Millimiz bu oyuna istəksiz çıxarsa, məğlub da ola bilər
Icma.az, Sportal.az saytına istinadən bildirir.
Azərbaycan milli komandasının sabiq hücumçusu Xaqani Məmmədov Sportal.az saytına müsahibə verib.
- Milli komandamız bu gün Lixtenşteyn önünə çıxacaq. Heyət olaraq sizcə kənarda qalan oldu?
- Düşünürəm ki, heç kim kənarda qala bilməz. Çünki bu, milli komandadır. Baş məşqçi bugünkü gün üçün kim uyğundursa, onu da milliyə dəvət edib. Yığma komandamıza uğurlar arzulayıram.
- Sizcə, bu gün milli Lixtenşteyni səfərdə məğlub edə biləcək? Bakıda onlara qarşı çətinlik çəkdik və sonda qazana bilmədik...
- Yığma komandamız Bakıdakı oyuna sanki çox boş çıxmışdı, yəni rahat. Yaradılmış çoxlu sayda qol epizodlarından da istifadə edə bilməməyin səbəbu bu idi. Oyuna istəkli və motivasiya ilə çıxsalar, Lixtenşteyni məğlub edə bilərlər. Buna çox inanıram. İstəksiz çıxsalar, bu oyunda uduza da bilərlər.
- Milli komandaya dəvət edilən futbolçular arasında klublarında az oynayanları az deyil. Premyer Liqada legioner limitinin təsiri özünü göstərir. Millinin oyununda bu hiss ediləcək sizcə?
- Legioner limitinin az da olsa, təsiri var. Yerli, istedadlı futbolçular çalışmalıdır ki, əsas heyətdə oynasınlar.
- Yığmamızın az da olsa, AVRO-2028-in pley-off matçı oynamaq şansı var. Biz Lixtenşteynə qalib gəlməli, digər qrupda isə Maltanın Cəbəllütariqlə görüşdə xal itirməsi lazımdır. Sizcə, bugünkü gündə bizim milli pley-off oynayacaq gücdədir?
- Futboldur da, niyə də olmasın?
- Son günlərin əsas mövzusu olan "Sampdoriya"nun hücumçusu Lorenzo Mezettoronun milli komandamıza dəvət edilsə də, zədəli olduğunu ön plana çəkərək, gəlməməsidir. Bu haqda siz nə düşünürsüz?
- Lorenzo gələcəkdə İtaliya millisində oynaya biləcəyinə görə, Azərbaycan yığmasına bəhanə gətirərək, düşərgəyə gəlmir. Bu da düzgün deyil. Axı səni bura kimi Azərbaycan millisi gətirib. Hər halda, zamanla hər şeyi görəcəyik.
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 13 Noyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















