Icma.az
close
up
RU
Məni 3 dəfə əməliyyat etdi, hamısı uğursuz alındı” Məşhur cərrahdan ŞİKAYƏT FOTO

Məni 3 dəfə əməliyyat etdi, hamısı uğursuz alındı” Məşhur cərrahdan ŞİKAYƏT FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"Məşhur plastik cərrah-onkoloq Könül Ağamirova məni 3 dəfə əməliyyat etdi, hamısı uğursuz alındı". 

Milli.Az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya Aybəniz Zeyn adlı vətəndaş müraciət edib. 

O bildirib ki, ötən il adıçəkilən cərrah tərəfindən sinə kiçiltmə əməliyyatından sonra həmin nahiyədə nekroz (canlı toxumalarda hüceyrələrin erkən ölümü) əmələ gəlib: "Əməliyyatım "Milana Hospital"da baş tutdu. Bundan sonra fəsadlar ortaya çıxdı. Sinəmdə nekroz əmələ gəldi və zamanla daha da pis vəziyyətə düşdüm. İkinci dəfə həkim məni əməliyyata götürərək nekrozu təmizlədi. Ancaq bu dəfə çox kobud tikişlər atıldı. Bir müddət sonra həmin tikişlər açıldı".

İngiltərədə yaşayan Aybəniz Zeynin sözlərinə görə, bu əməliyyat üçün ümumilikdə 7 min manat ödəniş edib: "Artıq üçüncü dəfə məcbur qalıb yenidən eyni həkimin əməliyyatına girdim. Bu dəfə isə öz qarın bölgəmdən yağ alıb sinəmə vurdu. O da bir ay sonra töküldü. Bu həkim məni pis vəziyyətə qoyub. Sinəmdə fəsadlar yaranıb. Bu, bir cinayətdir. Mənə vurulmuş ziyanın qarşılığının ödənilməsini istəyirəm. Hazırda pis vəziyyətdəyəm, ödənişim geri qayıtsın ki, İngiltərədə müayinəyə başlayım. Digər şəxslər də bilməlidir ki, bu həkim düzgün seçim deyil. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət etmişəm". 

Məlumat üçün bildirək ki, bu ilin aprelində Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısını açıqlayıb. Sözügedən həkimlərin siyahısında Könül Ağamirovanın adı yoxdur.  

Şikayətçi saytımıza prosedurdan sonra bədənində yaranan yaraların, irinləmələrin və açılan tikişlərin fotosunu da göndərib. Oxucuların həssaslığını nəzərə alaraq, həmin şəkillərdən yalnız ikisini üstüörtülü formada yerləşdiririk: 

İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Könül Ağamirova ilə əlaqə saxladıq. O bu şikayətin reputasiyasına zərər gətirəcəyini deyərək ittihamlarla əlaqədar açıqlama vermək istəmədi. 

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə ünvanladığımız sorğuya cavab olaraq isə bildirildi ki, məsələ ilə bağlı həkim Könül Ağamirovanın aidiyyəti üzrə rəsmi izahatı götürülüb: "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən özəl tibb müəssisələrində xəstələrə göstərilən tibbi xidmətlərin tarifləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə müəyyənləşdirilir və tibbi xidmətin göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir. Müraciətdə qeyd olunan faktın eyni zamanda mülki iş olduğunu, insan sağlamlığında yaranmış problemin məhkəmə-tibbi ekspertizası tərəfindən qiymətləndirilməsinin zəruriliyini və dələduzluq faktının araşdırılması məsələsinin Mərkəzin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq, vətəndaşın təsdiqedici sənədlərlə birlikdə hüquq-mühafizə orqanlarına və ya bilavasitə məhkəməyə müraciət etmək hüququ olduğu Aybəniz Zeynalovaya bildirilib.

Aybəniz Zeynalovanın Bakı şəhərində yerləşən "Milana Hospital"ın həkimi Könül Ağamirova tərəfindən göstərilən tibbi xidmətdən sonra səhhətində yaranmış problem və əməliyyata görə ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı Səhiyyə Nazirliyinə daxil olan müraciətinə nazirliyin Analitik Ekspertiza Mərkəzində aidiyyəti üzrə baxılıb. Müraciətdə qeyd edilən faktın 2024-cü ilə təsadüf etməsi, eyni zamanda da şikayətçi tərəfindən ərizəyə müvafiq təsdiqedici sənədlərin (həkim Könül Ağamirova tərəfindən keçirilmiş əməliyyata dair rəsmi tibbi qeydiyyat sənədləri, xəstəlik tarixindən çıxarış və ya epikriz) əlavə edilmədiyindən, aidiyyəti müəssisədə qanunvericiliklə müəyyən olunmuş qaydada uyğun nəzarət tədbirinin keçirilməsi məqsədəmüvafiq hesab edilməyib. Əlavə olaraq bildirilir ki, Mərkəz tərəfindən həkim Könül Ağamirovanın vəzifə səlahiyyətləri araşdırılan zamanı onun müəssisədə direktorun müalicə işləri üzrə müavini vəzifəsinə təyin edilməsi müəyyən edilib. Könül Ağamirovanın aidiyyəti üzrə rəsmi izahatı götürülüb. Əldə olunan sənədlər araşdırma materiallarına əlavə edilib".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 İyun 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri