya yatırmaq imkanlarını araşdırırlar.

Britaniyanın nüfuzlu “The Star” dərgisində də 2024-cü il 7 oktyabr tarixli yazısında Rodriqo Messinin Ermənistan şirkətlərinə yatırım etməsi planları ilə bağlı məlumat verilir. (https://www.thestar.co.uk/news/technology/i-went-to-see-lionel-messis-brother-give-a-talk-and-it-was-weird-4813439)

Səfər çərçivəsində şəriklər adını artıq qeyd etdiyimiz “TUMO” mərkəzinə da baş çəkərək, Lionel Messi tərəfindən şəxsən izmalanmış Argentina millisindəki formasını mərkəzə hədiyyə edirlər.

Yeri gəlmişkən, Holdinq artıq süni zəka sahəsində fəaliyyət göstərən erməni Tiqran və Vahan Petrosyan qardaşlarına məxsus “SuperAnnotate” platformasına sərmayə yatırıb.

Qeyd olunmalıdır ki, Lionel Messi Azərbaycanda da ən çox sevilən futbol ulduzlarından biridir. Ötən ilin dekabrında hazırda həbsdə olan Adnan Əhmədzadənin dəvəti ilə onun digər futbolçu yoldaşları birgə ölkəmizə səfəri böyük rezonans doğurmuşdu. Məşhur futbolçu fransalı bəstəkar və müğənni Villi Vilyam və Rumıniyandan olan Morandi musiqi qrupunun “Crystal Hall”-da keçirilən konsertinə təşrif buyurmuşdular.

P.S. Erməni və elə Azərbaycan mətbuatında da gedən məlumatlarda 2017-ci ildə Argentina Futbol Assosiasiyası ilə AFFA arasında əldə edilmiş razılığa əsasən, iki milli komanda arasında yoldaşlıq görüşü keçiriləcəkmiş. Lakin Argentina millisinin kapitanı Lionel Messinin təkidi ilə oyun baş tutmayıb.

Erməni mediasının yazdığına görə, Azərbaycandan kimsə hətta 60 dəqiqəlik oyun üçün Messiyə 8 milyon ABŞ dolları təklif etsə də, o bu məbləğdən imtina edib. Həmin şəxsin kimliyi ilə bağlı isə heç bir məlumat verilmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri