Icma.az
close
up
RU
Milli futbolçularımız tarix yazır “Qarabağ” dastanı

Milli futbolçularımız tarix yazır “Qarabağ” dastanı

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Həmin Elvin Cəfərquliyevdir. Amma indi yersiz qırmızı kart almır, ziyanına olan aqressiya göstərmir. İndi tənqid yox, tərif hədəfindədir. İndi azarkeşlərin qınağına deyil, sevgisinə tuş gəlir.  Azərbaycanlı kimi tarixə düşdü... UEFA tərəfindən Çempionlar Liqası kimi nüfuzlu turnirin matçında ən yaxşı oyunçu seçildi.

Baş məşqçisi də azərbaycanlı mütəxəssis Qurban Qurbanovdur. Hərçənd dünən onun haqqında danışanda zarafatla “ona bel bağlamaq olmaz” dedi. Bu sözləri həm də Elvinin rahat olmaması, üzərində işləməsi üçün deyilib. Qırmızı vərəqələrlə cəzalanan və komandasını azlıqda qoyan Cəfərquliyev son oyunlarda tamamilə əksini göstərir. Bəli, əvvəlki oyunlarda da ortaya yaxşı performans qoyurdu, amması vardı – tez-tez meydanda kobudluq etməsi, işini kölgədə qoyurdu. Hətta bir ara yerli mediada Qurban Qurbanovun Elvinə belə hərəkətlərinə görə son şans verdiyi deyilirdi.

Yada salmaq yerinə düşər ki, keçən il Avroliqada “Braga” ilə qarşılaşmada həlledici qol vuran Nəriman Axundzadə haqqında idman şərhçisi Ramiz Mirzəzadə “vuran ayaqlarına qurban olum, Nəriman” deyərək hamımızı duyğulandırmışdı. Bir müddət sonra Nəriman tənqid olunmağa başladı. Daha sonra isə Nəriman toparlana bildi və yenidən haqqında yaxşı mənada danışıldı...

Qurbanovun Elvin haqqında dediyi “bel bağlamaq olmaz” sözləri məhz buna işarədir ki, bizim milli oyunçularımız istəsələr bacararlar, çox tərif isə onların zərərinədir. 

İllər öncə Fərrux İsmayılovlu, Zaur Tağızadəli, Qurban Qurbanovlu Azərbaycan millisi Bakıda Serbiya və Çernoqoriyanı məğlub etdi. Rəqib meydanda isə bərabərə qaldı. İdman jurnalistlərindən biri efirdə deyirdi: “Artıq əcnəbi futbolçuların formalarını yırtıb kənara atmaq, milli oyunçularımızın formasını geyməyin vaxtıdır”. Çox qürurverici idi. Bir anlıq elə düşünmüşdüm ki, Azərbaycanda futbol yeni eraya qədəm qoyur. İllər keçdi, həmin millinin futbolçusu Qurban Qurbanov məşqçi kimi futbolçuları ilə doğrudan da yeni eraya qədəm qoydu.

Yuxu kimi gəlir. Azərbaycan klubu UEFA-nın bayrağı altında keçirilən nüfuzlu turnirdə ardıcıl iki qələbə qazanıb və turnir cədvəlində “Real Madrid” kimi nəhənglərlə eyni xalı toplaya bilib. Möcüzədir.

Bayaqdandır diqqət çəkmək istədiyim isə məhz azərbaycanlı futbolçulardır. Bəli, bu torpaqların yetirmələrinin ölkəmiz adına tarix yazması fəxarətdir.

Davamlılıq, əzmkarlıq, tənqidlərdən nəticə, yenidən tənqid olunacaq vəziyyətə düşməmək üçün ehtiyat, xalqa sevinc bəxş etmək, Azərbaycan haqqında dünyada danışılması... Bütün bunlar üçün təşəkkürlər, “Qarabağ”, təşəkkürlər, Qurban Qurbanov!

Samir Mirzə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri