Icma.az
close
up
RU
AMEA nın 80 illik yubileyi çərçivəsində Mərkəzi Elmi Kitabxanada yeni elektron zalın açılışı olub

AMEA nın 80 illik yubileyi çərçivəsində Mərkəzi Elmi Kitabxanada yeni elektron zalın açılışı olub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Mərkəzi Elmi Kitabxanada sərgi təşkil olunub.

Bu barədə AZƏRTAC-a Akademiyadan məlumat verilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, həmçinin xarici elmi qurumların rəhbərləri və nümayəndələri sərgidə Azərbaycan elminin müxtəlif sahələrini əhatə edən fundamental və tətbiqi tədqiqatların nəticələrini özündə əks etdirən kitablar, monoqrafiyalar, elmi jurnallar, eləcə də Akademiya əməkdaşlarının rəsm əsərləri ilə tanış olublar. Ziyarətçilər son illərdə AMEA alimlərinin elmi nailiyyətləri, beynəlxalq əməkdaşlıq layihələri və yeni nəşr layihələri haqqında ətraflı məlumat əldə ediblər.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli sərginin əhəmiyyətini vurğulayıb, elmin cəmiyyətdə təbliği, alimlərin fəaliyyətinin ictimaiyyətə təqdim edilməsi və milli elmi irsin qorunması baxımından bu kimi təşəbbüslərin mühüm önəm daşıdığını bildirib.

Sonra ziyarətçilərə AMEA-nın təsisçilərinin MEK-in foyesində qoyulmuş büstləri qarşısında elm məbədinin qurucuları haqqında məlumat verilib. Qeyd edilib ki, bu büstlər təkcə Akademiyanın tarixi və inkişaf yolunu əks etdirmir, həm də Azərbaycan elminin möhkəm ənənələrini və alimlərin cəmiyyət qarşısında göstərdikləri xidmətləri simvolizə edir.

Daha sonra Mərkəzi Elmi Kitabxanada akademiklər üçün xüsusi nəzərdə tutulmuş müasir elektron zalın açılışı olub. AMEA-nın prezidenti açılış nitqində Akademiyanın 80 illik yubiley yığıncağının iştirakçılarının bu elektron zalın ilk qonaqları olduğunu deyib və bu mərkəzin gələcək fəaliyyəti barədə danışıb.

Yeni elektron zalda Heydər Əliyev Fondu tərəfindən hazırlanan, Azərbaycan neft kimyasının əsasını qoymuş, Akademiyanın ikinci prezidenti Yusif Məmmədəliyevin həyat və fəaliyyətindən bəhs edən “Zamanın zirvəsi” adlı sənədli film nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see195

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see176

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see155

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see137

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri