Icma.az
close
up
RU
Millət vəkilindən şok açıqlama: İranı vuran İsrail deyil

Millət vəkilindən şok açıqlama: İranı vuran İsrail deyil

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İsrailin həyata keçirdiyi hərbi əməliyyatların arxasında əslində Qərb gücləri dayanır".

Milli.Az "haberler"ə istinadən xəbər verir ki, bunu HÜDA PAR sədr müavini və Türkiyə Böyük Millət Məclisinin Qaziantep millət vəkili Şahzadə Demir deyib. 

O, İsrailin İranın nüvə proqramına qarşı başladığı "Yüksələn Aslan" əməliyyatının pərdəarxası ilə bağlı sərt açıqlamalar verib.

"Bu hücumun arxasında Qərb var"

Onun sözlərinə görə, İsrailin bu qədər ölkəni qarışdırması, bölgəni xaosa sürükləməsi mümkün deyil:

"İsrailin istifadə etdiyi taktika, hərbi strategiya, silahlar, aviasiya sistemləri, kəşfiyyat şəbəkələri və dəqiq zərbələr - bunların hamısı Qərbin gücü ilə mümkün olur. İranı vuran İsrail deyil, Amerikadır, İngiltərədir və onlara dəstək verən digər qüvvələrdir".

"Bu, İsrailin deyil, Amerikanın strategiyasıdır"

Demir əlavə edib ki, İsrail təkbaşına belə bir hərbi əməliyyatı həyata keçirmək gücündə deyil:

"İsrailin bu qədər ölkəni qarışdırması, bölgəni xaosa sürükləməsi mümkün deyil. Bu, Amerika və müttəfiqlərinin planıdır. Əgər biz bu əməliyyatları İsrailin strategiyası kimi qiymətləndirsək, ciddi yanılgıya düşərik".

"NATO da bu prosesin içindədir"

Demir bölgədəki hərbi və siyasi proseslərə NATO-nun da birbaşa dəstək verdiyini bildirib:

"Amerika və İsrail bu prosesdə birlikdə hərəkət edir. İngiltərə və Fransa da arxa cəbhədə onları dəstəkləyir. NATO güclərinin bu əməliyyatlara ciddi şəkildə qatıldığını görürük".

Demir son olaraq xəbərdarlıq edib ki, bölgədə baş verənləri yalnız İsrailin fəaliyyəti kimi dəyərləndirmək yanlış yanaşmadır və məsələnin qlobal güclərin planı olduğunu düzgün oxumaq lazımdır.

Kənan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 İyun 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri