Icma.az
close
up
RU
Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib

Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Oktyabrın 8-i Naxçıvanda Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Universitetinin dəvəti və təşkilatçılığı ilə Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli xanəndə, professor Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub.

Mia.az xəbər verir ki, konsert proqramında dövlət, hökumət rəsmiləri, Ali Məclisin deputatları, şəhid ailələri, qazilər, mədəniyyət və incəsənət xadimləri, Yazıçılar Birliyinin əməkdaşları və digər təşkilatlar, ziyalılar və şəhər ictimaiyyəti qonaq qismində iştirak ediblər.

Öncə Xalq artistinin həyatı və səhnə fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin rəsmi hissəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Xalq artisti Mənsum İbrahimovu 65 illik yubileyi münasibətilə təbrik edib, sənətkarın Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi zəngin töhfələrdən söz açıb. Dövlətin ən ali mükafatlarına  layiq görülən görkəmli sənətkara Universitetin Elmi Şurasının qərarı ilə “Fəxri professor” diplomunun da təqdim olunduğunu diqqətə çatdırıb. Elbrus İsayev yubilyara görüşdən xatirə plaketi və NDU-nun Konservatoriyasının “Qədim musiqi alətləri emalatxanası”nda hazırlanan qədim “Çovur” musiqi alətini hədiyyə edib.

Muğam sənətinin görkəmli nümayəndəsi, müxtəlif dövrlərdə 4 dəfə Prezident mükafatına, 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına, UNESCO səviyyəsində “Yaşayan insan xəzinəsi” adına layiq görülən sənətkar Mənsum İbrahimov  muğam sənətinin inkişafında və təbliğində göstərilən dövlət dəstəyindən danışıb. Sənətkar xüsusilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən böyük layihələrin, muğam müsabiqələrinin müstəsna rolunu qeyd edib və “Bu gün muğam yeni dövrünü yaşayır” - deyə vurğulayıb. Yubilyar Naxçıvan tamaşaçılarını sevdiyini, burada olmaqdan məmnunluğunu ifadə edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Konsert proqramının bədii hissəsində tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədovun  müşayiəti ilə Azərbaycan Respublikasının Əməkdar artistləri Nuriyyə Hüseynova, Təyyar Bayramov, Elnur Zeynalov, Muğam Televiziya müsabiqəsinin qalibi Güllü Muradova və həmin müsabiqənin laureatı Gülzar Fərəcovanın ifasında musiqi nömrələri dinlənilib. Eləcə də NDU-nun gənc və istedadlı müəllimləri zərb alətlərində Nəcəf Hacılı, nağarada Munis Əliyev və sintezatorda Səxavət Rəhimovun müşayiəti ilə sənətkar Mənsum İbarhimovun repertuarında yer alan bir-birindən zəngin xalq mahnıları və muğamlardan ifa olunan parçalar alqışlarla qarşılanıb, tamaşıçlarda dərin təəssürat yaradıb.

Tədbir çəçivəsində Naxçıvan ziyalıları adından çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, çıxış üçün Naxçıvan musiqiçiləri adından söz verilən Əməkdar mədəniyyət işçisi, görkəmli tarzən Əkrəm Məmmədli Mənsum İbrahimovu 65 yaşının tamam olması münasibətilə təbrik edərək onun həyat və yaradıcılığından, muğamlarımızın inkişafındakı xidmətlərindən, yaratdığı ölməz obrazlardan söz açıblar.

Konsert proqramı sonda Mənsum İbrahimovun təkrarsız ifası və tanınmış muğam ifaçıları ilə birgə səsləndirilən “Yaşa mənim xalqım” mahnısının sədaları altında yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://mia.az
archiveBu xəbər 09 Oktyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri