Icma.az
close
up
RU
Məşhur istirahət mərkəzinin sahibi ilə kürəkəni məhkəmədə üz üzə 14 milyon manat kimin cibindədir?

Məşhur istirahət mərkəzinin sahibi ilə kürəkəni məhkəmədə üz üzə 14 milyon manat kimin cibindədir?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Atlant" Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses davam etdirilib.

Oxu.Az Musavat.com-a istinadla xəbər verir ki, hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb.

Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları qayınatası Tahir Qədəşova məxsus "Atlant" Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir.

İbtidai istintaq zamanı "Atlant" istirahət mərkəzinin üzərinə həbs qoyulub. Bu iş üzrə Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxs kimi iştirak edir. Nofəl Hacıyevlə müttəhimlər kürsüsünü şirkətin icraçı direktoru Talış Məhəmmədov bölüşüb.

Hakim bildirib ki, təqsirləndirilən Nofəl Hacıyevə məxsus əmlakların üzərinə həbs qoyulub, qərar icraya yönəldilib. Bundan başqa, telefon danışıqları ilə bağlı sorğu göndərilməsi məsələsi də araşdırılacaq. Bu arada təqsirləndirilən Nofəl Hacıyevin müdafiəsinə daha bir vəkil qoşulub. Ceyhun Yusifov ötən prosesdə çıxış edərək iş materialları ilə tanış olmaq üçün vaxt istəmişdi. Hakim vəkilin xahişini nəzərə alıb.

Qeyd edək ki, ötən məhkəmə iclasında "Atlant" istirahət mərkəzinin sahibinin vəkili Nofəl Hacıyevə məxsus 7 milyon manatlıq əmlakının üzərinə həbs qoyulmasını istəmişdi. Məhkəmə prosesində Nofəl Hacıyev vəziyyətinin yaxşı olmadığını deyib və bunu 10 gün əvvəl qardaşı Rövşənin vəfat etməsi ilə əlaqələndirib. O, məhkəmədə iştirak edən maraqlı şəxs, qayınatası olan "Atlant"ın sahibi Tahir Qədəşovu ittiham edib: "Mən 30 il sənin qulun olmuşam. Allah sənə lənət eləsin!" Tahir Qədəşov isə onun fikirlərinə əhəmiyyət verməyib. Mübahisə zamanı Nofəl Hacıyevin səhhəti pisləşib. O, özünü yaxşı hiss etmədiyi üçün məhkəmə zalına tibb bacısı dəvət olunub. Nofəl Hacıyevə tibbi yardım göstərilib. Müayinədən sonra məlum olub ki, təqsirləndirilən şəxsin təzyiqi yüksəkdir.

Bu səbəbdən iclasın təxirə salınması qərara alınıb. Bundan əvvəlki iclasda çıxış edən Nofəl Hacıyev bildirib ki, "Atlant" istirahət mərkəzinin ərazisində tikinti aparmaq üçün Tahir Qədəşov yaşıllıqları məhv edib, 800-dən çox ağacı kəsib.

Hakim Tahir Qədəşovun əməllərinin araşdırılması üçün Baş Prokurorluğa müraciət olunacağını deyib.

Qeyd edək ki, Nofəl Hacıyev həbsdədir. O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev "Təbriz" MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm "Təbriz" MTK-da, həm də "Atlant" Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir.

Vətəndaşlardan "Təbriz" MTK üzərindən alınan pullar "Atlant" Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər.

Xatırladaq ki, aparılan istintaqla "Təbriz" MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib.

"Atlant" Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İstirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, camaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 İyul 2025 01:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see196

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see167

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see167

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see138

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see132

Rusiya Fransa üçün əsas təhdiddir

11 İyul 2025 16:49see128

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see127

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

11 İyul 2025 13:44see127

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

11 İyul 2025 17:49see125

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see125

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see125

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

11 İyul 2025 10:10see120

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see120

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

11 İyul 2025 16:32see117

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

11 İyul 2025 09:15see114

Nizaminin Sirlər xəzinəsi ndə ölüm məqamları Fərid Hüseyn

11 İyul 2025 09:01see113

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

11 İyul 2025 16:33see113

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see112

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see111

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri