Icma.az
close
up
RU
Keçmiş Kansler Angela Merkel hazırkı hökumətin miqrasiya siyasətini tənqid edib

Keçmiş Kansler Angela Merkel hazırkı hökumətin miqrasiya siyasətini tənqid edib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Berlin, 30 iyun, AZƏRTAC

Almaniyanın sabiq Kansleri Angela Merkel hazırkı hökumətin miqrasiya siyasətini tənqid edib.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, A.Merkel keçmiş qaçqınlarla görüşdə Daxili İşlər Nazirliyinin sərhəd nəzarətləri zamanı sığınacaq axtaran şəxslərin geri qaytarılması praktikasına münasibət bildirərək deyib: “Əgər Almaniya sərhədində kimsə “sığınacaq“ deyirsə, o zaman əvvəlcə bir prosedur həyata keçirilməlidir. Bu, birbaşa sərhəddə də ola bilər, amma prosedur olmalıdır. Mən Avropa hüququnu bu cür başa düşmüşəm”.

Sabiq Kansler miqrasiya siyasətində ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının təsirinə düşməyin də təhlükəli olması barədə xəbərdarlıq edib: “Mən daim AfD haqqında danışa və onların gündəmini qəbul edə bilmərəm. Biz qeyri-qanuni miqrasiyanın sayını azaltmalı, eyni zamanda, dəyərlərimizi də müdafiə etməliyik”.

Federal Kansler Aparatının rəhbəri Torsten Fray hökumətin mövqeyini müdafiə edərək deyib: “Əgər kimsə artıq Avropada bir yerdə sığınacaq alıbsa və ya təhlükəsiz ölkələrdən keçərək bizə gəlibsə, həmin şəxslər artıq qaçqın deyil, təhlükəsiz ölkələrdən gələn insanlardır”.

Xatırladaq ki, Berlin İnzibati Məhkəməsi Polşadan gələn üç somalilinin sərhəddən sonrakı ilk dəmir yolu stansiyasından geri qaytarılmasının qanunsuz olmasına dair qərar verib. Federal Daxili İşlər Nazirliyi bunu təkcə bir hal kimi qiymətləndirib. Məhkəmənin sədri Andreas Korbmaxer “Handelsblatt” qəzetinə açıqlamasında hökumətin uzunmüddətli perspektivdə bu kursu davam etdirə bilməyəcəyini vurğulayıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri