Icma.az
close
up
RU
Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

2025-ci il dövlət büdcəsinin layihəsi ikinci oxunuşda qəbul olunub

Dekabrın 3-də Milli Məclisin növbəti iclası keçirilib. Əvvəlcə iclasda 2025-ci ilin büdcə zərfinə daxil olan məsələlər ikinci oxunuşda müzakirəyə çıxarılıb.  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edərkən bildirib ki, növbəti ilin büdcə zərfində makroiqtisadi sabitlik, davamlı iqtisadi artım və büdcə dayanıqlığı iqtisadi siyasətin əsas hədəfləri olaraq müəyyən edilir. Sənəd rifaha və iqtisadi artıma yönəldilmiş xərclər bir-birini tamamlayır və günün reallıqlarını nəzərə alır.

Onun sözlərinə görə, sosial xərclərin həcmi və strukturu vətəndaşların sosial müdafiəsinin və rifahının dövlətin diqqət mərkəzində saxlanıldığını göstərir: “İqtisadiyyatın şaxələndirilməsi üçün stimullaşdırıcı və təşviqedici tədbirlər nəzərdə tutulur. Böyük Qayıdış proqramının maliyyələşdirilməsi Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa prosesinə, bu ərazilərdə iqtisadi həyatın canlanmasına və məskunlaşmaya öz layiqli töhfəsini verəcək. İqtisadi və maliyyə imkanlarımıza adekvat olaraq müdafiə və milli təhlükəsizliyimiz üçün büdcə vəsaitlərinin artırılması həm ölkəmizin təhlükəsizliyinə, həm də regionda sülhün və sabitliyin qorunmasına xidmət edir. Büdcənin strateji istiqamətləri Azərbaycanın regionda iqtisadi, siyasi və hərbi lider mövqeyini daha da möhkəmləndirir”.

A.Əmiraslanov deyib ki, büdcə layihəsinin ikinci oxunuşu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Komitə üzvləri tərəfindən qaldırılan məsələlər, suallar və təkliflərə aidiyyəti üzrə münasibətlər bildirilib, şərhlər verilib. Vurğulanıb ki, növbəti ilin büdcə layihəsi, ölkə rəhbəri tərəfindən müəyyən edilmiş strateji vəzifələr və təşəbbüslər, milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəfləri əks etdirir. Layihə, bu hədəflərin hər birinin icrası üçün zəruri maliyyə təminatını yaratmaq məqsədini daşıyır.

Aparılmış ilkin müzakirələrin nəticələri barədə məlumat verən komitə sədri deyib: “İlkin müzakirələrin nəticələri göstərir ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsi qanunvericiliyin tələblərinə və ölkənin strateji sənədlərinin müddəalarına uyğundur. Büdcə zərfinin birinci oxunuşunda deputatlar müxtəlif təkliflər irəli sürüb və layihəni konseptual olaraq dəstəkləyiblər ki, bu da büdcə müzakirələrinin parlament formatına uyğun olaraq təbii qiymətləndirilir. Lakin qeyd olunmalıdır ki, bütün gözləntilərin növbəti il üçün təqdim olunan büdcə zərfi vasitəsilə reallaşdırılması mümkün olmayacaq”.

Büdcə prosesinin yalnız bir illə məhdudlaşmadığını və uzunmüddətli xarakter daşıdığını diqqətə çatdıran A.Əmiraslanov əlavə edib: “Bu baxımdan, büdcə hər zaman təkmilləşməyə məruz qalır və bu istiqamətdə Prezident İlham Əliyevin tapşırıqları ilə hökumət və Maliyyə Nazirliyinin həyata keçirdiyi mühüm işləri, parlament formatında büdcə müzakirələrinin ali maliyyə audit rəylərini, Milli Məclislə hökumət arasında səmərəli əməkdaşlığın əhəmiyyətini və töhfələrini xüsusi olaraq qeyd etmək lazımdır”.

Müzakirələrdən sonra gələn ilin büdcə layihəsi ikinci oxunuşda qəbul olunub. Qeyd edək ki, 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367 milyon 600 min manat  məbləğində nəzərdə tutulur. Beləliklə, növbəti il üçün dövlət büdcəsinin gəlirləri 5,3 faiz, xərcləri isə 4,1 faiz artırılır. 2025-ci il üçün icmal büdcəsinin isə gəlirləri  43 milyard 911 milyon manat, xərcləri 47 milyard 589 milyon manat, kəsiri isə 3 milyard 679 milyon manat proqnozlaşdırılır.

Daha sonra millət vəkilləri gündəlikdə olan digər məsələləri müzakirə ediblər.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Dekabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri