Məşhur sənətkarın dəfninə 5 nəfər qatıldı Kimsəsizlər qəbiristanlığında dəfn olundu FOTOlar
Icma.az bildirir, Milli.az portalına istinadən.
Milyonların əzbər bildiyi "Çilli Bom" mahnısının bəstəkarı Kenan Küçüközcan 77 yaşında Mersində dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, bir müddət əvvəl qocalar evində yaşadığı məlum olan sənətkarın dəfninə cəmi 5 nəfər qatılıb.
Məlumata görə, 1970-ci illərin məşhur bəstəkarı olan Kenan Küçüközcan 10 gün əvvəl qaldığı qocalar evində səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, o, orqan çatışmazlığı səbəbindən 77 yaşında vəfat edib.
Bir oğlunun olduğu məlum olsa da, uzun müddətdir onunla görüşməyən məşhur bəstəkarın cənazəsi Koyuncu məhəlləsindəki Çet Təpəsi qəbiristanlığına aparılıb. Başda imam olmaqla cəmi 5 nəfərin iştirak etdiyi cənazə namazından sonra sənətkarın nəşi kimsəsizlər qəbiristanlığında dəfn edilib.
Türk və ingilis dillərində mahnılar bəstələyən Küçüközcanın bir müddət ABŞ-da yaşadığı, 1996-cı ildə isə yenidən Türkiyəyə döndüyü bildirilir. /musavat.com
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 14 Dekabr 2024 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















