Milli Məclis neft hasilatı ilə bağlı yeni pay bölgüsü layihəsini təsdiqləyib
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi təsdiqləyib.
Reyting.az xəbər verir ki, ikinci qoşma bu il avqustun 1-də Bakıda Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycan (AÇG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Ekvinor Abşeron AS, Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., MOL Azərbaycan, Ltd., ONGC Videş Limited, Türkiye Petrolleri A.O. arasında imzalanıb.

Xəzərdə neft hasilatı ilə bağlı yeni pay bölgüsü... Milli Məclis təsdiqlədi
29 Noyabr 2024 12:05
Milli Məclis sazişi təsdiqləyib
27 Dekabr 2024 11:26
Milli Məclis Xəzər dənizi ilə bağlı layihəni təsdiqləyib
29 Noyabr 2024 12:28
Milli Məclis DSMFnin 2025ci il büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib
27 Noyabr 2024 13:23
Milli Məclis Azəri, Çıraq, Günəşli yataqları ilə bağlı layihəni təsdiqləyib
29 Noyabr 2024 12:57

