Icma.az
close
up
RU
Mərkəzi Elmi Kitabxana: keçilmiş yol və gələcəyə baxış

Mərkəzi Elmi Kitabxana: keçilmiş yol və gələcəyə baxış

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Şəhla TAHİRQIZI
Filologiya üzrə fəlsəfə doktoru, dosent, Mərkəzi Elmi Kitabxananın direktor müavini

Mərkəzi Elmi Kitabxana ilə tanışlığım ötən əsrin 90-cı illərinə təsadüf edir. Həm Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi olaraq ixtisas fənlərinin tərkib hissəsi kimi oxuduqlarımla, həm də istehsalat təcrübəsini keçirdiyim müəssisə kimi. Mərkəzi Elmi Kitabxana haqqında milli kitabxanaçılıq elminin banisi, professor Abuzər Xələfovun, bir vaxtlar buraya rəhbərlik etmiş dosent Rasim Kazımovun yazdıqları və danışdıqları da  başqa bir tarix idi.

MEK-lə əməkdaşlıq münasibətimn isə 2020-ci ilin yazında quruldu. Və mən bu münasibətdən duyduğum qürurumu sözlə ifadə etməkdə çətinlik çəkirəm.

Bu il  mənim doğma məkanımın - Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 100 illiyidir. Bu 100 ildə tarixin müxtəlif dönəmlərində yaşananlar - yaradılması, təşəkkül mərhələləri, fəaliyyətinə göstərilən dövlət qayğısı və digərləri Mərkəzi Elmi Kitabxananı Azərbaycan elminin informasiya məbədinə çevirib.

lll

Azərbaycanda elmi tədqiqatların təşkili və inkişafına dəstək göstərmək, milli elmi-mədəni irsin toplanması və qorunmasını təmin etmək, elmi biliklərin yayılmasını təşfiq etmək məqsədilə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının əsası Azərbaycanın bir qrup ziyalısı tərəfindən 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin  Biblioqrafiya bürosunun fəaliyyətə başlaması ilə qoyulub. Cəmiyyətin Müvəqqəti Şurasının 4 noyabr 2023-cü il tarixli 2 saylı protokolunda qurumun strukturu ilə bağlı qoyulan ikinci məsələ  Biblioqrafiya bürosu, yeddinci məsələ isə cəmiyyətin kitabxanası haqqında olub. Həmin müddətdən keçən 1 il yarım vaxt ərzində Biblioqrafiya bürosu üzərinə düşən məsələlərin həllinə çalışsa da, kitabxana ilə bağlı hansısa addım atılmamışdı. Bu mühüm iş yalnız 19 avqust 1925-ci ildən gerçəkləşməyə başladı.

1929-cu ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin bazasında Azərbaycan Elmi-Tədqiqat İnstitutu yaradıldı. İnstitutun yaranması və tərkibində bir sıra elmi bölmələrin meydana gəlməsi respublikamızın həyatında böyük hadisəyə çevrildi. Cəmiyyətin kitabxanası da həmin dövrdə xeyli zənginlənmiş, oxucu kontingenti artmış, kitab dövriyyəsi genişlənmişdi.

1932-ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi təşkil edildi ki, bu da kitabxananın fəaliyyətini xeyli genişləndirdi. Artıq 1934-cü ildə kitabxananın fondunda 46.5 min nüsxə kitab və jurnal var idi.

1935-ci ildə SSRİ EA Rəyasət Heyəti akademiyanın Azərbaycan filialının yaradılması haqqında qərar qəbul etdi. 1935-ci ildən başlayaraq filialın mərkəzi kitabxanası ilə yanaşı, onun ayrı-ayrı institutları və bölmələri yanında 18 sahəvi elmi kitabxana da yaradıldı.

1945-ci ildə Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması ilə əlaqədar kitabxananın tarixində yeni inkişaf mərhələsi başlandı. Kitabxanaya bütün keçmiş Sovetlər Birliyində nəşr olunan ədəbiyyatın məcburi pullu nüsxəsini əldə etmək səlahiyyəti verildi, məlumat biblioqrafiya işinin yaxşılaşdırılması istiqamətində iş aparıldı.

1951-ci ildə Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Elmi Tədqiqat institutlarının kitabxana şəbəkəsinin fəaliyyətini əlaqələndirmək və onlara rəhbərlik etmək məqsədilə Kitabxana Şurası yaradıldı, dövrün görkəmli alimləri şuranın işinə cəlb olundular.

1963-cü ildə kitabxana  Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Əsaslı Kitabxanasına çevrildi.

1964-cü ildən Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin qərarına əsasən kitabxanada Azərbaycan alimlərinin elmi nailiyyətlərini, onların həyat və yaradıcılığını əks etdirən "Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyası ilə şəxsi biblioqrafik göstəricilər çap edilmiş və bu iş bu gün də uğurla davam etdirilir.

1967-ci ildə kitabxana Akademiya şəhərciyinə köçürüldü, "Nizamnaməsi", strukturu, elmi-metodiki şurasıtəsdiq edildi, oxuculara xidmətdə dövrün  mütərəqqi üsullarının tətbiqinə başlandı.

1960-cı illərdə kitabxananın fondu hədiyyələr və şəxsi kolleksiyalar hesabına da xeyli zənginləşmişdi. Hazırda Mərkəzi Elmi Kitabxananın fondlarında müxtəlif elm sahələrinin görkəmli nümayəndələrinin 43 adda şəxsi kolleksiyası qorunmaqdadır. Bundan başqa, Akademiklər zalında mövcud olan Diplomatik güşəmizdə 26 ölkənin 33 adda kollesiyası da qorunmaqdadır.

1972-ci ildə Mərkəzləşmiş Kitabxana Sisteminə çevrilən kitabxana 1978-ci ildən respublika miqyasında təbiət və dəqiq elmlər üzrə əsas depozitar kitabsaxlayıcı kimi fəaliyyət göstərməkdədir. 1984-cü ildən Əsaslı Kitabxana Mərkəzi Elmi Kitabxana adlanır və respublikamızda nəşr edilən çap məhsullarının pulsuz məcburi nüsxələrini alır.

lll

Mərkəzi Elmi Kitabxana hər zaman fəaliyyətində dövlət qayğısı ilə əhatə olunub.1993-cü ildə Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkədə kitabxana işinə olan diqqət və qayğısı Mərkəzi Elmi Kitabxananın da işinə müsbət təsir göstərdi.

Ümummilli liderin 2001-ci il 15 may tarixli fərmanı ilə Azərbaycan  Elmlər Akademiyası Milli status qazandı. Bu proseslər Mərkəzi Elmi Kitabxananın fəaliyyətinə də öz müsbət təsirini göstərdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Milli Elmlər Akademiyasının  fəaliyyətinə, o cümlədən Mərkəzi Elmi Kitabxanaya xüsusi diqqət və qayğı ilə yanaşıb. Kitabxananın müstəqil bina ilə təmin edilməsini, oxuculara həftə ərzində fasiləsiz və iki növbəli xidmət göstərilməsi üçün şərait yaradılmasını  kitabxana-informasiya təminatında keyfiyyətcə yeni tarixi mərhələ hesab edən qabaqcıl mütəxəssislərin və akademiya rəhbərliyinin müraciəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına müasir tipli yeni binanın tikilməsi üçün Prezident İlham Əliyev 29 aprel 2011-ci il tarixli Sərəncam imzaladı. Həmin ilin noyabrında dövlətimizin başçısı kitabxananın yeni binasının təməlini qoydu.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası üçün tikilmiş yeni binanın ümumi sahəsi 28 min kvadratmetrdən çoxdur. Burada  beynəlxalq standartlara uyğun səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Binada mövcud olan 14 oxu zalında eyni vaxtda 1000-dən çox oxucuya elektron və ənənəvi xidmət göstərmək mümkündür. Kitabxana binasında 4 milyona yaxın sənədin saxlanmasına imkan verən qapalı və xüsusi şəraitli fondlar vardır.

lll

Mərkəzi Elmi Kitabxananın da digər kitabxanalar kimi çoxsaylı fondları var: Azərbaycan dilində ədəbiyyat fondu; Xarici dillərdə ədəbiyyat fondu; Nadir kitablar fondu; Heydər Əliyev və Azərbaycan dövlətçiliyi fondu; Qarabağ müharibəsi qəhrəmanları fondu; İxtisas ədəbiyyatı fondu; Mübadilə fondu. Bu fondların hər birində toplanmış ədəbiyyatlar oxucu məmnunluğuna xidmət göstərməklə yanaşı, həm də biliklərin nəsildən-nəsilə ötürülməsi üçün dayanıqlı platformadır.

Azərbaycan, rus, türk, fars, ərəb, ingilis, alman, fransız və digər dillərdə olan fondların xronoloji əhatəsi XVI-XXI əsrləri əhatə edir.

Hazırda Mərkəzi Elmi Kitabxana  50-dən artıq dildə dünya ədəbiyyatı, tarixi, elmi və incəsənətini özündə əks etdirən 1,5 milyona yaxın sənədin qorunub saxlandığı, 10000-dən artıq istifadəçiyə eyni zamanda xidmət göstərən elmi mərkəzdir.

Ölkə kitabxanaları içərisində ən qədim kitab da bizim kitabxanamızda qorunmaqdadır. Kitab 1502-ci ilə aid  "Müxtəlif səhifələrdən və müəllifin məcmuələrindən ibarət  heptologiya" monoqrafiyasıdır.

lll

Mərkəzi Elmi Kitabxananın nəzdində aspirantura şöbəsinin yaradılması və burada  kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisası üzrə kadr hazırlığına başlanması bu istiqamətdə atılmış strateji addımlardan biridir. Bu, təkcə kitabxanaşünaslıq elminin inkişafına deyil, eyni zamanda informasiya cəmiyyətinin tələblərinə cavab verən müasir tədqiqatçılar nəslinin formalaşmasına xidmət edən mühüm bir tədbir kimi qiymətləndirilməlidir.  

AMEA Rəyasət Heyətinin 13 mart  2023-cü il tarixli 10/5 saylı qərarından sonra görülən işlər çərçivəsində "Mərkəzi Elmi Kitabxananın İnformasiya Bülleteni"nin nəşrinə başlanılıb.

Mərkəzi Elmi Kitabxanada  Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarlarına əsasən şəxsi, kitabxana əməkdaşlarının təklifləri əsasında isə mövzu biblioqrafik göstəricilər hazırlanır. Bu biblioqrafik göstəricilər öz elmi tutumu və fundamentallığı ilə Mərkəzi Elmi Kitabxananın təkcə informasiya təminatı mərkəzi deyil, həm də elmi-tədqiqat və metodoloji baza kimi fəaliyyət göstərdiyini təsdiq edir.

lll

Mərkəzi Elmi Kitabxananın beynəlxalq əlaqələri elm və informasiya mübadiləsinin  qloballaşdığı müasir dövrdə onun elmi nüfuzunun artmasına, beynəlxalq kitabxana və  informasiya cəmiyyətinə inteqrasiyasına, habelə qlobal  miqyasda biliklərə çıxış imkanlarının genişlənməsinə xidmət edən mühüm strateji istiqamətlərdən birini təşkil edir. Hazırda Mərkəzi Elmi Kitabxana dünyanın 46 ölkəsinin 130-a yaxın  təşkilatı, o cümlədən ölkəmizdəki bir sıra səfirliklərlə, Azərbaycanın xaricdəki səfirlikləri ilə əməkdaşlıq əlaqələri var.

lll

Bu gün Mərkəzi Elmi Kitabxananın yeniləşən fəaliyyətinin ana xəttini dünyada baş verən kitabxana-informasiya prosesləri kontekstində oxuculara xidmət sisteminin müasir modelinin hazırlanıb həyata keçirilməsi təşkil edir. Gələcəyə baxışımız aydındır: müasir informasiya cəmiyyətinin tələblərinə cavab verən, elm və təhsilin inkişafına töhfə verən, oxucuların ehtiyaclarına çevik və innovativ yanaşmalar sərgiləyən  bir kitabxana modeli formalaşdırmaq. Bu yolda atılan hər bir addım, yalnız bugünkü deyil, sabahkı nəsillərin də elmi axtarışlarında etibarlı dayağa çevrilmək missiyasını daşıyır: Mərkəzi Elmi Kitabxananın ötən 100 ildəki bütün tarixi inkişaf mərhələlərində olduğu kimi!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://525.az
archiveBu xəbər 20 May 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see353

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see317

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see301

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see253

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see249

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see245

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see238

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see226

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see225

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see219

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see215

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see213

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see211

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see209

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see209

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see206

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see205

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see203

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see190

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri