Icma.az
close
up
RU
Məqsəd münaqişəni yenidan alovlandırmaqdır, amma Azərbaycan imkan verməyəcək RƏY

Məqsəd münaqişəni yenidan alovlandırmaqdır, amma Azərbaycan imkan verməyəcək RƏY

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Parlament qanunverici orqan olaraq ölkənin qanunvericilik bazasının formalaşdırılması, beynəlxalq əhəmiyyətli qanunların qəbulu və ratifikasiyası prosesini həyata keçirməklə yanaşı, parlament diplomatiyasının prinsiplərinə uyğun olaraq ölkələrarası əlaqələrin inkişafına töhfə verməkdir. Amma bir çox hallarda bəzi ölkələrin, xüsusən də dünyanın aparıcı ölkələrinin parlamentləri bu kriteriyalara adekvat davranmayaraq beynəlxalq hüquqa zidd olaraq parlament səviyyəsində digər dövlətlərin daxili işlərinə açıq şəkildə müdaxilə edirlər. Onlar dövlətlərin daxili işlərinə qarışır, demokratiya və insan hüquqları ilə bağlı əsassız ittihamlar səsləndirir, ərazi bütövlüyü və suverenliyə zidd açıqlamalar verirlər. Məsələn, ABŞ, Fransa, Rusiya, Belçika, İsveçrə və bir çox digər ölkənin ali qanunverici orqanı səlahiyyət çərçivələrini aşaraq ayrı-ayrı dövlətlər arasındakı məsələlərə dair qeyri-konstruktiv mövqe sərgiləyir və bu, artıq günümüzün reallıqları sırasındadır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Deputat bildirib ki, Azərbaycanın yaratdığı postmüharibə reallıqları hələ də bəzi mərkəzləri narahat edir: “Ermənistan vasitəsilə Cənubi Qafqazı gərginlik ocağı kimi saxlamağa çalışan qüvvələr “Qarabağ kartı”nı ortaya ataraq sülh müqaviləsinin imzalanmasına doğru gedən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına zərbə vurmaq istəyirlər. ABŞ-nin 87 konqresmeni prezident Donald Trampa müraciəti bu istəyin real ifadəsidir. Konqresmenlər Ağ evi Qarabağı könüllü tərk edən ermənilərin geri qayıtmasına şərait yaratmağa çağırır, bu addımın guya humanitar məqsədlərlə bağlı olduğunu bildirirlər. Halbuki, hər kəs məsələnin arxasında erməni lobbisinin durduğunu aydın görür və yaxşı anlayır ki, bütün bu cəhdlərin arxasında regional prosesləri mürəkkəbləşdirməklə sülh sazişini əngəlləmək dayanır”.

Deputatın fikrincə, müraciəti ünvanlayan konqresmenlərin əsasən demokratlardan ibarət olduğunu nəzərə alsaq deyə bilərik ki, burada onların məqsədi prezident Trampı Azərbaycan əleyhinə qızışdırmaqla yalnız və yalnız erməni diasporu qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən ibarətdir. 

O  qeyd edib ki, erməni lobbisini hərəkətə gətirən daha bir neçə mühüm fakt var: “Birincisi, Zəngəzur dəhlizinin açılması və onun Ermənistan ərazisindən keçən hissəsinin 100 il müddətinə ABŞ-nin təhlükəsizlik şirkətlərindən birinə icarəyə verilməsi perspektivləri, ikincisi, dövlət katibi Marko Rubiodan ölkə departamentinə ünvanlanan, bəzi istisna hallar olmaqla digər dövlətlərdə gedən proseslər, ələlxüsus da, seçki kampaniyaları ilə bağlı hər hansı açıqlamadan çəkinmək müraciəti Azərbaycanı tez-tez hədəf göstərməyə çalışan dairələrin rəzil arqumentlərini faktiki əllərindən alır. Həm erməni diasporu, həm diasporla yaxın əməkdaşlıq edən kilsə müxalifəti, revanşistlər və xuntaçılar siyasi reputasiyalarını tamamilə itirdiklərini və 2026-cı ilin parlament seçkilərində Paşinyana alternativ qoya bilməyəcəklərini başa düşərək, obrazlı desək, “batmaqda olan gəmi”ni xilas etməyə çalışırlar. Ancaq onların cəhdlərinin uğur ehtimalı sıfıra bərabərdir. İlk növbədə, ona görə ki, bu gün ABŞ və Azərbaycan liderləri arasında xoş münasibətlər və dərin inam var. Prezidentlərin qarşılıqlı təbrik məktublarının məzmunundan da görünür ki, həm Prezident İlham Əliyev, həm də prezident Donald Tramp bir-birinin beynəlxalq fəaliyyətini yüksək qiymətləndirir və bir çox istiqamətlər üzrə əməkdaşlığı davam etdirmək əzmindədir. Real sübut: Azərbaycan Prezidenti amerikalı həmkarına özünün sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkürünü bildirdi. Dövlət başçımızın “X” hesabında həmçinin bu sözlər yazılır: “Mən bir daha prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik”.
Beləliklə, ortaya çıxan mənzərə budur: Tramp administrasiyası Bayden-Blinken cütlüyündən fərqli olaraq Azərbaycanın daxili işlərinə qarışmaq, erməni iddialarını müdafiə etmək deyil, Bakı ilə enerji, nəqliyyat, terrorizmə qarşı mübarizə və digər sahələr üzrə sağlam əlaqələr qurmağa üstünlük verir. Ağ Evdə Prezident İlham Əliyevin bu yaxınlarda Xankəndidə təşkil olunan qlobal media forumunda Birləşmiş Ştatlar liderinin praqmatik siyasətinə verdiyi dəstək məmnunluqla qarşılanır və bu mövqe Bakı-Vaşinqton gələcək əməkdaşlığının “yol xəritəsi” kimi qəbul olunur. Belə bir vəziyyətdə uzun illər diaspor fəaliyyəti ilə müəyyən dividendlər qazanan amerikalı ermənilərin keçmişi qaranlıq olan konqresmenlər, Samanta Pauer kimi lobbistlər, eləcə də Bakı həbsxanasında oturan Ruben Vardanyanın adı ətrafında təbliğat qurmaqda məqsədi getdikcə güclənən ABŞ-Azərbaycan əlaqələrinə zərər vurmaqdan ibarətdir. 
Məsələnin problemli tərəfi həm də odur ki, amerikalı ermənipərəstlər Avropada anti-Azərbaycan mövqeyi ilə tanınan ölkələr – İsveçrə, Belçika, Fransanın ali qanunvericilik orqanları ilə koordinasiyalı şəkildə çalışır. İsveçrə parlamentinin Qarabağ ermənilərinin geri qayıdışı üzrə layihə hazırlayan üzvlərini, həmçinin, sabiq erməni diplomatı - Vardan Oskanyanı Vaşinqtona dəvət edən ABŞ konqresmenləri bu günlərdə Fransa Milli Assambleyası tərəfindən də Qarabağı tərk edən ermənilərin məsələsinin müzakirəyə çıxarılmasına stimul yaratdılar. Bir sözlə, Azərbaycan dövlətinin sürətlə gücləndiyini və Prezident İlham Əliyevin qlobal səviyyədə nüfuz sahibinə çevrildiyini görən bütün bədxah dairələr bir araya gələrək ölkəmizi nüfuzdan salmaq üçün qəti hərəkətə keçiblər. Bəli, rəsmi Bakının Cənubi Qafqazda sülh təşəbbüsünün müəllifi olmasına baxmayaraq, Azərbaycan hələ də bəlli mərkəzlərin dezinformasiyaları və diplomatik hücumlarına məruz qalır. Lakin erməni ideologiyasına xidmət edən bəzi ölkələrin parlament təmsilçiləri nəhayət, anlamalıdırlar ki, Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı reallıq bölgənin uzunmüddətli geosiyasi konfiqurasiyasının təməl prinsipidir. Regionda yeni münaqişə ocağı yaratmaq və hərbi eskalasiyanı dərinləşdirmək mümkün olmayacaq, çünki bu məkrli planların önünü güclü Azərbaycan dövləti və onun yaxın dostlarının iradəsi kəsəcək”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 İyul 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri