Icma.az
close
up
RU
Rusiyalı nazir: COP29da yekun sənədin qəbulu Azərbaycanın diplomatik qələbəsidir AZƏRTAC

Rusiyalı nazir: COP29da yekun sənədin qəbulu Azərbaycanın diplomatik qələbəsidir AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Moskva, 6 dekabr, AZƏRTAC

BMT-nin beynəlxalq iqlim konfransında (COP29) yekun sənədin qəbulu Azərbaycanın diplomatik qələbəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov “İnterfaks” agentliyinə müsahibəsində bildirib. Nazir qeyd edib ki, fikir ayrılıqlarına baxmayaraq, konfransda iştirak edən bütün ölkələr yekun sənədi razılaşdırıblar. “Burada Azərbaycanın Sədrliyinin əsas rolunu və onların komandasının danışıqlarda ustalığını ayrıca qeyd etmək istərdim. Bu, şübhəsiz ki, onların diplomatik qələbəsidir”, - deyə Reşetnikov vurğulayıb.

Nazir iştirakçılar tərəfindən karbon vahidlərinin beynəlxalq satışı ilə bağlı qaydanın təsbit edilməsini Bakıda keçirilən konfransın növbəti qələbəsi adlandırıb. “Bizim üçün vacibdir ki, əldə edilmiş razılaşmalarda ölkələrin karbon bazarlarının yaradılmış infrastrukturuna bərabər çıxış prinsipi təsbit edilib. Rusiya layihələri və karbon vahidləri siyasi motivli məhdudiyyətlərlə üzləşməməlidir”, - deyə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri bildirib.

Reşetnikov, həmçinin qeyd edib ki, COP29-da qazıntı yanacaqdan imtina edilməsi ilə bağlı müzakirələr aparılıb. Ötən il qlobal karbon neytrallığına nail olmaq üçün balanslaşdırılmış tədbirlər kompleksini formalaşdırmaq mümkün oldu. Buraya təkcə qazıntı yanacağından keçid deyil, həm də bərpaolunan enerjinin, elektrik nəqliyyatının, nüvə enerjisinin inkişafı və enerji səmərəliliyinin artırılması daxildir. “Rusiya hesab edir ki, indi məsələ bu razılaşmaları ədalətli və effektiv şəkildə həyata keçirməkdən ibarətdir və bizim mövqeyimiz inkişaf etməkdə olan ölkələrin əksəriyyəti, ilk növbədə BRICS ilə uyğundur. Söhbət maliyyə və beynəlxalq texnoloji əməkdaşlığın keyfiyyətcə yeni formalarından getməlidir”, - deyə o bəhs edib. Nazirin fikrincə, inkişaf etmiş dünya birmənalı olaraq belə dialoqa hazır deyil.

İqtisadi İnkişaf Nazirliyinin rəhbərinin sözlərinə görə, hazırda Rusiyada aşağı karbonlu inkişaf strategiyasının hədəf ssenarisi və onun həyata keçirilməsi planının layihəsi dəqiqləşdirilir. “Biz müvafiq idarələrlə 2030-cu il üçün iqtisadi cəhətdən mümkün olan istixana qazı emissiyaları göstəriciləri üzərində işləyirik. Biz onları 2025-ci ilin birinci rübündə təqdim etməyə hazır olacağıq”, - deyə Reşetnikov sözünü yekunlaşdırıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri