Icma.az
close
up
RU
Merkel sərt tənqid altına düşdü

Merkel sərt tənqid altına düşdü

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az “Politico” nəşrinə istinadən xəbər verir ki, ekspertlərin fikrincə, son iyirmi ildə Avropanın ən nüfuzlu siyasətçilərindən biri sayılan Merkelin tənqidi onun Rusiyaya münasibətindəki uğursuzluqları vurğulayır və onun siyasi irsini sual altına qoyur. Bu xüsusən də sabiq kanslerin miqrasiya və energetika siyasətinin ləğvi fonunda daha qabarıq şəkildə nəzərə çarpır.
Latviyanın keçmiş baş naziri Krişyanis Karinş Merkelin açıqlamalarını təkzib edərək, Almaniya da daxil olmaqla, bir çox ölkələrin o zaman Rusiyanın yaratdığı təhlükəni lazımınca qiymətləndirmədiyini bildirib.
“Mən Merkelə davamlı olaraq deyirdim ki, sən Putinlə iş görə bilməzsən və onun yaxşı niyyətinə arxalana bilməzsən, lakin o, Baltikyanı ölkələrin səhv etdiyini düşünürdü. Ukraynada baş verən hər şeydən sonra belə onun bu mövqeyinə sadiq qalması məni heyrətə gətirir”, - siyasətçi deyib.
Estoniyanın Xarici İşlər naziri Marqus Tsahkna münaqişəyə görə yalnız Rusiyanın məsuliyyət daşıdığını vurğulayıb.
- Rusiyanın Ukraynaya qarşı müharibəsi yalnız onun Sovet İttifaqının dağılmasını qəbul etməməsi və imperialist ambisiyaları ilə bağlıdır. Bu təcavüzün günahı yalnız Rusiyanın üzərindədir”, - Estoniya XİN-in rəhbəri “X” sosila şəbəkəsində yazıb.
Merkel Polşanı və Baltikyanı ölkələri günahlandırıb Polşada da Merkelin şərhləri, xüsusilə sağçı partiyalar arasında, kəskin reaksiyaya səbəb olub. Polşanın keçmiş baş naziri, hazırda müxalifətdə olan “Hüquq və Ədalət (PiS)” partiyasının sədr müavini Mateuş Moravetski deyib: “Angela Merkel düşünməmiş müsahibəsi ilə özünün ötən əsrdə Avropaya ən çox ziyan vuran alman siyasətçilərindən biri olduğunu sübut etdi”.
Avropa Parlamentinin PiS-dən olan üzvü Valdemar Buda da Almaniyanın sabiq kanslerinin bəyanatına biganə qalmayıb.
- Merkel Putinlə yenidən danışıqlar aparmaq istədiyini dedikdə, çox güman ki, bunun Ukraynanın parçalanmasına gətirib çıxaracaq. Çünki Putinlə danışıqlar faktiki olaraq müharibəni törədib”, - avroparlamentari vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Macarıstanın müxalifyönlü mediasına müsahibəsində Angela Merkel Şərqi Avropa ölkələrinin Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi ərəfəsində onun Vladimir Putin və Fransa lideri Emmanuel Makronla birbaşa danışıqlar təşkil etmək cəhdlərinə mane olduqlarını iddia edib.
Onun sözlərinə görə, məhz Polşa və Baltikyanı ölkələr bu təşəbbüsün əleyhinə çıxmaqla dolayısı ilə Rusiya-Ukrayna müharibəsinin başlamasına səbəb olublar.
Maraqlıdır ki, almaniyalı politoloq Aleksandr Rar bu iddianın Angela Merkelin Avropa Komissiyasının (AK) sədri olmaq niyyətindən xəbər verdiyini istisna etməyib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see372

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see354

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see332

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see331

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see296

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see293

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see282

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see228

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see214

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see212

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see208

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see206

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see200

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see200

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see189

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see189

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see184

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri