Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Milli xəzinə. Azərbaycan təsviri incəsənəti kitabalbomu və art.gallery portalı təqdimat olundu

Milli xəzinə. Azərbaycan təsviri incəsənəti kitabalbomu və art.gallery portalı təqdimat olundu

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli İncəsənət Muzeyində "Milli Xəzinə. Azərbaycan Təsviri İncəsənəti” adlı  kitabın və www.az-art.gallery portalının təqdimatı keçirilib. Kitab və portal Təşəbbüslər və Layihələr Mərkəzinin layihəsi əsasında, bp şirkətinin dəstəyi ilə hazırlanıb. Təqdimat mərasimində giriş sözü söyləyən "bp”nin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı bp şirkətinin sosial layihələrə gösrərdiyi dəstəyin əhəmiyyətinə toxunub. 

"bp”nin Xəzər regionunda Kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi qurumun fəaliyyətində sosial və mədəni layihələrə göstərdiyi dəstək barədə danışaraq, Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş kitabın və portalın incəsənətimizin  tanıdılmasında əhəmiyyətini qeyd edib.

B.Aslanbəyli Azərbaycanın uzunmüddətli etibarlı tərəfdaşı və iri enerji layihələrinin operatoru olan bp şirkətinin ölkənin həyatının ən mühüm sahələrinə, o cümlədən, təhsil, yerli icmalarda imkanların yaradılması, kiçik və orta biznesin inkişafı, ətraf mühitin qorunması, xalqın zəngin mədəni irsi və tarixinin tədqiqi və təbliği, milli idmanın inkişafına öz töhfəsini verməklə Azərbaycanın gələcəyinin möhkəm təməllər üzərində qurulmasında iştirak etdiyini vurğulayıb. O, kitabın Azərbaycan xalqının zəngin mədəniyyəti, əsrarəngiz mədəni irsinin tədqiqi və təbliğinə yönəlmiş fəaliyyətlərə bp şirkətinin töhfəsi olduğunu deyib. 

Təşəbbüslər və Layihələr Mərkəzinin rəhbəri, layihənin meneceri Ceyhun Osmanlı tarixi kökləri və ənənələri ilə qədimliyə söykənən, forma və məzmunu, estetik və emosional təsir gücü ilə çağdaş dünya incəsənətinin əsas üslub və cərəyanları ilə uyğunlaşan, ideya unikallığı və fəlsəfi düşündürücülüyü ilə diqqət çəkən əsl sənət əsərlərini özündə birləşdirən kitab və portalın yaranma tarixçəsi haqda məlumat verib. Biz bu yola bir sənət hekayəsi ilə başladıq deyən çıxışçı bildirib ki, burada toplanan əsərlərin böyük əksəriyyəti müxtəlif fondlarından, şəxsi və digər kolleksiyalardan toplanıb və bir kitab halında çap olunub. Kitabda 206 müəllifin 463 əsərinin yer aldığını bildirən C.Osmanlı layihənin icrasına göstərilən təşkilati dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü ifadə edib, eyni zamanda kitabın materialları əsasında hazırlanmış www.az-art.gallery saytının əhəmiyyətini vurğulayıb. C.Osmanlı çıxışının sonunda Azərbaycanın Zəfər hekayəsinə toxunmuş, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının hər bir Azərbaycanlı üçün yeni-yeni yaradıcılığının ilham mənbəyi olduğunu qeyd edərək, bunun üçün Azərbaycanın şəhidlərinə, qazilərinə ehtiramını və Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü ifadə edib.

Milli Məclisin komitə sədri Fazil Mustafa milli incəsənətimizin təbliğinin, korifey sənətkarlarımızla yanaşı, çox dəyərli əsərlər yaratmasına baxmayaraq populyarlıq qazana bilməmiş rəssamların da yaradıcılığının geniş ictimaiyyətə təqdim olunmasının vacibliyini qeyd edib. 

Kitabın ideya müəllifi və art-direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov deyib ki, kitabda və portalda əks olunan əsərlərin hər biri nadir sənət incisidir və onlar 12 000-dən artıq rəngkarlıq, qrafika, heykəltaraşlıq, tətbiqi sənət, teatr-dekorasiya əsərləri arasından seçilib.

Azərbaycanın görkəmli rəssamları Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Elbəy Rzaquliyev, Tahir Salahov, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tokay Məmmədov, Fərhad Xəlilov, Ömər Eldarov, Natiq Əliyev, Salxab Məmmədov, Fuad Salayev, Sakit Məmmədov və onlarla başqa məşhur rəssamlarımızla yanaşı, yaradıcılığı geniş ictimaiyyətə bir o qədər də tanış olmayan, amma son dərəcə böyük istedada malik rəssamların əsərlərinin yalnız bir qismi burada öz əksini tapıb. Q.Qasımov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev,  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Azərbaycan incəsənətinin inkişafına hərtərəfli dəstək göstərildiyini qeyd edib. 

Kitabın mətnlərinin müəllifi və tərtibatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilarə Vahabova kitabın hazırlıq mərhələsi, əsərlərin seçilməsinin elmi əsasları və prinsipləri barədə danışıb. O, eyni zamanda bildirib ki, kitabın həcm limiti nəzərə alınmaqla diqqət müəllifin kimliyinə, şəxsiyyətinə və ya təltiflərinə deyil, əsərlərin bədii əhəmiyyətlilik dərəcəsinə və ümumi dizayn konsepsiyasına uyğunluğuna yönəldilmişdir

Çünki təqdim olunan kitab, bir çox cəhətdən nadir bir nəşr kimi görünür. Toplu 20-ci əsrin sonunu əhatə edən bir dövr ərzində yaradılmış əsərlər kolleksiyanın tam icmalı olan ilk nəşrdir. Müəlliflərin obyektiv yanaşmaları sayəsində burada milli rəssamlıq məktəbinin yaranması və inkişafının bütün əsas mərhələlərini əhatə edən məqamlarla, hətta tamamilə unudulmuş rəssamların adları ilə qarşılaşırıq. Zənnimcə çoxsaylı istedadlı rəssamların adlarının reabilitasiyası bu kitabın nadir xüsusiyyətidir.

Kitabın və portalın hazırlanmasında Əməkdar rəssam İrina Eldarova dizayner, sənətşünaslar Aytən Muradlı və Sənan Şəfizadə elmi məsləhətçi, Adil Yusif, Mirnaib Həsənov fotoqraf, Şamxal Əbilov layihə kuratoru, Aliyə Səfərova redaktor, İlahə Azməmmədova keyfiyyət nəzarətçisi, Kərim Kərimli, Elcan Orucov, Dilara Felzer tərcüməçi, Kəmalə Quluzadə koordinator, Elçin Aşurov dizayner, Sahil Balazadə proqramçı, Toğrul Rəhimli kontent meneceri qismində iştirak ediblər. 

Kitabın təqdimatında Opera ifaçısı - Əməkdar artist İlahə Əfəndiyeva, Piano ifaçısı - Əməkdar artist Nərgiz Əliyevanın ifasında Puccini aria Lauretta, Kiara La spanyola, Tofiq Quliyevin Bakı haqqında mahni, "Qızıl üzük” mahnıları səsləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see208

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see198

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see186

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see151

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri