Mikroavtobusa yol verməyən 18 yaşlı xanım sürücü ağır qəza törətdi: 5 nəfər öldü VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“VAZ”ın 18 yaşlı xanım sürücü 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 10-da saat 14:20-də Simferopol - Baxçasaray - Sevastopol yolunun 47-ci kilometrliyində baş verib.
Məlumata görə, 18 yaşlı xanım sürücünün idarə etdiyi “VAZ-2109” markalı minik avtomobili “Mercedes Sprinter” markalı mikroavtobusla toqquşub.
Zərbənin təsirindən mikroavtobus aşıb, minik avtomobili isə deformasiyaya uğrayıb.
Qəza nəticəsində “VAZ”ın 4 sərnişini hadisə yerində, 18 yaşlı sürücü qız isə bu gün – iyulun 11-də xəstəxanada ölüb.
Yerli medianın məlumatına görə, qəzaya 18 yaşlı sürücünün mikroavtobusa yol verməməsi səbəb olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 11 İyul 2025 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















