Məşhur siyasətçinin qətli və 27 il əvvəl çəkilmiş filmdəki şokedici TARİX, AD VƏ CİNAYƏT oxşarlığı
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2025-ci il sentyabrın 10-da Yuta ştatında faciə baş verib. Universitet kampusunda çıxış edən tanınmış siyasətçi Çarli Kirkə, təxminən, 800 metr məsafədən atəş açılıb. Boynundan ağır güllə yarası alan Kirk xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisədən bir neçə gün sonra polis qətldə şübhəli bilərək 22 yaşlı tələbə Tayler Robinsonu saxlayıb.
Maraqlıdır ki, bu hadisə 1998-ci ildə çəkilmiş məşhur Hollivud trilleri "İlanın gözü" filmindəki süjetlə inanılmaz dərəcədə üst-üstə düşür. Filmdə "polis"in (aktyor Nikolas Keyc) 10 sentyabrda "Cəllad" ləqəbli boksçu "Tayler"in döyüşünə baxmağa gəldiyi, həmin vaxt onun yanında "siyasətçi Çarlz Kirklend"in boğazından açılan güllə ilə öldürüldüyü təsvir olunurdu.
Oxu.Az-ın verdiyi məlumata görə, bu oxşarlıq sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.
Beləliklə, tarix və detallarda qeyri-adi paralellər diqqət çəkir:
Tarix - hər iki hadisə sentyabrın 10-da baş verir.
Qurban - real həyatda - siyasətçi Çarli Kirk, filmdə - "siyasətçi Çarlz Kirklend".
Cinayət üsulu - hər ikisi boğaz nahiyəsinə açılan atəşlə öldürülür.
Şübhəli: real qətldə Tayler Robinson, filmdə isə rinqdə çıxış edən "Tayler".
Məşhur siyasətçinin qətli və 27 il əvvəl çəkilmiş filmdəki şokedici TARİX, AD VƏ CİNAYƏT oxşarlığı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 25 Sentyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















