Mikel Arteta: “Kay Haverts dörd mövqedə oynamaq qabiliyyətinə malikdir”
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Arsenal” klubunun baş məşqçi Mikel Arteta almaniyalı futbolçu Kay Havartsın gələcəkdə hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etməsinin mümkün olduğunu bildirib.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən məlumat verib.
Onun sözlərinə görə, alman futbolçu həm sağ və sol cinahda, həm “10 nömrə”, həm də mərkəz hücumçusu kimi oynaya bilər. Mütəxəssis Havertsin yaxşı fiziki formada olduğunu, daim hazır vəziyyətdə qaldığını və komandaya böyük töhfə verdiyini vurğulayıb.
Baş məşqçi Çempionlar Liqasının əsas mərhələsində ardıcıl 8 qələbə qazanmağın çox çətin olduğunu deyərək futbolçularla fəxr etdiyini qeyd edib.
Qeyd edək ki, Londonun “Arsenal” klubu Çempionlar Liqasında 24 xalla turnir cədvəlinə başçılıq edir. Ötən gecə baş tutan oyunda Mikel Artetanın komandası Qazaxıstanın “Kayrat” komandasını 3-2 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 29 Yanvar 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















