Icma.az
close
up
RU
“Milli dirçəlişin yolu Paşinyanı aradan götürməkdən keçir” Keçmiş nazir hakimiyyəti devirməyə çağırdı

“Milli dirçəlişin yolu Paşinyanı aradan götürməkdən keçir” Keçmiş nazir hakimiyyəti devirməyə çağırdı

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

“Bizim yaddaş ənənəmizi uzun müddətdir səciyyələndirən aydınlıq indi Ermənistan rəhbərliyinin görünməmiş mənəvi tənəzzülü səbəbindən təhlükə altındadır.”

“AzPolitika.info” xəbər verir ki, bu fikirləri Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı dərc olunan məqaləsində bildirib.

Oskanyan Ermənistanın baş naziri Nikol Paşinyanı sərt şəkildə tənqid edərək onun “ağlasığmaz işlərdə” günahlandırıldığını qeyd edib: “O, açıq şəkildə ‘erməni soyqırımı’ reallığını və faciənin miqyasını şübhə altına alır. Onun son bəyanatları açıq-aşkar inkar xarakteri daşımasa da, Ankaranın uzun illərdir təbliğ etdiyi revizionist ritorika ilə təhlükəli dərəcədə üst-üstə düşür”.

Keçmiş nazir iddia edir ki, Paşinyan ermənilərə “soyqırım niyə baş verdi?” sualını verməyi tövsiyə etməklə, qurbanları məsuliyyətli göstərməyə çalışır və bu vasitə ilə tarixi təhrif edir: “‘Soyqırımı’ inkar etmək nə intellektual məşq, nə də diplomatik incəlik məsələsidir. Bu, zorakılıq aktıdır. Məqsəd təkcə həyatları deyil, həm də xatirələri, kimlikləri və həqiqətləri silməkdir. Bu səbəbdən bu günkü anım mərasimi hər zamankından daha vacibdir. Çünki biz bu gün ikiqat təhlükə ilə üz-üzəyik: xaricdən inkar və daxildən devalvasiya”.

Vardan Oskanyan sonda Paşinyanı Ermənistanı mənəvi, siyasi və hüquqi hüquqlardan məhrum etməkdə ittiham edib.

“Ədaləti bərpa etmək və milli dirçəlişi təmin etmək üçün Paşinyanın hakimiyyətdən getməsi zəruridir”, – deyə o vurğulayıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Aprel 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri