“Metsamor”un istismar müddətinin uzadılmasını müzakirə etdilər
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov Ermənistanın Baş naziri Nikol Paşinyan və onun müavini Mher Qriqoryanla görüşüb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rosatom”un Mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı “Metsamor” Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin 2036-cı ilədək təkrar uzadılması məsələsi müzakirə edilib. Lixaçov Paşinyan və Qriqoryanı layihənin birinci mərhələsinin başa çatdırılması barədə məlumatlandırıb, bunun nəticələrinə əsasən AES-in enerji blokunun sonrakı fəaliyyəti üçün icazə alıb.
“Rosatom”un rəhbəri həmçinin Ermənistana beynəlxalq konsorsium formatında yeni AES tikməyi təklif edib. Məlumata görə, yaxın aylarda Ermənistan hökuməti tikinti işləri üçün tərəfdaşları seçəcək və stansiyanın texniki görünüşü barədə qərar qəbul edəcək.
“Rusiya tərəfi bu layihəni digər ölkələrin iştirakı ilə, beynəlxalq konsorsium formatında həyata keçirməyə hazırdır”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 29 Sentyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















