Mertsin reytinqi ən aşağı səviyyəyə düşdü Yeni rekord
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Almanların kansler Fridrix Mertsin fəaliyyətindən narazılığı yeni rekord həddə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Forsa” sosioloji xidməti tərəfindən RTL və NTV televiziya şəbəkələrinin sifarişi ilə aparılan sorğunun nəticələrində öz əksini tapıb.
Respondentlərin yalnız 10%-i (ötən həftə ilə müqayisədə 3 faiz aşağı) Almaniya kanslerinin fəaliyyətini müsbət qiymətləndirib.
Bu, “Forsa” tərəfindən indiyə qədər qeydə alınan ən aşağı göstərici kimi qiymətləndirilib.
Respondentlərin 88%-i isə Mertsin fəaliyyətindən narazı qalıb. Qalanlar isə bitərəf qalıb.
Siyasi partiyaların reytinqində “Almaniya üçün Alternativ” (AfD) partiyası isə 27% səslə liderlikdə yerini qoruyub. Reytinq siyahısında ikinci olan Xristian-Demokrat və Xristian-Sosial İttifaqı (CDU/CSU) blokunun reytinqi ötən həftə ilə müqayisədə 1% azalıb və respondentlərin 20%-i ona səs verməyə hazır olduğunu bildirib.
“Yaşıllar” partiyası isə reytinqini 2% artıraraq, 18%-ə qaldıırb və ilk üçlükdə qərarlaşıb. Bu, “Yaşıllar” partiyası üçün 2023-cü ilin aprelindən bəri ən yüksək göstəricidir.
Respondentlərin 12%-i Sol Partiyaya, eyni şəkildə 12%-i isə Sosial Demokrat Partiyasına (SPD) səs verməyə hazır olduğunu qeyd edib.
8-14 sentyabr tarixləri arasında aparılan sorğuda 2502 nəfər iştirak edib.
Bu mövzuda digər xəbərlər:Trampın reytinqi ən aşağı səviyyəyə düşdü
29 Aprel 2026 17:23
Almaniya kansleri Fridrix Mertsin reytinqi azalıb
09 İyul 2025 08:01
Makronun reytinqi ən aşağı səviyyəyə düşüb
26 Yanvar 2025 19:58
Almaniyada Kansler Fridrix Mertsin və hökumətin reytinqi artmaqdadır
25 Yanvar 2026 15:45
Baxış sayı:144
Bu xəbər 15 Sentyabr 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















