Icma.az
close
up
RU
Merin çağırışı Tbilisini qarışdırdı: Aksiyaçıları qəzəbləndirən Yolka qərarı

Merin çağırışı Tbilisini qarışdırdı: Aksiyaçıları qəzəbləndirən Yolka qərarı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisinin meri Kaxa Kaladzenin ənənvi Milad ağacının quraşdırılması mərasiminin dekabrın 14-də  parlament binası yaxınlığında keçirilməsi ilə bağlı qərarını təxribat adlandırıb. Zurabişvili həmin ərazidə iki həftədir etiraz aksiyalarının davam etdiyini vurğulayıb.

Prezident Kaladzenin məhz aksiyaların olduğu yerdə Yeni il şənliyinin keçirilməsini tapşırdığını bildirib. Məlumata görə, mer uşaqları parlament binasının qarşısında deyil, prezident iqamətgahının ətrafında toplaşmağa dəvət edib. Şam ağacının hər zaman olduğu kimi dekabrın 17-də Barbaroba bayramında yox, məhz ölkədə prezident seçkilərinin keçirildiyi gün qurulması qərarı birmənalı qarşılanmayıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Gürcüstanda Qərbə meyilli qüvvələr artıq məğlub olub:

“Bu reallıq nə qədər acı olsa da, onu qəbul etmək lazımdır. Hakim partiyanın təsisçisi Bidzina İvanişvilinin rəhbəri olduğu ruspərəst qüvvələr parlamentdə çoxluğu ələ alıblar. Onlar növbəti mərhələ olaraq bu gün prezident seçkiləri keçirdilər. Xanım Zurabişvilinin seçilməyəcəyi onsuz da güman edilirdi. Onun bəyanatları əsasında məsələyə yanaşdıqda çıxan nəticə budur ki, ümumiyyətlə prezident seçkilərinə qatılmamalı idi. Çünki Zurabişvili indiki qanunverici orqanın legitimliyini tanımadığın bəyan edib.


Mütəllim Rəhimli

Parlament seçkilərindən sonra ardıcıl davam edən kütləvi aksiyalar qalib Gürcü Arzusu Partiyasını silkələyə bilmədi. Qərbin də bütün dəstəkləyici bəyanat və addımlarına baxmayaraq hakimiyyət öz mövqeyini qoruyub saxlamaqdadır. İndi isə hökumət etiraz aksiyalarının keçirildiyi parlament binası önündə yeni il ağacını quraşdırmaqla rəqibə əhəmiyyətli zərbə vurmaq əzmini göstərir.

Gürcülərin dini və mənəvi görüşləri onu deməyə əsas verir ki, onlar yeni il ağacının quraşdırılmasına kəskin etiraz etməyəcəklər. Aksiyaçıların səsi isə çoxluğun içərisində bir az da zəifləyəcək”.

Qeyd edək ki, bu gün keçirilən seçkilər nəticəsində hakim partiyanın namizədi Mixeil Kavilaşvili Gürcüstanın yeni prezidenti seçilib. Onun andiçmə mərasimi dekabrın 29-da baş tutacaq. Salome Zurabişvili isə parlamenti və səsverməni legitim hesab etmədiyini bildirib.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Dekabr 2024 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri