Icma.az
close
up
RU
Milli maraqlara bağlı insan

Milli maraqlara bağlı insan

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ömrüm boyu böyük ziyalı, xalqın sevdiyi insan, görkəmli dövlət xadimi, diplomat... kimi tanıdığım Həsən Həsənov haqqında bu yazını yazmağa başlamamışdan əvvəl bir neçə gün əlimə qələm almağa cəsarət etmədim. Çox düşündüm. Azərbaycanda hamının tanıdığı şəxsiyyət haqqında mən nə yazım ki, ona layiq olsun. Doğrusunu deyim ki, yazı-pozu ilə məşğul olduğum 55 il müddətində belə çətinliyə düşməmişdim. Axı, xalqın tanıdığı insanı xalqa necə təqdim edim?

Vikipediyaya baxdım, tərcümeyi-halını bir daha “vərəqlədim”, “yaxşı bunlar da hər adam üçün əlçatandır, mən nədən başlayım?” – deyə çətinlikdən çıxmağa çalışdım. Bəlkə, hansı dövlət işlərində çalışdığından, keçdiyi şərəfli həyat yolundan bəhs edim?

1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçiləndə Həsən müəllim də millət vəkili seçilmişdi. O, həm də Azərbaycan Respublikasının Xarici İşlər naziri idi. Beləliklə, ilk yaxın tanışlığımız Milli Məclisdə oldu. Mənimlə elə görüşdü ki, sanki, çoxdan tanıdığı insanla görüşürdü. Çox səmimi, gülərüz insan kimi gördüm onu. İki il, həftədə iki dəfə Milli Məclisin iclaslarında görüşürdük...

Sonra mən Türkiyə Cümhuriyyətinin İstanbul şəhərinə Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin olundum. Beləliklə, Həsən müəllim “mənim nazirim” oldu. Onunla görüşəndə müəyyən fikirlərimi söyləyirdim, səhv danışanda özünəməxsus şirin gülüşlə “Yox, elə deyil” – deyə düzəliş verirdi. Həsən müəllimdən heç vaxt irad eşitmədim, özümdən böyük kimi (10 yaş fərqimiz var) ondan daim nə isə öyrənməyə çalışırdım. Öyrəndiklərim diplomatik işimdə mənə çox kömək edirdi.

...Baş konsul kimi 10-15 gün idi ki vəzifəmin icrasına başlamışdım. Bizə xəbər verdilər ki, Azərbaycanın gəmisini borca görə bir neçə gündür ki, Mərmərə dənizində saxlayıblar. Gəmi heyətinin də bütün ərzağı qurtarıb. Dözülməz vəziyyət yaranıb. Konsulluğun bir əməkdaşı ilə dənizin ortasında saxlanılan gəmiyə getdik. Orada türk polisləri və Azərbaycan gəmi heyətinin qarşısında çıxış etdik. Dost, qardaş xalqlar olduğumuzu bir daha xatırlatdıq. Sonra masa başında birlikdə çay içdik. Türk polisləri əlaqəli təşkilatların rəhbərləri ilə danışdılar. Gəmini buraxmaq haqqında qərar qəbul edildi. Həmin gün gecə saat 2-də nazir Həsən müəllim mənə zəng edib, şifahi təşəkkürünü bildirdi. Baş verən əhvalat AzərTAC vasitəsilə yayımlandı...

Elə həmin ərəfələrdə bir gün konsulluqda yenicə işə başlamışdıq ki, dedilər Azərbaycan Xalq Cəbhəsi Partiyasının İstanbul universitetlərində oxuyan 30 tələbəsi konsulluğun qarşısında mitinq keçirmək üçün gəlib. Doğrusu, mən həmişə mitinqlərin əleyhinə olmuşam. Odur ki, heç nə fikirləşmədən əməkdaşlarımıza dedim ki, gedin, onların başçısını yanıma dəvət edin. Başçı gəldi. Soruşdum: “Nə istəyirsiniz?” Cavab verdi ki, biz istəyirik, Heydər Əliyev hakimiyyətdən getsin. Dedim, a bala, məni bura Heydər Əliyev göndərib! Onunla xeyli tərbiyəvi söhbət apardıqdan sonra başının dəstəsini də götürüb getdi. İndi yadıma düşür ki, 11 gün idi işə başlamışdım... Yenə həmin gün Həsən müəllim zəng vurub təşəkkür etdi. Bir daha hiss etdim ki, mən nazir tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşam.

Həsən Həsənov işlədiyi bütün dövlət vəzifələrində həmişə şərəflə çalışıb və xalqımız üçün böyük işlər görüb. 1990-cı il yanvar faciəsi ilə bağlı SSRİ rəhbərliyinə məktubunda bildirirdi: “Xalqın qanı töküldü, amma o qan bu torpağın azadlığı üçün töküldü! Azərbaycanın səbrini sınağa çəkmək xalqı daha da birləşdirdi”.

Qeyd etmək lazımdır ki, 1992–1993-cü illərdə BMT yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi kimi Dağlıq Qarabağ konfliktinə dair 4 qətnamənin qəbuluna nail olması Həsən Həsənovun xarici siyasətdə əhəmiyyətli rolunu göstərir. Müstəqil Azərbaycanın ilk Diplomatik pasport sisteminin əsasını Həsən Həsənov qoyub. “Azərbaycan diplomatiyası tarixi” kitabını yazıb.

Heç demə, Həsən müəllimin gözəl qələmi də varmış, o, dərin mənalı əsərlər də yazırmış. Bir gün gördüm ki, Akademik Milli Dram Teatrının qarşısında “Brüsseldən məktublar” tamaşasının afişası asılıb. Afişada müəllif kimi Həsən Həsənovun ad-soyadının yazıldığını görəndə təəccübləndim: Görəsən, Xarici İşlər naziri Həsən Həsənovdur? Tamaşaya baxdım, çox təsirləndim. Səhv etmirəmsə, tamaşa haqqında mətbuatda resenziya da yazdım. Həsən müəllim yaddaşlardan silinməyəcək bir pyes yazmışdı, ona görə tamaşa da anşlaqla keçdi. O zaman öz-özümə fikirləşirdim: Həsən müəllimlə məni birləşdirən, doğma edən bəlkə də onun yaradıcılığı, qiymətli əsərlər yazmasıdır. Necə deyərlər, “ürəkdən-ürəyə yollar görünür”...

Bu yaxınlarda Həsən müəllimin türklərin tarixi, ənənələri, həyat tərzləri ilə bağlı bir yazısını maraqla oxudum. Bəli, Həsən müəllim həm də tarixçi alimdir. Çoxlu tarixi araşdırmaların müəllifidir. Bütün bunlar Həsən Həsənovun hərtərəfli biliyə malik bir insan olduğunu təsdiq etmirmi?

Sonralar Həsən müəllim müxtəlif ölkələrdə səfir oldu, harada işlədisə, Azərbaycanı ləyaqətlə təmsil etdi.

Son zamanlar Həsən müəllimlə müxtəlif tədbirlərdə görüşürük, telefonla əlaqə saxlayırıq.

Bir sözlə, mən Həsən müəllimlə həmişə fəxr etmişəm, onun adı gələndə şərəf duymuşam. Həmişə də ürəyimdə fikirləşirəm: Kaş, belə adamlar çox olaydı...

Xeyrəddin QOCA,
yazıçı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyul 2025 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri