Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

“Milli xəzinə. Azərbaycan təsviri incəsənəti” kitabalbomu və art.gallery portalının təqdimat mərasimindən FOTOLAR

“Milli xəzinə. Azərbaycan təsviri incəsənəti” kitabalbomu və art.gallery portalının təqdimat mərasimindən FOTOLAR

Icma.az, Manset portalına istinadən məlumat yayır.

Azərbaycan Milli İncəsənət Muzeyində “Milli Xəzinə. Azərbaycan Təsviri İncəsənəti” adlı  kitabın və www.az-art.gallery portalının təqdimatı keçirilib. Kitab və portal Təşəbbüslər və Layihələr Mərkəzinin layihəsi əsasında, bp şirkətinin dəstəyi ilə hazırlanıb. Təqdimat mərasimində giriş sözü söyləyən “bp”nin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı bp şirkətinin sosial layihələrə gösrərdiyi dəstəyin əhəmiyyətinə toxunub. 

Manset.az xəbər verir ki, “bp”nin Xəzər regionunda Kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi qurumun fəaliyyətində sosial və mədəni layihələrə göstərdiyi dəstək barədə danışaraq, Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş kitabın və portalın incəsənətimizin  tanıdılmasında əhəmiyyətini qeyd edib.

B.Aslanbəyli Azərbaycanın uzunmüddətli etibarlı tərəfdaşı və iri enerji layihələrinin operatoru olan bp şirkətinin ölkənin həyatının ən mühüm sahələrinə, o cümlədən, təhsil, yerli icmalarda imkanların yaradılması, kiçik və orta biznesin inkişafı, ətraf mühitin qorunması, xalqın zəngin mədəni irsi və tarixinin tədqiqi və təbliği, milli idmanın inkişafına öz töhfəsini verməklə Azərbaycanın gələcəyinin möhkəm təməllər üzərində qurulmasında iştirak etdiyini vurğulayıb. O, kitabın Azərbaycan xalqının zəngin mədəniyyəti, əsrarəngiz mədəni irsinin tədqiqi və təbliğinə yönəlmiş fəaliyyətlərə bp şirkətinin töhfəsi olduğunu deyib. 

Təşəbbüslər və Layihələr Mərkəzinin rəhbəri, layihənin meneceri Ceyhun Osmanlı tarixi kökləri və ənənələri ilə qədimliyə söykənən, forma və məzmunu, estetik və emosional təsir gücü ilə çağdaş dünya incəsənətinin əsas üslub və cərəyanları ilə uyğunlaşan, ideya unikallığı və fəlsəfi düşündürücülüyü ilə diqqət çəkən əsl sənət əsərlərini özündə birləşdirən kitab və portalın yaranma tarixçəsi haqda məlumat verib. Biz bu yola bir sənət hekayəsi ilə başladıq deyən çıxışçı bildirib ki, burada toplanan əsərlərin böyük əksəriyyəti müxtəlif fondlarından, şəxsi və digər kolleksiyalardan toplanıb və bir kitab halında çap olunub. Kitabda 206 müəllifin 463 əsərinin yer aldığını bildirən C.Osmanlı layihənin icrasına göstərilən təşkilati dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü ifadə edib, eyni zamanda kitabın materialları əsasında hazırlanmış www.az-art.gallery saytının əhəmiyyətini vurğulayıb. C.Osmanlı çıxışının sonunda Azərbaycanın Zəfər hekayəsinə toxunmuş, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının hər bir Azərbaycanlı üçün yeni-yeni yaradıcılığının ilham mənbəyi olduğunu qeyd edərək, bunun üçün Azərbaycanın şəhidlərinə, qazilərinə ehtiramını və Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü ifadə edib.

Milli Məclisin komitə sədri Fazil Mustafa milli incəsənətimizin təbliğinin, korifey sənətkarlarımızla yanaşı, çox dəyərli əsərlər yaratmasına baxmayaraq populyarlıq qazana bilməmiş rəssamların da yaradıcılığının geniş ictimaiyyətə təqdim olunmasının vacibliyini qeyd edib. 

Kitabın ideya müəllifi və art-direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov deyib ki, kitabda və portalda əks olunan əsərlərin hər biri nadir sənət incisidir və onlar 12 000-dən artıq rəngkarlıq, qrafika, heykəltaraşlıq, tətbiqi sənət, teatr-dekorasiya əsərləri arasından seçilib.

Azərbaycanın görkəmli rəssamları Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Elbəy Rzaquliyev, Tahir Salahov, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tokay Məmmədov, Fərhad Xəlilov, Ömər Eldarov, Natiq Əliyev, Salxab Məmmədov, Fuad Salayev, Sakit Məmmədov və onlarla başqa məşhur rəssamlarımızla yanaşı, yaradıcılığı geniş ictimaiyyətə bir o qədər də tanış olmayan, amma son dərəcə böyük istedada malik rəssamların əsərlərinin yalnız bir qismi burada öz əksini tapıb. Q.Qasımov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev,  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Azərbaycan incəsənətinin inkişafına hərtərəfli dəstək göstərildiyini qeyd edib. 

Kitabın mətnlərinin müəllifi və tərtibatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilarə Vahabova kitabın hazırlıq mərhələsi, əsərlərin seçilməsinin elmi əsasları və prinsipləri barədə danışıb. O, eyni zamanda bildirib ki, kitabın həcm limiti nəzərə alınmaqla diqqət müəllifin kimliyinə, şəxsiyyətinə və ya təltiflərinə deyil, əsərlərin bədii əhəmiyyətlilik dərəcəsinə və ümumi dizayn konsepsiyasına uyğunluğuna yönəldilmişdir

Çünki təqdim olunan kitab, bir çox cəhətdən nadir bir nəşr kimi görünür. Toplu 20-ci əsrin sonunu əhatə edən bir dövr ərzində yaradılmış əsərlər kolleksiyanın tam icmalı olan ilk nəşrdir. Müəlliflərin obyektiv yanaşmaları sayəsində burada milli rəssamlıq məktəbinin yaranması və inkişafının bütün əsas mərhələlərini əhatə edən məqamlarla, hətta tamamilə unudulmuş rəssamların adları ilə qarşılaşırıq. Zənnimcə çoxsaylı istedadlı rəssamların adlarının reabilitasiyası bu kitabın nadir xüsusiyyətidir.

Kitabın və portalın hazırlanmasında Əməkdar rəssam İrina Eldarova dizayner, sənətşünaslar Aytən Muradlı və Sənan Şəfizadə elmi məsləhətçi, Adil Yusif, Mirnaib Həsənov fotoqraf, Şamxal Əbilov layihə kuratoru, Aliyə Səfərova redaktor, İlahə Azməmmədova keyfiyyət nəzarətçisi, Kərim Kərimli, Elcan Orucov, Dilara Felzer tərcüməçi, Kəmalə Quluzadə koordinator, Elçin Aşurov dizayner, Sahil Balazadə proqramçı, Toğrul Rəhimli kontent meneceri qismində iştirak ediblər. 

Kitabın təqdimatında Opera ifaçısı - Əməkdar artist İlahə Əfəndiyeva, Piano ifaçısı - Əməkdar artist Nərgiz Əliyevanın ifasında Puccini aria Lauretta, Kiara La spanyola, Tofiq Quliyevin Bakı haqqında mahni, “Qızıl üzük” mahnıları səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 11 Dekabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see473

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see374

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see372

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see331

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see314

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see285

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see285

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see196

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see160

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see160

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see159

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see150

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see149

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see136

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see134

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see131

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see129

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see126

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri