“Milan”ın müdafiəçisi ağır zədə aldı
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Milan”ın futbolçusu Matteo Qabbia ciddi zədə alıb.
QOL.az xəbər verir ki, o, “Sassuolo” ilə qarşılaşmada sıradan çıxıb.
Görüşün 20-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Arman Loriyente ilə mübarizə zamanı zədələnən 46 nömrəli müdafiəçi oyunu davam etdirə bilməyib. Sol ayağının dizin arxa hissəsində ağrı hiss edən Qabbia müstəqil şəkildə ayağa qalxmayıb və meydandan xərəkdə çıxarılıb.
"La Gazetta dello Sport"un yaydığı məlumata görə, ilk əlamətlər zədənin ciddi ola biləcəyini göstərir. Qabbiya “Mapei” stadionunu qoltuqağacı ilə tərk edib. Yaxın saatlarda onun tibbi müayinədən keçəcəyi, zədənin dəqiq ağırlığının və bərpa müddətinin müəyyənləşəcəyi bildirilir.
“Milan”ın baş məşqçisi Ruben Amorim futbolçusunun zədələnməsindən sonra narahatlığını gizlətməyib:
“Hazırda diaqnozu bilmirəm, amma bu zədə məni çox narahat edir. Məyusam, çünki Qabbianın əvvəllər də sağlamlıq problemləri olub. Yenidən sıraya qayıtmaq üçün bu qədər əziyyət çəkdikdən sonra o, belə bir uğursuzluğa qətiyyən layiq deyildi. Təəssüf ki, futbolda belə hallar baş verir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 12 Oktyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















