Icma.az
close
up
RU
Milli Fəaliyyət Planının hazırlanmasına dair dəyirmi masa keçirilib

Milli Fəaliyyət Planının hazırlanmasına dair dəyirmi masa keçirilib

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oktyabrın 21-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə “Biznes və insan hüquqları sahəsində Milli Fəaliyyət Planının hazırlanması istiqamətində əməkdaşlığın gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib. SİA xəbər verir ki, tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxış edərək biznes fəaliyyətinin insan hüquqlarına təsirinin həm müsbət, həm də bəzi hallarda mənfi xarakter daşıya bildiyini söyləyib. O qeyd edib ki, biznesin inkişafı və sahibkarlığın dəstəklənməsi hər bir inkişaf etmiş və inkişaf etməkdə olan dövlətin əsas prioritetlərindən biridir. Azərbaycan dövləti tərəfindən bu istiqamətdə səmərəli qanunvericilik və institusional mexanizmlər formalaşdırılıb, biznes mühitinin daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir.

Aydın Səfixanlı vurğulayıb ki, dövlətin məqsədi yalnız iqtisadi inkişafı təmin etmək deyil, həm də insan hüquq və azadlıqlarının müdafiəsini təmin etməkdir. Bu baxımdan, biznes strukturlarının da fəaliyyətləri zamanı insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirməsi vacibdir. O əlavə edib ki, hazırda dünyanın aparıcı şirkətləri ictimaiyyətə təqdim etdikləri hesabatlarda insan hüquqlarının qorunması, əməkdaşlarının hüquqlarının təminatı, eləcə də ətraf mühitə təsirlərlə bağlı məlumatları açıqlayırlar.

Müvəkkilin aparat rəhbəri qeyd edib ki, biznes fəaliyyəti zamanı əmək hüquqları, sağlam ətraf mühitdə yaşamaq hüququ, qadın və uşaq hüquqları kimi bir çox fundamental insan hüquqlarına təsir göstərilə bilər. Bu baxımdan, BMT çərçivəsində uzun illərdir aparılan araşdırmalar və qəbul edilən beynəlxalq sənədlər mühüm əhəmiyyət daşıyır. 2011-ci ildə BMT tərəfindən “Biznes və İnsan Hüquqları sahəsində Rəhbər Prinsiplər” qəbul olunub və bu prinsiplərin üzv dövlətlərdə tətbiqi ilə bağlı tövsiyələr verilib. Bir çox ölkələr kimi Azərbaycan da bu prinsiplərin həyata keçirilməsinə xüsusi önəm verir.

Aydın Səfixanlı bildirib ki, BMT səviyyəsində biznes və insan hüquqları üzrə milli fəaliyyət proqramlarının hazırlanması ilə bağlı ümumi təlimat hazırlanıb. Sözügedən təlimatda bu proqramların əsas məqsəd və istiqamətləri, qarşıya qoyulan vəzifələr və həyata keçirilməsi mexanizmləri əksini tapıb. Azərbaycanın da bu istiqamətdə Milli Fəaliyyət Planının hazırlanması prosesinə start verilməsi bu sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, eləcə də özəl sektorun nümayəndələri iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri