Icma.az
close
up
RU
Mərakeş Aİ kənd təsərrüfatı sazişi: güzəştli tariflər cənub əyalətlərinə də şamil edilir

Mərakeş Aİ kənd təsərrüfatı sazişi: güzəştli tariflər cənub əyalətlərinə də şamil edilir

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Mərakeş Krallığı və Avropa İttifaqı kənd təsərrüfatı sazişinə edilmiş dəyişikliklər üzrə danışıqları tərəfdaşlıq və qarşılıqlı anlaşma ruhunda uğurla yekunlaşdırıb”.

525.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Nasser Burita bəyan edib.

Nazir bildirib ki, sazişin imzalanması yaxın günlərdə Brüsseldə baş tutacaq və daxili prosedurlar tamamlanana qədər sənəd imzalandığı andan müvəqqəti olaraq qüvvədə olacaq.

Burita vurğulayıb ki, bu sənəd Krallığın milli əsaslarına uyğun şəkildə hazırlanıb və 2018-ci ildə iki tərəf arasında məktub mübadiləsinə əsaslanan çərçivəni qoruyub saxlayır.

Nazir əlavə edib ki, yeni mətn Avropa İttifaqı tərəfindən Mərakeşlə əməkdaşlıq sazişi çərçivəsində verilmiş imtiyazlı gömrük rüsumlarının cənub bölgələrinə də şamil olunmasını təsdiqləyir. Yəni, şimaldan ixrac olunan məhsullara tətbiq edilən bazara çıxış şərtləri Mərakeş Səhrasından gətirilən məhsullara da tətbiq ediləcək.

Sazişdə məhsulların mənşəyini göstərən etiketləmə ilə bağlı dəyişikliklər də nəzərdə tutulur. Belə ki, Cənub bölgələrində istehsal olunan kənd təsərrüfatı məhsulları üzərində “Laayoune-Sakia El Hamra” və “Dakhla-Oued Eddahab” bölgələri göstəriləcək.

Sənəd, həmçinin Avropa İttifaqınin 2019-cu ildə Mərakeş Səhrası ilə bağlı açıqladığı mövqeyi xatırladır. O zaman Birlik Mərakeşin ciddi və etibarlı təşəbbüslərinimüsbət qiymətləndirib. Mətn bir sıra Avropa İttifaqı üzv dövlətlərinin sonrakı mövqelərinə də istinad edir;onlar Mərakeşin muxtariyyət təşəbbüsünü dəstəkləyib və Kral VI Məhəmmədin iradəsinə uyğun hərəkət ediblər.

“Bu siyasi sənəd deyil,” – Burita qeyd edib. O deyib ki, bu, iqtisadi və ticarət xarakterli sənəddir. Lakin bununla belə, aydın və güclü mesaj verir.

Nazir əlavə edib ki, Kral VI Məhəmmədin rəhbərliyi ilə Mərakeş Səhrası inkişaf və rifah məkanına çevrilib, sabitlik və bölgəsəl tərəqqi mərkəzi kimi önə çıxıb.

O, böyük dövlətlərin və beynəlxalq tərəfdaşların bölgədəki iqtisadi fəaliyyətlərə maraq göstərdiyini, həmçinin ticarət və sərmayəni dəstəkləməyə hazır olduqlarını vurğulayıb. Məqsəd bu ərazini Avropa ilə Afrika, Aralıq dənizi ilə Atlantik okeanı arasında körpüyə çevirməkdir.

Nazir misal olaraq ABŞ tərəfindən ötən həftə verilmiş bəyanatı, 9 oktyabrda Daxlada keçiriləcək Mərakeş–Fransa İqtisadi Forumunu və Böyük Britaniyanın “UK Export Finance” qurumunun planlarını göstərib.

Saziş, eyni zamanda kənd təsərrüfatı daxili məhsulunun artımına, iş yerlərinin yaradılmasına və xüsusilə də Mərakeş Səhrasında məşğulluğun qorunmasına töhfə verəcək.

Burita vurğulayıb ki, sənəd Mərakeş və Avropa İttifaqı arasında uzunmüddətli, etibarlı tərəfdaşlığı daha da gücləndirir. Əlavə edib ki, Mərakeş Avropa İttifaqı üçün Afrikada və ərəb dünyasında illik 60 milyard avrodan çox ticarət dövriyyəsinə malik (sənaye, kənd təsərrüfatı məhsulları və avadanlıqlar da daxil olmaqla) mühüm tərəfdaşdır.

Nazir onu da bildirib ki, Kral həmişə Mərakeş–Avropa İttifaqı tərəfdaşlığının konkret və birgə fəaliyyətlər üzərindən həyata keçirilməsini arzulayıb.

Bu əməkdaşlıq yalnız kənd təsərrüfatı və ticarət sahələrini deyil, siyasi, iqtisadi, sosial, ekoloji, miqrasiya, təhlükəsizlik, rəqəmsal və mədəni sahələri də əhatə edir. Bölgədə mürəkkəb vəziyyətin hökm sürdüyü və böhranların dərinləşdiyi bir dövrdə əldə olunan bu nəticə Mərakeş və Avropa İttifaqınə ortaq gələcəyəinamla baxmağa imkan verir.

“Biz bu gün mövcud potensialımızdan tam istifadə edə, birgə məqsədlərə hazırlaşa, Əməkdaşlıq Şurası kimi mexanizmləri canlandıra və gələcək illər üçün münasibətlərimizi istiqamətləndirəcək daha güclü tərəfdaşlığın əsasını qoya bilərik", - Burita bildirib.

Pərvanə Soltanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri