Icma.az
close
up
RU
Deputat: AZAL ın təyyarəsinin qəzaya uğraması ilə bağlı məsuliyyət Rusiyanın üzərinə düşür

Deputat: AZAL ın təyyarəsinin qəzaya uğraması ilə bağlı məsuliyyət Rusiyanın üzərinə düşür

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsi Qroznıda Rusiyanın Hərbi Hava Müdafiə qüvvələrinin məsuliyyətsizliyi və mülki aviasiya ilə koordinasiyalı fəaliyyət göstərməməsi nəticəsində vurulub və qəzaya uğranıb.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat deyib ki, Qazaxıstanın ilkin hesabatı şəffaf hazırlanıb və qəzanın baş verməsi səbəbləri aydın şəkildə qeyd olunub: “İlkin hesabatdan məlum olur ki, 25 dekabr 2024-ci il tarixində Bakıdan Qroznıya J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən AZAL-a məxsus təyyarəsi uçuşa yararlı vəziyyətdə olub, Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib. Təyyarə hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barədə qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb. Birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem sıradan çıxıb. Təyyarənin füzelyajında, , xüsusilə şaquli və üfüqi stabilizatorlarında, habelə sol qanadda və sol mühərrikdə çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkarlanıb, foto, habelə video qeydiyyata alınıb. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılıb. Onu da qeyd etmək lazımdır ki, hələ dekabrın 25-də Rusiyanın bəzi nümayəndələri, media orqanları təyyarənin quş sürüsü ilə toqquşması, təyyarənin salonunda oksigen balonunun partlaması və bunların nəticəsində qəzanın baş verməsi barədə iddialar irəli sürürdülər. Ancaq təyyarə qəzası baş verən gün MDB Zirvə görüşündə iştirak etmək üçün təyyarə ilə Bakıdan Sankt-Peterburqa uçan və qəza barədə məlumat aldıqdan sonra geri qayırmaq barədə göstəriş verərək elə Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirən Azərbaycan Prezidenti İlham Əliyev qəzaya uğrayan təyyarənin görüntülərinə diqqət çəkmiş, məsələnin tam araşdırılmalı olduğunu bildirmişdi. Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində isə demişdi ki, təyyarə Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə alıb və idarəetməni demək olar ki, itirib. Dövlət başçısı təyyarənin radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığını, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsinin də böyük dərəcədə zədələndiyini açıqlamışdı. İlkin hesabat dövlət başçısının dediklərini bir daha təsdiqləyib”.

Azər Badamov qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsində AZAL-ın təyyarəsi xarici təsirə məruz qaldıqdan sonra “Kover” əməliyyatı elan edilməsi ilə bağlı məlumat verildiyini bildirmişdi: “İlkin hesabatda bu da öz təsdiqini tapdı. Məlum olub ki, saat 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer “Kover” əməliyyatı barədə Qroznıya məlumat verir. Yəni Rusiya Hərbi Hava Müdafiə qüvvələri “Kovyor” əməliyyatı haqqında mülki aviasiyaya təyyarəmizi vurandan 8 dəqiqə sonra məlumat verib. Yəni bütün detallar araşdırılır və yekun hesabat elan olunacaq. Bu baxımdan təyyarəmizin qəzaya uğramasının bütün məsuliyyəti Rusiyanın müvafiq dövlət orqanları üzərinə düşür”.

Azər Badamov qeyd edib ki, Rusiyanın rəhbərliyi də müvafiq komissiyanın yekun hesabatını gözləyir: “Bundan sonra Rusiyanın lazımı addımların atacağını düşünürəm. Yəni hər şeyi zaman göstərər. Hesab edirəm ki, Rusiya təyyarə qəzası ilə bağlı bütün məsuliyyətini öz üzərinə götürəcək və beynəlxalq normaları çərçivəsində müvafiq addımları atacaq. Çünki təyyarə qəzası iki qonşu və müttəfiq ölkə arasında yüksək səviyyədə inkişaf edən münasibətlərə kölgə salmamalıdır. Münasibətlər qarşılıqlı hörmət və səmimiyyət üzərində qurulmalı və davam etməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Fevral 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri