Millət vəkili: Ramiz Mehdiyev uzun illər hakimiyyətdə ideoloji ata rolunu oynayıb
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
"Lakin onun qurduğu sistem dövlətin inkişafına deyil, şəxsi ambisiyaların və korporativ maraqların qorunmasına xidmət edib".
"Tarix sübut edib ki, dövlətlərin tənəzzülü heç vaxt yalnız xarici düşmənlərin hücumu ilə başlamır. Bu proses, ilk növbədə, daxili sütunların zədələnməsi, idarəetmə mexanizminin "virusa" yoluxması ilə baş verir".
Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycanın müasir siyasi tarixində bu "virusun" adı uzun illər boyu pərdə arxasında qalıb, lakin dağıdıcı təsiri bütün sferalarda hiss olunub:

"Söhbət akademik Ramiz Mehdiyevdən və onun illər boyu formalaşdırdığı, həm iqtidar daxilində, həm də müxalifət düşərgəsində kök salmış xəyanət şəbəkəsindən gedir. Bu gün gəldiyimiz tarixi mərhələdə artıq açıq şəkildə bəyan etmək lazımdır ki, bu şəbəkə sadəcə siyasi rəqib yox həm də dövlətə xəyanət etmiş mütəşəkkil bir qüvvədir. Ramiz Mehdiyev uzun illər Azərbaycan hakimiyyətində "ideoloji ata" rolunu oynayıb. Lakin zaman və faktlar göstərdi ki, onun qurduğu sistem dövlətin inkişafına deyil, şəxsi ambisiyaların və korporativ maraqların qorunmasına xidmət edib. O, dövlət idarəçiliyində ona verilən etimad və sədaqəti məhv edərək, sədaqət adı altında itaətkarlığı təbliğ edən bir mühit yaradıb. Lakin onun ən böyük xəyanəti idarəetmə ilə məhdudlaşmırdı. Mehdiyev dövlətin milli təhlükəsizlik maraqlarına zidd olaraq, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittiham olunur. Həmçinin ölkə daxilində süni siyasi gərginliklər yaratmaqda, islahatları bloklamaqda və Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqla məşğul olurdu. Onun fəaliyyəti, məlum olmuşdurki mahiyyət etibarilə, dövlətin daxildən zəiflədilməsinə yönəlmiş şüurlu bir sabotajdır".
Parlament üzvünün sözlərinə görə, Ramiz Mehdiyevin qurduğu bu çirkin oyunun ən təhlükəli hissəsi isə "müxalifət" adlanan cinahla qurduğu gizli simbioz əlaqələrdir:
"Cəmiyyətə illərdir "barışmaz müxalifət" kimi təqdim olunan Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimi fiqurlar, əslində, bu böyük ssenarinin aktyorlarıdır. Əli Kərimli illərdir radikal ritorika ilə cəmiyyəti qütbləşdirən, lakin real siyasi nəticə əldə etməyən bu şəxsin fəaliyyəti, diqqətlə analiz edilib düşünüləndə və araşdırılanda, Mehdiyevin "köhnə qvardiya"sının maraqlarına xidmət etdiyi asanlıqla məlum olur. Onun radikallığı, Mehdiyevə islahatçı qüvvələri əzmək və sərt idarəçiliyi əsaslandırmaq üçün lazım olan "xaos görüntüsü"nü təmin edirdi. Gültəkin Hacıbəyli və Cəmil Həsənli isə bir vaxtlar dövlət strukturunda və ya ona yaxın mövqelərdə çalışması və sonradan bu şəxslərin qəfil "radikal demokrat"a çevrilməsi təsadüfi deyil. Faktlar və siyasi analiz göstərir ki, onların fəaliyyəti müstəqil iradədən qaynaqlanmır. Onlar, Ramiz Mehdiyevin siyasi sistem daxilindəki təsirini itirdiyi məqamlarda "xarici təzyiq" və "daxili narazılıq" imitasiyası yaratmaq üçün istifadə edilən alətlərdir. Bu şəxslərin Ramiz Mehdiyevlə əlaqəsi sadəcə siyasi taktika deyil, xalqın etimadına və dövlətin strateji hədəflərinə qarşı birgə xəyanətdir. Bu gün Azərbaycan cəmiyyəti həqiqətlə üz-üzədir. Biz görürük ki, illərdir davam edən "iqtidar-müxalifət" qarşıdurmasının bir qismi, əslində, eyni mərkəzdən idarə olunan saxta bir oyun imiş. Ramiz Mehdiyev "boz kardinal" olaraq dövlətin resurslarını sümürərkən, adlarını çəkdiyim bu "müxalifətçilər" də həmin sistemin dolayısı ilə qoruyucuları olublar. Onlar xalqın enerjisini boş şüarlarla tükədərək, əsl demokratik inkişafa və milli birliyə mane olublar".
Milli Məclisin üzvü qeyd edib ki, bu məsələlər aydınlaşandan sonra həqiqətən milli xəyanətin sadəcə torpaq satmaqla ölçülmədiyini, həmçinin millətinin gələcəyini, ümidini və siyasi şüurunu girov götürməyin ən böyük xəyanət olduğu məlum olur:
"Bü gün siyasi sferada gerçəklərin üzə çıxdığı bir zamanda Ramiz Mehdiyevin, Əli Kərimlinin, Gültəkin Hacıbəylinin və Cəmil Həsənlinin eyni zəncirin həlqələri olması aydın olur. Nəticədə onların hər biri, öz rollarına uyğun olaraq, Azərbaycan dövlətçiliyinə qarşı cinayət ortağıdırlar. Əlbəttə artıq tarix bu səhifəni bağlayır. İndi zaman, bu xəyanət şəbəkəsini tam ifşa etmək, onları siyasi tarixin arxivinə göndərmək və Azərbaycanın gələcəyini bu kölgələrdən təmizləmək zamanıdır. Hal hazırda hər birimiz fəxr hissi ilə ədalətin bərqərar olmasına, müasir Azərbaycanın öz tarixinin ən şərəfli və qüdrətli dövrünü yaşamasına şahidlik edirik. Ölkəmiz artıq dünyada söz sahibi olan, tam müstəqil, suveren və demokratik bir hüquq dövlətidir. Bu uğurların təməlində isə Ulu Öndər Heydər Əliyevin ideyaları və bu ideyaları qətiyyətlə davam etdirən Cənab Prezident İlham Əliyevin uzaqgörən, müdrik və milli maraqlara söykənən siyasəti dayanır. Cənab Prezidentin "Dəmir Yumruğu" təkcə işğalçı düşmənin başını əzmədi, o, həm də dövlətin daxilində kök salmağa çalışan, xalqın birliyinə qəsd edən xəyanətkar şəbəkələrin belini qırdı. Dövlət başçımızın hər zaman vurğuladığı kimi Azərbaycanın taleyini yalnız Azərbaycan xalqı həll edir. Heç bir xarici qüvvə, heç bir daxili təxribatçı qrup bizim iradəmizə təsir göstərə bilməz".
C.Məmmədov əlavə edib ki, cənab Prezident hadisələrə hər zaman ədalət gözü ilə baxır, ağ ilə qaranı seçir və xalqın rifahı naminə ən doğru qərarları verir:
"Şükürlər olsun ki, bu gün Azərbaycanın təhlükəsizliyi etibarlı əllərdədir. Bizim peşəkar, vətənpərvər və dövlətə sədaqətli hüquq-mühafizə orqanlarımız var. Son dövrlərdə atılan addımlar bir daha sübut etdi ki, dövlətə xəyanət edən, milli maraqları satan və "siyasətçi" adı altında gizlənərək təxribat törədən heç bir kəs cəzasız qalmır.İllərdir xalqı aldadan, dövlət içində dövlət yaratmaq istəyən və ya xarici dairələrin sifarişi ilə ölkəmizə qara yaxan xəyanətkar ünsürlərə qarşı hüquq-mühafizə orqanlarımız tərəfindən tamamilə qanuni və lazımi tədbirlər görülür. Ədalət öz yerini tapır. Bu, Azərbaycan dövlətinin gücünün və qanunun aliliyinin ən bariz nümunəsidir. Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək əmindir ki, dövlətimizə uzanan hər bir xəyanət əlini liderimiz kəsəcək və Azərbaycanın inkişafına heç bir qüvvənin mane olmasına icazə verməyəcək. Uca Allah müstəqil Azərbaycanımızı, onun memarı olan dövlətimizi və Müzəffər Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyevi qorusun!".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 03 Dekabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















