ADNSU ilə Gaziantep İslam Elm və Texnologiya Universiteti əməkdaşlığa başlayır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Gaziantep İslam Elm və Texnologiya Universitetinin rektoru professor Şehmus Demirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. ADNSU-nun rektoru dosent Rüfət Əzizovla keçirilən görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivləri geniş müzakirə olunub.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, tərəflər xüsusilə sənayeyönümlü birgə fəaliyyətlərin həyata keçirilməsi, mühəndislik sahəsində ortaq layihələrin icrası və potensial əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Türkiyənin ən inkişaf etmiş sənaye şəhərlərindən biri olan Gaziantepin sənaye potensialı, xüsusilə maşınqayırma və istehsal sahəsindəki təcrübəsi, ADNSU-nun bu istiqamətdəki zəngin elmi və praktiki imkanları ilə vəhdət təşkil edərək mühəndislik fakültələri arasında səmərəli əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bu çərçivədə birgə elmi tədqiqatların aparılması ilə yanaşı, istehsal və tətbiqyönümlü layihələrin həyata keçirilməsinin mümkünlüyü də vurğulanıb.
Görüşün yekununda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Səfər çərçivəsində qonaqlar ADNSU-nun Tarix Muzeyi, müasir laboratoriyaları və kompüter otaqları tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 25 Dekabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















