Məşhur aktrisa Nikol Kidman özü ilə bağlı peşmanlığını dilə gətirdi
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Məşhur Hollivud aktrisası Nikol Kidman uzun illər ərzində təbii qıvrım saçlarını düzləşdirdiyinə görə peşman olduğunu dilə gətirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə aktrisa "Allure" jurnalına müsahibəsində səmimi etiraf edib.
"Oskar" mükafatına sahib 57 yaşlı aktrisa gələcək həyat yoldaşı Tom Kruzla birlikdə rol aldığı "İldırım günləri" (1990) filminin çəkilişləri zamanı olan saç düzümünü nostalji ilə xatırlayıb. Məhz bu filmdə tamaşaçılar aktrisanı təbii qıvrım buruqları ilə görə bilirdilər.
"Orada saçlarımı çox sevirdim. Bu mənim təbii saçlarımdır. Bütün kiçik qızlara məsləhətim verirəm. Mənim izimlə getməyin və saçlarınızı düzləşdirməyin", - deyə Nikol Kidman emosional şəkildə qeyd edib.
Eyni müsahibədə Nikol Kidman təbii qıvrımlarına qayıtmağın mümkünlüyünü istisna etməyib. Kidmanın sözlərinə görə, bunun üçün etməli olduğu tək şey nəm saçlarına "düzgün məhsul" tətbiq etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 28 May 2025 07:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















