Icma.az
close
up
RU
Kamran Bayramov: Prezidentin müsahibəsi Zəngəzur dəhlizi məsələsində nöqtə qoydu

Kamran Bayramov: Prezidentin müsahibəsi Zəngəzur dəhlizi məsələsində nöqtə qoydu

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

“Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bir daha Azərbaycanın dövlət siyasətinin prioritetlərini dilə gətirib. Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması üçün prinsipial əhəmiyyət kəsb edən məsələlərə aydın vurğu verib. Bu kontekstdə dövlət başçısının İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ilə bağlı açıqlamaları xüsusi diqqətə layiqdir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Deputat qeyd edib ki, bu nəqliyyat layihəsinin həyata keçirilməsi perspektivi İranın ali lideri Əli Xamneyinin yaxın çevrəsindən olan radikal mühafizəkarların mənfi reaksiyasına səbəb olub:
“Lakin  ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Zəngəzur dəhlizi ilə bağlı kompromis əldə etdikləri Vaşinqton sammitindən sonra bu layihənin İranda həyata keçirilməsinin əleyhdarlarının ritorikası pik nöqtəyə çatıb. Belə ki, İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Vilayətinin bəyanatı nəinki sərt idi, hətta açıq təhdidlər də ehtiva edirdi. O, xüsusilə, Zəngəzurdan keçən ABŞ-ın dəstəklədiyi nəqliyyat marşrutunu “bağlamaqla” hədələyib. Layihəni Ermənistanın ərazi bütövlüyünə və regionun təhlükəsizliyinə “təhdid” adlandırıb. Ağ Ev rəhbərinin “icarə” ideyasını Panama kanalı ilə müqayisə edərək, dəhlizin “Tramplar” üçün qəbiristanlığa çevriləcəyini vəd edib. Vilayətinin bu açıqlamaları, təbii ki, rəsmi Bakıdan da yan keçməyib ki, bunu Azərbaycan dövlət başçısının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində İranın radikal mühafizəkarlarına ünvanladığı mesajlar da təsdiqləyir: “Biz siyasətimizi İran xalqı tərəfindən seçilən və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan, yəni, Prezident kimi siyasətçilərə əsasən qururuq. Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Nə məsləhətlər verirlər, bilmirəm. Bu mövqe bizim üçün heç cür əhəmiyyətli deyil. Bizim üçün bunun əhəmiyyəti sıfırdır, çünki dövlətlərarası münasibətlərimiz hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur”.
Deputatın sözlərinə görə, buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoyulmur:
“Azərbaycan dövlətinin başçısı İranın antiazərbaycan dairələrinə açıq şəkildə bildirdi ki, onların Zəngəzur dəhlizinə sərt hücumları hava silkələməkdən başqa bir şey deyil. Çünki Azərbaycan yalnız İranın xarici siyasətini formalaşdırmaq səlahiyyəti olan şəxslərin fikrini nəzərə alır. ABŞ paytaxtında keçirilən sammitdən sonra İran prezidenti Vaşinqtonda ərazi bütövlüyü, Avropa və şimala sərbəst marşrutla bağlı İranın tələblərinin nəzərə alındığını bəyan edib ki, bu da sağlam düşüncənin bariz nümunəsi və regiondakı bugünkü reallıqların ayıq-sayıq qiymətləndirilməsi deməkdir. Azərbaycan dövlətinin başçısı bu məqamı da diqqətdən kənarda qoymayıb, “prezidentin mövqeyinin tamamilə ağlabatan olduğunu və Zəngəzur dəhlizinin İran üçün heç bir təhlükə yaratmamasına əsaslandığını” vurğulayaraq, Məsud Pezeşkianla şəxsi münasibətlər amilini qeyd edib. Azərbaycan dövlətinin başçısının müsahibədə yer aldığı sanballı arqumentləri Zəngəzur dəhlizi məsələsində nöqtə qoydu və İranda Tehranla Bakının münasibətlərinə zərbə vurmaq istəyən bütün “xeyirxahlar” bunu nəzərə almalıdır”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Avqust 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see201

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see175

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see172

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see145

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see140

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see133

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see131

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see129

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see129

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see126

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri