Icma.az
close
up
RU
Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan çağdaş teatr prosesi yalnız tamaşaların hazırlanması ilə deyil, həm də müasir tamaşaçı ilə emosional və intellektual dialoqun qurulması, milli-mənəvi dəyərlərin qorunması və dünya teatr prosesinə fəal qoşulması ilə əlamətdar olmalıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) professor Məryəm Əlizadə müasir teatrın qarşısında duran əsas məsələlər barədə fikirlərini bölüşərkən deyib.

O, “Azərbaycan Mədəniyyəti 2040” mədəniyyət konsepsiyasının qarşıdakı illərdə mədəniyyət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdiyini, teatr xadimlərinin də bu istiqamətləri dərindən öyrənməli və onların həyata keçirilməsində fəal iştirak etməli olduqlarını xüsusi qeyd edib.

“Azərbaycan teatrının sənətkarlıq-peşəkarlıq baxımından inkişafı elə səviyyəyə çatmalıdır ki, o, dünya teatr məkanına çıxa bilsin. Bunun üçün o, çağdaş dünya teatr prosesini, müxtəlif ölkələrin teatr təcrübəsini öyrənməli, əxz etməli və özündəki boşluqları obyektiv şəkildə müəyyənləşdirərək onların aradan qaldırılması yollarını araşdırıb tapmalıdır. Eyni zamanda, milli-mədəni teatr irsimizi, dəyərlərimizi qoruyaraq onları dünya teatr auditoriyasına layiqincə təqdim etməlidir”, - deyə Məryəm Əlizadə bildirib.

Professorun fikrincə, çağdaş teatrımız eyni zamanda Azərbaycan dilinin möhtəşəm, zəngin xəzinəsini qoruyaraq onu səhnədən düzgün səsləndirməli və təqdim etməlidir. Çünki Azərbaycan teatrı öz tarixinin bütün mərhələlərində ana dilimizi qoruyaraq onun yüksək ədəbi dil səviyyəsində tamaşaçıya çatdırılmasında mühüm rol oynayıb. Unutmayaq ki, teatr sənəti Azərbaycan dilinin inkişafında, zənginləşməsində və yaşamasında misilsiz rol oynayır və oynamalıdır.

“Biz səhnədən gözəl və səlis Azərbaycan dilində danışan sənətkarları görmək, dilimizin əsrarəngiz melodiyasını eşitmək istəyirik. Azərbaycan mədəniyyəti bizə miras qalmış zəngin mədəni-mənəvi xəzinəmizdir və bu xəzinənin qorunmasında, gələcək nəsillərə ötürülməsində teatr sənətinin görkəmli sənətkar-şəxsiyyətlərinin və bir də gənc sənətçilərimizin rolu böyükdür”, - deyə o əlavə edib.

M.Əlizadə müasir teatrın inkişafında gənc sənətçilərə etimadın və onların rejissor, aktyor, teatr rəssamı, eyni zamanda pedaqoq kimi çalışmalarına imkan yaradılmasının vacibliyini vurğulayıb. O, tələbəlik illərindən böyük müəllimləri Cəfər Cəfərov, Tofiq Kazımov, Turan Cavid, Mehdi Məmmədov, İslam İbrahimov və digər görkəmli sənətkarların yaradıcılıq və pedaqoji məktəblərindən bəhrələndiyini və öyrəndiklərini öz tələbələrinə sevə-sevə ötürdüyünü qeyd edib.

Professor bildirib ki, görkəmli sənətkar-pedaqoqların yaradıcılığının öyrənilməsi gənc nəslin formalaşmasına böyük təsir göstərir. Bu gün biz teatr sənəti ilə məşğul olan gənclərimizə - rejissorlara, aktyorlara, teatr rəssamlarına, dramaturqlara eksperimentlər üçün meydan açmalı, onlara səbir və inamla yanaşmalıyıq.

“Bu gün ara-sıra eşidirəm ki, istedadlı gənclər azdır və özlərini ifadə edə bilmirlər. Mən bununla qəti razı deyiləm. Unutmayaq ki, istedad və kütləvilik bir yerdə olan hal deyil. ADMİU-nun da vəzifəsi kütləvi şəkildə istedadlar “istehsal etmək” deyil. Bu gün Universitetimiz gənclərə mükəmməl bilik verir, istiqamətlər göstərir, dünyagörüşlərini formalaşdırır… İstedadı olan tələbə burada cilalanır, biliklərlə silahlanır, mədəni səviyyəsini və dünyagörüşünü artıraraq universiteti bitirir”, - deyə Məryəm Əlizadə vurğulayıb.

O qeyd edib ki, bu gün Azərbaycanda teatr təhsili verən ADMİU dünya teatr məktəblərinin təcrübəsini nümunə götürməklə, tələbələrə peşəkar vərdişlərin aşılanması, onların ilbəil püxtələşməsi, dünya teatrının tarixi ilə yanaşı, Azərbaycan teatr tarixinin öyrənilməsi istiqamətində də çox işlər görür. Bu gün teatr təhsilinin əsas məqsədlərindən biri də gənclərin həm öz milli teatr prosesini və tarixini dərindən tanıması, həm də dünya teatr prosesini öyrənərək anlamasıdır.

Məryəm Əlizadə müasir tamaşaçının dəyişən zövqünün teatrın inkişafına güclü təsir etdiyini diqqətə çatdırıb. Bildirib ki, hər dövrün öz tamaşaçısı var və teatr bu dəyişiklikləri nəzərə almalıdır. Lakin bu, teatrın yalnız tamaşaçının tələbinə uyğunlaşması demək deyil.

“Teatr ilk növbədə emosional sənətdir və o, öz tamaşaçısı ilə məhz emosiya vasitəsilə intellektual dialoqa girə bilir. Tamaşaçı ilə emosional və intellektual dialoq qurmaq hər zaman teatrın əsas vəzifələrindən biri olub və bu gün də belədir”, - deyə professor bildirib.

Onun fikrincə, teatrın yeni nəsil tamaşaçısını qazanması üçün yaradıcılıq axtarışlarından bir an belə uzaqlaşmaması, gənclərə meydan verməsi və eksperimentlərə, yeni yanaşmalara imkan yaratması vacibdir. Bununla yanaşı, teatr tamaşaçısını da yaxından tanımalıdır.

“Teatr öz tamaşaçısını tanımalı, onun mənəvi-intellektual tələblərini və zövqünü öyrənməlidir. Bu baxımdan teatr sosiologiyasına ehtiyac duyulur”, - deyə M.Əlizadə qeyd edib.

Professor müasir texnologiyaların, internetin və süni intellektin teatr sənətinə təsirinin də qaçılmaz olduğunu bildirib. Onun fikrincə, bu təsir daha çox səhnə texnikası və texnologiyaları sahəsində özünü göstərə bilər. Amma canlı ünsiyyət sənəti olan teatr həmişə yaşayacaq.

“Teatrda tamaşaçı yaradıcılıq prosesinin birbaşa şahidi olur, səhnədəkilərlə eyni anı yaşayır. Buna görə də teatrın canlı sənət kimi öz mahiyyətini qoruyacağına inanıram”, - deyə o vurğulayıb.

Məryəm Əlizadə hesab edir ki, teatrın əsas vəzifələrindən biri yalnız tamaşaçı marağını izləmək deyil, həm də onun estetik zövqünün və təfəkkürünün formalaşmasına təsir göstərmək, onu öz ardınca aparmaq, onun ardınca getməməkdir.

“Beləliklə, teatr tamaşaçı təfəkkürünün və estetik zövqünün yeni zamana uyğun olaraq formalaşmasına təsir göstərməlidir. Teatra gələn tamaşaçı sənət nümunəsi ilə qeyri-sənət arasındakı fərqi görə bilməli və daxilən zənginləşərək teatrı tərk etməlidir. Teatrın əsas gücü isə zamanla birlikdə addımlamaqdır”, - deyə professor əlavə edib.

Müxbir- Lalə Minasazova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri