Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Trampın Avropaya marağı niyə azalır? “ABŞ diqqətini Mərkəzi Asiyaya yönəldir, çünki...”

Trampın Avropaya marağı niyə azalır? “ABŞ diqqətini Mərkəzi Asiyaya yönəldir, çünki...”

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Elxan Şahinoğlu: “ABŞ-nin “Tramp yolu” layihəsinin reallaşmasında maraqlı olmasının əsas səbəblərindən biri də Mərkəzi Asiyaya çıxış əldə etmək niyyətidir”

“ABŞ Prezidenti Donald Trampın Avropa bölgəsinə marağı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Ağ Ev sahibi Avropa İttifaqını zəif təşkilat, Avropa liderlərini isə cəsarətsiz siyasətçilər kimi qiymətləndirir”.

“AzPolitika” bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında ABŞ-Avropa münasibətlərini təhlil edərkən yazıb.

Şahinoğlu qeyd edib ki, Trampın bu yanaşmasının əsas səbəbi Avropa İttifaqının müxtəlif problemlərin həllində qətiyyətli addımlar ata bilməməsi və qitənin təhlükəsizliyinə yetərincə diqqət ayırmamasıdır.

Politoloqun sözlərinə görə, Avropa ölkələri uzun illər ərzində öz təhlükəsizliklərini ABŞ-yə həvalə edib, hərbi xərclər əvəzinə sosial rifaha üstünlük veriblər: “Bu siyasət Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasına və Trampın prezident seçilməsinə qədər davam edib. Vaşinqton artıq Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı maliyyə yükünü daşımaq istəmir”.

Elxan Şahinoğlu bildirib ki, Tramp administrasiyasının diqqəti hazırda Avrasiya məkanına, xüsusilə də Mərkəzi Asiyaya yönəlib. Onun fikrincə, ABŞ-nin Azərbaycanla Ermənistan arasında barışığa nail olmaq və “Tramp yolu” layihəsinin reallaşmasında maraqlı olmasının əsas səbəblərindən biri də Mərkəzi Asiyaya çıxış əldə etmək niyyətidir.

Politoloq xatırladıb ki, tarixdə ilk dəfə Mərkəzi Asiya ölkələrinin liderləri 5+1 formatında ABŞ Prezidenti ilə Ağ Evdə görüşüblər. O bildirib ki, Vaşinqtonda keçirilən bu görüş çərçivəsində ABŞ ilə Qazaxıstan arasında ümumi dəyəri təxminən 17 milyard dollar olan 30-a yaxın saziş imzalanıb. Eyni zamanda, Özbəkistanın yaxın illərdə ABŞ-dan milyardlarla dollar dəyərində 22 “Boeing” təyyarəsi alacağı açıqlanıb.

E.Şahinoğlunun sözlərinə görə, Donald Tramp bununla kifayətlənməyərək Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı aparıb və hər iki lideri gələn il ABŞ-da keçiriləcək G20 sammitinə dəvət edib.

Politoloq vurğulayıb ki, Trampın Mərkəzi Asiya ilə bağlı hədəfləri tamamilə praqmatik xarakter daşıyır. 

O bildirib ki, Qazaxıstan və Özbəkistan dünya üzrə uran ehtiyatlarının təxminən yarısına malikdir və region ölkələri eyni zamanda nadir torpaq elementləri baxımından da zəngindir: “Smartfonlar, elektrik avtomobilləri, külək turbinləri və digər yüksək texnologiyalı məhsulların istehsalında bu elementlərdən geniş istifadə olunur. Çin əvvəllər bu resursları ABŞ və Avropaya ixrac edirdi, lakin son illər ixracı kəskin azaldıb. Məqsəd Qərbin istehsal imkanlarını zəiflətmək və öz məhsullarının dünya bazarındakı payını artırmaqdır”.

Şahinoğlu əlavə edib ki, Çin faktorunun zəifləməsi Qərb ölkələrini, o cümlədən ABŞ-nin Mərkəzi Asiyaya yönəldib. Onun sözlərinə görə, ABŞ Qazaxıstanla nüvə enerjisi sahəsində əməkdaşlığı da genişləndirib və bu ölkədə modul tipli reaktorlar quraşdırmağı planlaşdırır. Bu məqsədlə Almatıda tədris mərkəzi açılıb və burada müvafiq mütəxəssislər hazırlanır.

Politoloq bildirib ki, ABŞ bu sahədə Rusiya ilə açıq rəqabətə girir, çünki “Rosatom” Qazaxıstanda iri atom elektrik stansiyasının tikintisini həyata keçirir. ABŞ isə daha kiçik tutumlu modul stansiyalar təklif edir. Şahinoğlunun fikrincə, Özbəkistan da Qazaxıstan nümunəsini əsas götürərək atom energetikası layihələrini gündəmə gətirir və Vaşinqton bu məsələləri Daşkəndlə müzakirə edəcək.

Sonda Elxan Şahinoğlu qeyd edib ki, Qazaxıstan və Özbəkistan ABŞ ilə iqtisadi əlaqələri gücləndirməklə Çinin bölgədəki inhisarını zəiflətməyə çalışırlar. Onun sözlərinə görə, Çin tərəfindən verilən iri kreditlər bu ölkələrin borc yükünü artırıb və Pekinin təsir imkanlarını genişləndirib: “Mərkəzi Asiya ölkələri bunun təhlükəsizliklərinə risk yaratdığını anlayır və ABŞ ilə əməkdaşlığı artırmaqla Çin və Rusiya ilə münasibətlərində balans formalaşdırmağa çalışırlar”.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:24
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Dekabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see195

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see186

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see153

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see151

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri