Icma.az
close
up
RU
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 18-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Əvvəlcə Komissiyanın 13 dekabr 2024-cü il tarixli iclas protokolu təsdiq edilib.

Sonra 2025-ci il yanvarın 29-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə baxılıb. Diqqətə çatdırılıb ki, bildirişdə seçicinin soyadı, adı və atasının adı ilə yanaşı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı göstərilir, habelə seçicilərin məlumatlandırılması məqsədilə səsvermə qaydaları illüstrasiyalarla aydın izah olunur. Komissiya üzvlərinin bildirişlə bağlı müzakirəsinin ardınca səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 6 milyon 52 min 721 bildirişin mətbəə üsulu ilə hazırlanmasına qərar verilib.

Mərkəzi Seçki Komissiyasının iclasında daha sonra qarşıdan gələn bələdiyyə seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və Komissiya sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxsləri səlahiyyətli nümayəndələr kimi qeydə alıb.

Media subyektləri nümayəndələrinin geniş iştirak etdiyi iclasda, həmçinin bələdiyyə seçkilərinə hazırlıqların gedişi barədə məlumat verilib, namizədlərin irəli sürülməsi və qeydə alınması ilə bağlı statistik göstəricilər elan olunub və cari məsələlərə baxılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2024 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri