Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Messidən özü, həyatı və karyerası ilə bağlı mühüm etiraflar

Messidən özü, həyatı və karyerası ilə bağlı mühüm etiraflar

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lionel Messi üçün geridə qoyduğumuz təqvim ilini uğurlu saymaq olar.

"Football-plus.az" xəbər verir ki, “Qızıl top”un səkkizqat qalibi “İnter Mayami”nin tarixindəki ilk çempionluğunda mühüm rol oynadı. Ümumilikdə o, 2025-ci ildə klub və yığma səviyyəsində keçirdiyi 54 rəsmi oyunda hesabına 46 qol, 28 məhsuldar ötürmə yazdı. 38 yaşlı bir futbolçu üçün əla göstəricilərdi.
Çox danışmağı sevməyən və nadir hallarda müsahibə verən argentinalı superulduz bugünlərdə “Luzu TV” adlı “yutub” kanalının qonağı olub. Geniş və səmimi müsahibə verən Messi həyatına, karyerasına, eləcə də həyat yoldaşı və 3 uşağının anası Antonella Rokutsoya dair maraqlı etiraflar edib.
“Film izləyərkən göz yaşı axıtmağım mümkündü”
- Barselona ilə Mayamidəki həyat arasında əsas fərqlər nədən ibarətdi?
- Bizim ailə Mayaminin ən sakit hissəsində yaşayır. Burdakı həyat belə desək, ən amerikasayağı həyatdı. Çünki insanlar istədikləri kimi yaşayırlar və futbola o dərəcədə ciddi önəm vermirlər. Barselonada tez-tez çölə çıxırdım. İnsanlar artıq buna alışmışdılar. Mən, demək olar, Barselonada doğulmuşam və bütün həyatım orda keçib. Həmişə eyni yerlərə gedirdim. İnsanlar tez-tez məni görürdülər. Onlar üçün bu, adi hala çevrilmişdi. Burda həyatımız daha sakitdi. Həyatımızı uşaqlara, onların cədvəlinə uyğun qururuq. Məsələn, məktəbdən sonra məşqə gedirik.
- Hansı bürcsən? Bürclərlə maraqlanırsanmı?
- Xərçəng bürcüyəm. Xeyr, bu mövzudan qətiyyən anlayışım yoxdu. Antonella belə şeyləri məndən daha yaxşı bilir. Onun da atası xərçəng bürcüdü. Oxşar cəhətlərimiz çoxdu. Antonella tez-tez bizi müqayisə etməyi xoşlayır.
- Səni romantik və emosional adlandırmaq olarmı?
- Bu məsələlərdə Antonella daha yaxşıdı. Hətta bir ara o, hədsiz romantik idi və bu xasiyyətini tərgitməli oldu. Çünki mənim xoşuma gəlmirdi. Mən daha soyuqqanlıyam. Sevdiyim insanların yaxşı və xoşbəxt yaşamasına töhfə vermək xoşuma gəlir. Emosional deyiləm, amma həssasam. Hətta bəzən film izləyərkən göz yaşı axıtmağım da mümkündü. Xüsusilə də film real hadisələr əsasında çəkilərsə...
- Messinin insanlara məlum olmayan hansı yönləri var?
- Bəzi qəribə özlliklərim var. Məsələn, hər şeyin çox səliqəli olmasını istəyirəm. Antonella hətta buna görə məni tənqid edir. Amma mən həmişə hədsiz dərəcəd səliqə-sahman fanatı olmuşam. Hətta Antonellanı da bu yöndə dəyişə bilmişəm. Əvvəllər o, belə şeylərə qətiyyən fikir vermirdi. Mən isə əksinə, çox təmizkar idim. İndi bu cəhətdən təxminən eyni səviyyədəyik. Səhər məşq varsa, bütün əşyalarımı axşamdan yığıram. Hər şey mən necə qoymuşamsa, elə də qalmalıdı. Kiminsə əşyalarıma əl vurmasını xoşlamıram. Nəyin harda olduğunu mütləq bilməliyəm. Oğlum Tyaqo da, Çiro da bu cəhətdən mənə bənzəyir. Daha bir qəribə özəlliyim hədsiz dərəcədə tənhalığı sevməyimdi. Tək qalmağı çox sevirəm və bundan böyük zövq alıram. Tək olanda nə edirəm? Heç nə, televizora baxıram, oyunları izləyirəm, işlərimlə məşğul oluram və ya yatıram. Evdə çox səs-küyün olması, uşaqların ora-bura qaçması bəzən adamı yorur. Hər şey həmin andakı əhval-ruhiyyəmdən asılı olur. Gün ərzində nə edəcəyimi planlaşdırıramsa, onu dəyişmirəm. Həmin gün harasa dəvət alanda artıq ətrafla əlaqəni kəsirəm. Ünsiyyət qurmamağa çalışıram.
“Tiktok”da tez-tez oluram”
- Hansı musiqiləri dinləyirsən?
- Bu, daha çox uşaqlardan asılıdı. Evdə musiqini onlar seçir. Məsələn, bu aralar evdə bütün günü Bizarrap ilə Daddy Yankee dinləyirlər. Onların yeni mahnısını çox sevirlər.
- Bəs hansı filmləri və ya serialları izləyirsən?
- Antonella ilə hər şey izləyirik. Görüntüləri, klipləri... Qarşıma nə çıxırsa, izləyirəm. Bəzən saatlarla izləyirəm. Soisl şəbəkələrdən “Tiktok”da tez-tez oluram. Ən çox orda zaman keçirirəm. Amma təbii ki, Argentinada başverənlərdən də xəbərdaram.
- Belə çıxır ki, sosial şəbəkələri fəal şəkildə izləyirsən.
- Bəzən kimisə təqibdən çıxarmaq istəyirəm. Ancaq bunu edə bilmirəm. Çünki bunun yaxşı bir şeyə gətirib çıxarmayacağını bilirəm. İlk baxışdan bunlar boş şey kimi görünsə də, çox ciddi fəsadlara səbəb ola bilir. Məni ən çox narahat edən də məhz budu. Ümumiyyətlə, futboldan başqa hər hansı bir kontekstdə müzakirə olunmağı sevmirəm. Ən böyük tənqidçim mən özüməm. Nəyi düzgün, nəyi yanlış etdiyimi bilirəm.
- Özündə heç sevmədiyin özəllik hansıdı?
- Bəzən sanki ətraf mühitdən təcrid olunuram. Bloka düşürəm və sonra da o vəziyyətdən çıxmaqda çətinlik çəkirəm. Xoşuma gəlməyən bir şey gördükdə və ya axmaq bir hərəkətlə qarşılaşdıqda əhval-ruhiyyəm dəyişə bilir. Bu vəziyyətdən çıxmağa ən çox oğlum Mateo yardım edir. Bundan başqa, ünsiyyətcil deyiləm. Bəzən özümü ifadə etməkdə çətinlik çəkirəm. Amma digər tərəfdən, düşünürəm ki, bütün bunlar artıq mənim həyat tərzimdi.
- Belə çıxır ki, həyatdakı Messi ilə meydandakı Messi çox fərqlənir?
- Bəli, meydanda dəyişirəm. Sanki yarışmaq, özümü sübut etmək istəyi yaranır və çılğınlaşıram. Bəzi şeylər etməyə başlayıram. Düzdü, sonradan geriyə boylananda görürəm ki, çox axmaq hərəkətlər etmişəm...
- ChatGPT-dən istifadə edirsənmi?
- Xeyr, heç vaxt istifadə etməmişəm. Ona görə yox ki, süni intellekti bəyənmirəm. Sadəcə, belə şeylərdən çox anlayışım, məlumatım yoxdu. Antonella isə daim ChatGPT-dədi. Yemək, başqa şeylər, hər mövzuda suallar verir. Mən isə hələlik bu dünyadan uzağam.
“Öz evimdə mənə topla oynamağa icazə verilmir”
- Psixoloqa müraciət etdiyin anlar olubmu?
- Bəli, bir dönəm psixoloqun köməyindən istifadə etmişdim. Bu, “Barselona”da oynadığım vaxtlar idi. Amma çox keçmədən bunu dayandırdım. Çünki hər şeyi icimdə saxlayan, öz problemlərimi özüm həll etməyə öyrəşən bir insanam.
- Antonellanın sənə qoyduğu hansısa qadağa varmı?
- Antonella mənə evdə uşaqlarla futbol oynamağa icazə vermir. Bu da həyatın bir təzadıdı, elə deyilmi? Futbol oynamaqla pul qazanıram, həyatımı dolandırıram. Amma öz evimdə mənə topla oynamağa icazə verilmir (gülür).
- Bir ara “River Pleyt”ə keçməyə yaxın olsan da, bu, baş vermədi...
- Mən 11 yaşımda boy uzadan hormonlar qəbul etməyə başladım. Çox baha dərmanlar idi. Atam öz maaşı ilə bir qismini qarşılayırdı. Amma yenə də tam ödəyə bilmirdi. “Nyuells Old Boys” bu məsələdə bizə yardım edəcəyinə söz vermişdi. Anam hər dəfə şəhərin bir başından o biri başına gedib klubdan pul götürürdü. Onlar bir neçə dəfə 5 və ya 10 peso vermişdilər. Ancaq əksər hallarda pulu vermək istəmirdilər və ya anama “pulu verməli olan şəxs hazırda burda yoxdu” deyirdilər. Anam da buna görə çox əsəbləşirdi. Sonra “River Pleyt” variantı ortaya çıxdı. Orda təxminən 10 gün məşq edəndən sonra geri döndüm. Əvvəlcə dedilər ki, mənim xidmətimdə maraqlıdılar və bütün xərcləri üzərlərinə götürməyə hazırdılar. Ora keçsəydim, yataqxanada qalmalı olacaqdım. Amma bizə dedilər ki, bu transfer üçün “Nyuells Old Boys”un xüsusi icazəsi olmalıdı. Təbii ki, “Nyuells” bizə o icazəni vermədi! Çox çətin dönəm idi. Bu yaşananlardan sonra Barselonaya yollandım və bütün həyatım dəyişdi.
- Rosarioya gəlib-gedirsənmi?
- Əlbəttə. Oraları ziyarət etmək, bayramları orda keçirmək çox xoşuma gəlir. Xüsusən dekabr ayında. Çünki həmin aylarda insanların sanki fərqli enerjisi, atmosferi olur. Dekabr sanki xüsusi gözəlliyə bürünür. Yayı (Argentinada yay ayları dekabr – fervala təsadüf edir – red.) və istini sevirəm. Amma düzünü desəm, ora gedəndə evdən çölə çıxmıram. Çıxanda da adətən, anamın, qardaşımın yanına gedirəm. Çünki ailəmlə, dostlarımla, yaxınlarımla vaxt keçirməyi sevirəm. Mənim üçün bundan gözəl heç nə yoxdu.
“İngilis dilində danışanda utanıram”
- Rəqs etmək və ya spirtli içki qəbul etmək ilə aran necədi?
- Spirtli içkiləri xoşlamıram. Amma rəqs etməyim üçün bir qədər spirtli içki qəbul etməliyəm (gülür). İçkilərdən bəzən şərab içirəm. Ancaq onu da daha tez təsir etməsi üçün “sprayt” ilə qarışdırıram (gülür). Əsas da isti havalarda yaxşı gedir.
- Adi və şou-biznes xəbərlərini təqib edirsənmi?
- Dedi-qoduları sevirəm. Bu cəhətdən anama bənzəmişəm. Antonellanın belə şeylərlə çox da arası yoxdu. Sadəcə, son məlumatlardan agah olmaq istəyirəm. Dediyim kimi bu, mənə anamdan keçib. Anamın əlində olsa, Anxel de Brito ilə LAM-da (Argentinada tok-şou – red.) iştirak edər.
- Nə üçün yalnız ispan dilində danışırsan?
- İngilis və ya başqa dildə danışanda özümü qəribə hiss edirəm. Ona görə də həmişə ispan dilində danışmağa üstünlük verirəm. Əslində az-çox ingiliscə danışa bilirəm. Yəni özümü anladacaq dərəcədə bilirəm. Sadəcə, danışmağa utanıram. İngilis dilində əsasən uşaqlarımla danışmağa çalışıram.
- Səni topla maraqlı və qeyri-adi hərəkətlər edərkən heç görməmişik. Nə üçün belə şeyləri sevmirsən?
- Əslində topla hər cür hərəkət etməyi bacarıram. Sadəcə, sevmirəm, marağım da yoxdu. Mənə tez-tez oyun zamanı qeyri-adi hərəkətlər etmədiyimi və ya başımın üzərindən akrobatik zərbələr vurmadığımı deyirlər. Əvvəldən belə şeyləri xoşlamamışam. Uşaq vaxtı bunları daha çox sevirdim. Amma o vaxt indi topla edilən həmin o hərəkətlərin heç biri yox idi.
“Klub sahibi olmaq məni daha çox cəlb edir”
- Yığma karyeranı bitirdiyin, sonra da geri döndüyün dönəm haqda nə deyərdin?
- Çox çətin və üzücü bir dönəm idi. Bir tərəfdən “Barselona”da hər şey istədiyim kimi irəliləyirdi. Orda sözün əsl mənasında xoşbəxt idim. Amma hər dəfə vətənimə ayaq basanda özümü yad insan kimi hiss edirdim. İnsanlar mənə nifrət və qarğış edirdi. Qarşıya qoyulan nəticələrə çata bilmədiyimiz üçün hər şey bərbad durumda idi. Bütün bu olaylardan ən çox ziyan görən isə mənim ailəm oldu. Çünki onlar Argentinada qalmağa üstünlük verdilər. Hər gün mənim haqda verilişlərə baxmaq, tənqidləri eşitmək məcburiyyətində qaldırdılar. Mən isə burda olmadığım və o verilişlərə baxmadığım üçün onlardan xəbərim olmurdu. Ancaq yaxınlarım hər şeydən xəbərdar idi. Çox əziyyət çəkdilər. Belə olan vəziyyətdə gələcəyim haqda düşünməyə başladım. Belə qənaətə gəldim ki, artıq yığma komandaya heç nə verə bilməyəcəm. Bu düşüncələr məni daha da üzürdü. Yaxşı ki sözlərimi geri götürə bildim. Təslim olmamaq və başladığın işi yarımçıq qoymamaq ən gözəl nümunədi. Məni qorumaq üçün hər kəslə dalaşmağa belə hazır olan böyük bir nəslin olduğunu gördüm. Futbolda hər nəslin öz dəyərləri var. Məsələn, bizdən əvvəlki nəsil Maradona ilə böyümüşdü. Digər nəsil isə fərqli mühitdə böyüyüb. Mən də belə böyümüşəm və həmişə dəyərlərimə sadiq qalmışam. Atam demək olar, bütün gün işləyirdi. Onun üzünü görmürdüm. Yalnız gecə evə gəlirdi və səhər məni məşqə aparırdı.
- Bundan sonra qazanmaq istədiyin hansı titul var?
- Bundan sonra nə arzulaya bilərəm?! Tanrı mənə arzuladığımdam daha çox şeyə nail olmağa yardım etdi. Artıq mümkünsüz kimi görünəndə Argentina ilə də qələbələr qazanmağa başladım. Mənə ən çox məhz bu qələbələr lazım idi. Amerika Kubokunu qazanandan sonra öz-özümə “pis deyil, artıq nəsə qazanmağa başlamışam” dedim. Sonra isə Qətərdə unudulmaz anlar yaşadım. Finaldan sonra tribunada əyləşən ailə üzvlərimə göstərdiyim jestin mənası “bu da son” demək idi. Bunda sonrakı dönəm üçün isə nə olacağını bilmirəm. Qazandığım hər şeyə görə Tanrıya minnətdaram.
- Gələcəyin haqda düşünmüsənmi? Səni məşqçi kimi görə biləcəyikmi?
- Düzünü desəm, özümü məşqçi kimi təsəvvür etmirəm. Menecer olmaq ideyasını daha çox bəyənirəm. Amma seçim qarşısında qalsam, klub sahibi olmağa üstünlük verərdim. İstərdim ki, öz klubum olsun və sıfırdan onu inkişaf etdirmək fürsəti yaxalayım. Yeniyetmə və gənc oyunçulara inkişaf etməyə, zirvələri fəth etməyə yardım edim. Belə şeylər məni daha çox cəlb edir.
ƏLİ RAUFOĞLU hazırladı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:407
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Yanvar 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri