Icma.az
close
up
RU
Milli Məclisin əmək və sosial siyasət komitəsinə bu il daxil olan ərizə və məktubların sayı açıqlanıb

Milli Məclisin əmək və sosial siyasət komitəsinə bu il daxil olan ərizə və məktubların sayı açıqlanıb

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Sentyabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
Newscenter.az xəbər verir ki, iclası açan komitə sədri Musa Quliyev yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb. O, qeyd edib ki, iclasın gündəliyinə 2 məsələ daxil edilib.
Komitə sədri, ilk növbədə, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ötən sessiya dövründə komitənin 14 iclası keçirilib, ümumilikdə 23 məsələyə baxılıb.
Bildirilib ki, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitəyə ümumilikdə 570 sənəd, o cümlədən vətəndaşlardan 337 ərizə, nazirliklərdən və idarələrdən 233 cavab məktubu daxil olub.
Daha sonra Musa Quliyev gündəliyin ikinci məsələsi - Əmək və sosial siyasət komitəsinin 2025-ci il payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. O bildirib ki, növbəti sessiyada əsasən büdcə məsələləri müzakirə ediləcək, qanunvericilik təşəbbüsü əsasında təqdim olunmuş qanun layihələrinə baxılacaq, həmçinin komitənin səlahiyyət dairəsinə daxil olan mövzular üzrə ictimai dinləmələrin və geniş müzakirələrin təşkili nəzərdə tutulur.
Müzakirələr zamanı komitə sədrinin müavini Elşad Musayev, üzvləri Vüqar Bayramov, Səttar Möhbalıyev, Jalə Əliyeva, Göydəniz Qəhrəmanov, Sevinc Hüseynova, Nigar Məmmədova, Əziz Ələkbərov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək fikir və təkliflərini bildiriblər.
İclasın sonunda ötən sessiyada görülmüş işlər məqbul hesab edilib və komitədə 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.
Tədbirdə komitənin üzvü Bədəl Bədəlov və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Sentyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri