Icma.az
close
up
RU
Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında Azərbaycanın xarici siyasətindən danışılıb AZƏRTAC

Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında Azərbaycanın xarici siyasətindən danışılıb AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev Mərakeş Krallığında səfərdə olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir müavini Rabat şəhərində yerləşən Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında yerli və Afrikanın bir sıra digər ölkələrindən olan gənc diplomatların qatıldığı dəyirmi masada iştirak edib. “Azərbaycanın xarici siyasəti” mövzusunda çıxış edən F.Rzayev ölkəmizin ikitərəfli və çoxtərəfli müstəvidə yürütdüyü xarici siyasət kursu, regionda cərəyan edən proseslər, Azərbaycanla Mərakeş arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycanın BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu sədrliyi və COP29 çərçivəsində qəbul edilmiş qərarlara dair ünvanlanmış sualları cavablandırıb.

Nazir müavini səfər çərçivəsində Tancer şəhərində Mərakeş Kralının himayəsi altında keçirilən “Suverenlik və dayanıqlıq imkanları: yeni qlobal tarazlığa doğru” mövzusunda 16-cı Beynəlxalq MEDays Forumunda iştirak edib.

Foruma 100-dən çox ölkədən 6 minə yaxın nümayəndə qatılıb. Forumun enerji keçidləri mövzusuna həsr olunmuş panel sessiyasında çıxış etmiş F.Rzayev ölkəmizin yaşıl enerjiyə keçid və bərpaolunan enerji mənbələrindən istifadə sahəsindəki siyasəti, habelə COP29 çərçivəsində Azərbaycanın sədrliyi tərəfindən görülmüş işlərdən danışıb.

“Qlobal idarəçilik böhranı və multilateralizm” mövzusunda panel sessiyasında çıxışında nazir müavini Azərbaycanın xarici və təhlükəsizlik siyasətinə dair Forum iştirakçılarını məlumatlandırıb.

Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk günlərdən başlayaraq, beynəlxalq hüququn aliliyi və multilateralizmə xüsusi önəm verdiyini bildirən F.Rzayev ölkəmizin üzləşdiyi təhdidlər, erməni işğalının fəsadlarına toxunub. Nazir müavini Azərbaycanın mühüm enerji və nəqliyyat layihələri ilə daha geniş bölgədə inteqrasiya proseslərinə vacib töhfə verdiyini vurğulayıb. O, Azərbaycanın Qoşulmama Hərəkatına 4 il müddətində uğurla sədrlik etdiyini diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see169

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri