Icma.az
close
up
RU
Metropolitenin minnətli qiymət artımı... Sərnişindaşıma daha ucuz başa gəlsə də, vətəndaş pul itirir

Metropolitenin minnətli qiymət artımı... Sərnişindaşıma daha ucuz başa gəlsə də, vətəndaş pul itirir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Metroda gediş haqqı axırıncı dəfə 2024-cü il iyulun 1-də artırılıb. Sərnişinlər həmin gündən ictimai nəqliyyatda 50 qəpikdən hərəkət edirlər. Qiymət bundan cəmi 1 il 5 ay əvvəl artırılmışdı. “Bakı Metropoliteni” Tarif Şurasına müraciətini məhz sərnişindaşımanın maya dəyərinin artması ilə əlaqələndirmişdi. Amma audit yoxlamaları başqa həqiqəti üzə çıxarır.

Bizimyol.info xəbər verir ki, Hesablama Palatasının apardığı audit məhz sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığını müəyyənləşdirib. Audit sərnişindaşıma fəaliyyəti üzrə subsidiyaların düzgün tənzimlənmədiyini ortaya çıxarıb. Yəni xərclər şişirdilib, vəsait təyinatı üzrə istifadə olunmayıb. Bu da sərnişindaşımanın maya dəyərinin artmasına səbəb olub.

Hesablama Palatası rəqabət mühitinin pozulduğunu da düşünür. Tender komissiyası ciddi boşluqlarla fəaliyyət göstərib. Uzunmüddətli debitor borc yaranıb, cərimə tətbiq edilməyib.

Audit yoxlamalarında bəzi ifadələrin üzərindən sakit keçirik, hərçənd, çox əhəmiyyətli məsələlərdən danışılır. Məsələn, yazılıb ki, mövcud resursların real dəyərləndirilməsi aparılmadan ehtiyacların qiymətləndirilməsi üzə çıxıb. Belə çıxır, “Bakı Metropoliten”i ağına-bozuna baxmadan ehtiyaclar siyahısı tuturmuş, dotasiya gözləyirmiş.

Hələ 2024-cü ilin sonlarında “Bakı Metropoliteni”nə subsidiyaların azaldılması müzakirəyə çıxarılmışdı. Onda qurumdan bildirilmişdi ki, dövlət büdcəsindən metropolitenin sərnişin daşınması üzrə xərclərinin qismən ödənilməsi üçün ayrılan subsidiya vəsaiti əmək haqlarının və DSMF-yə ayırmaların bir hissəsinin, eləcə də elektrik enerjisi, kommunal xidmətlərin ödənilməsinə yönəldilir. Bu ifadələr qiymət artımına zəmin yaradılması təəssüratı oyadır. Sanki “Bakı Metropoliteni” indiki qiymətin də qənaətbəxş olmaması mesajını verirdi. Təsadüfi deyil ki, 2025-ci ilin ilk günlərində metroda qiymətin artırılması ehtimalı ilə bağlı şayiə də yayılmdışdı.

İndiyə qədər “Bakı Metropoliteni”nə nə qədər dotasiya ayrılıb. Hələ pandemiyadan əvvəl hər il 40-45 milyon manat subsidiyadan söhbət gedirdi. Bu qədər vəsait müqabilində metropoliten iddia edirdi ki, sərnişindaşımanın xərci borcunu ödəmir.

Metroda gediş haqqı heç də aşağı deyil. Amma həmişə “Bakı Metropoliteni”nin minnətini eşidirik. İndi məlum olur ki, ayrılan vəsait məqsədyönlü xərclənmirmiş. Təkcə sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırılması qurumun gördüyü işin mahiyyətini tam ortaya qoyur.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Yanvar 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri